Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-790/2023 07.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 2779,19 ABŞ dolları əsas borc, 2168,36 ABŞ dolları faiz borcu, 1178,78 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1123,35 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 7249,68 ABŞ dolları borcun və 126,98 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh xx.xx.2015ci il tarixli kredit kartının verilməsi müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən (hazırkı İddiaçı ASC) illik 27,9 faizlə 12 ay müddətinə 5000 ABŞ dolları kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 2022-ci ilin iyul 8-dək Cavabdeh banka xx.xx.2015-ci il tarixli kredit kartının verilməsi müqaviləsi üzrə banka 2779,19 ABŞ dolları əsas borc, 2168,36 ABŞ dolları faiz borcu və 4715,12 ABŞ dolları cərimə borcu və xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 4715,12 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla olmaqla olmaqla, ümumilikdə cəmi 10786,02 ABŞ dolları borcu vardır. Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 4715,12 ABŞ dollar təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 %-i miqdarında olmaqla, yəni 1178,78 ABŞ dolları məbləğində tələb olunur. Bundan əlavə cavabdeh sonuncu dəfə xx.xx.2017-ci il tarixində 29 ABŞ dollar məbləğində ödəniş etmişdir. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında bildirdi ki, o, iddianı qəbul etmir. Belə ki, kredit müqaviləsinə Azərbaycan Respublikası Prezidentinin fərmanına ilə restrukturizasiya tətbiq edilməli idi. Hesab edir ki, cavabdehin banka borcu yoxdur. Həmçinin o, məhkəməyə iddia müddətinin ötürülməsinə dair ərizə göndərərək bildirmişdir ki, iddia tələbi üzrə iddia müddəti ötürülmüşdür. Belə ki, AR Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. AR Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. AR Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair" 3 iyun 2013-cü il tarixli Qərarına əsasən, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. AR Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göstərilənləri nəzərə alaraq, İddiaçı ASC-nin Cavabdeh qarşı iddiası üzrə iddia müddəti tətbiq edilsin və İddiaçı ASC-nin iddiası iddia müddəti keçdiyi üçün təmin edilməməsini xahiş edir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 1-Y-1-0-749-15 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" İKB ASC-dən illik 27,9 faizlə 12 ay müddətinə 5000 ABŞ dolları kredit götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2015-ci il tarixli, 1-Y-1-0-749-15 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 2779,19 ABŞ dolları əsas borc, 2168,36 ABŞ dolları faiz borcu, 4715,12 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1123,35 ABŞ dolları məbləğində əldən çıxmış fayda kredit borcu vardır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş bütün sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, tərəflər arasında xx.xx.2015-ci il tarixli, 1-Y-1-0-749-15 saylı kredit müqaviləsi bağlanmışdır. İş materiallarında olan hesabdan çıxarışdan göründüyü kimi Cavabdeh İddiaçı ASC-yə sonuncu dəfə xx.xx.2017-ci il tarixdə ödəniş etmişdir. Bank isə bugünədək cavabdehə bir dəfə də olsun bildiriş yollamamış və borcu tələb etməmişdir. Hazırda cavabdehin vəkili-nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi əsasında olan mülki iş üzrə iddia müddətini tətbiq edərək müddətin ötürülməsi səbəbindən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin vəkili-nümayəndəsinin ərizəsi təmin edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinin tələblərinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir, lakin iddiaçı bank müqavilə tələbləri üzrə olan 3 illik iddia müddətini ötürmüş və bugünədək məhkəməyə müraciət etməmişdir. Odur ki, iddiaçı bank tərəfindən müqavilə tələbləri üzrə iddia müddəti ötürüldüyündən, cavabdehin vəkili-nümayəndəsinin ərizəsi üzrə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinin tələblərinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinin tələblərinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinin tələblərinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinin tələblərinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinin tələblərinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinin tələblərinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə iddia tələbinin rədd edilməsi nəticəsinə gəldiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, İddiaçı ASC tərəfindən dövlət büdcəsinə ödənilmiş 126,98 manat dövlət rüsumu da iddiaçı təşkilatın özünə aid edilməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddiaçı ASC-nin Cavabdeh qarşı Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 2779,19 ABŞ dolları əsas borc, 2168,36 ABŞ dolları faiz borcu, 1178,78 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1123,35 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 7249,68 ABŞ dolları borcun və 126,98 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №e-2(012)-790/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-790/2023
07.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver