Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-800/2023 13.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2020-ci il tarixli M-5653 saylı “Mənzilin alqı-satqı müqaviləsi”nin ləğv edilməsi, müqavilə üzrə satılmış Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilmiş “AAAF-Park” yaşayış massivindəki 27 saylı küçədə inşa edilmiş 1 saylı yaşayış binasında ümumi sahəsi 59.5 kv.m olan, 2 otaqlı 71 saylı mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi və ödənilmiş dövlət rüsumuna görə 100.4 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hazırki iş üzrə xx.xx.2022-ci il tarixinə saat 10:20-yə, xx.xx.2023-cü il tarixinə saat 11:00-a təyin olunmuş məhkəmə hazırlıq iclaslarında cavabdeh iştirak etməmiş, iddiaçının nümayəndəsi onun iştirakı olmadan baxılmasına dair ərizə təqdim etmiş, xx.xx.2023-cü il tarixinə saat 10:40-a təyin olunmuş məhkəmə hazırlıq, xx.xx.2023-cü il tarixinə saat 10:00a təyin olunmuş məhkəmə baxış iclaslarında iddiaçının nümayəndəsi iştirak etmiş, xx.xx.2023-cü il tarixinə saat 15:50-yə təyin olunmuş məhkəmə baxış iclasına iddiaçının nümayəndəsi onun iştirakı olmadan baxılmasına dair ərizə ilə məhkəməyə müraciət etsə də cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəmə prosessual müddətləri nəzərə alaraq mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iş üzrə tərəflər məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 259.0.6-cı maddəsinə əsasən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, qeyd olunan maddədə göstərilir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 260.1, 260.6, 263, 264 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-800/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-800/2023
13.03.2023 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver