Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-805/2024 17.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2129 manat əsas borc, 212 manat cərimə borcu, ödənilmiş dövlət rüsumu üçün 43 manat, cəmi 2384 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin direktoru Nümayəndə xx.xx.2023-cü il tarixdə "xxxx" MMC ilə imzalanmış hüquqi müqaviləyə əsasən, sonuncunun Cavabdeh arasında 05 noyabr 2019-cu il tarixli WTCN-005928, 13 noyabr 2019-cu il tarixli WTCN-006415 nömrəli alqı-satqı müqaviləsinin tələb etmə hüququnu əldə etmişdir. Müqaviləyə əsasən alıcı olan Cavabdeh "xxxx" mağazasından ümumi nisyə dəyəri 1900 (bir min doqquz yüz), 613 (altı yüz on üç) manat olan iPhone Xs 256 (1MEİ: **********47902), iPhone 6S 16 (İMEİ **********00647) markalı əşyalar almışdır. Müqavilənin 4-cü bəndinə uyğun olaraq alıcı Cavabdeh 13 dekabr 2019-cu il tarixdən başlayaraq hər ayın 13-dən gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 253 (iki yüz əlli üç) manat ödəniş etməli olduğu halda aylıq ödənişlər etməmiş, aldığı malın qalıq pulunu ümumi dəyəri-2129(iki min bir yüz iyirmi doqquz) manatı mağazaya ödəməmişdir. Müqavilənin 7.3-cü bəndinin tələblərinə əsasən bu müqavilənin icrası ilə bağlı meydana çıxan bütün mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll ediləcəkdir. Həmin mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə, mövcud qanunvericiliyə uyğun məhkəmə qaydasında həll ediləcəkdir. Dəfələrlə Cavabdeh borcunun ödənilməsi barədə edilən müraciətlər nəticəsiz qalmış, götürdüyü malın dəyərini ödəməkdən yayınmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada xx.xx.2023-cü il tarixdə bildiriş göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - WTCN-005928 nömrəli xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsindən müəyyən edilir ki, “satıcı” "xxxx" MMC “alıcı” Cavabdeh 9 ay müddətinə 1900 manat dəyərində olan iPhone Xs 256 telefonu satmış, sonuncu isə 1900 manat məbləğində pul vəsaitini 9 ay müddətində aylıq 202 (sonuncu ay 204 ) manat ödəyərək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. - WTCN-006415 nömrəli xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsindən müəyyən edilir ki, “satıcı” "xxxx" MMC “alıcı” Cavabdeh 12 ay müddətinə 613 manat dəyərində olan iPhone 6S 16 markalı telefonu satmış, sonuncu isə 613 manat məbləğində pul vəsaitini 12 ay müddətində aylıq 51 (sonuncu ay 52) manat ödəyərək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. - "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 002 nömrəli Faktorinq müqaviləsi və əlavədən görünür ki, alıcıya qarşı müqavilədən irəli gələn pul tələbini istənilən vaxt 05 noyabr 2019-cu il tarixli WTCN-005928, 13 noyabr 2019-cu il tarixli WTCN-006415 saylı alqı-satqı müqaviləsi üzə tələb etmə hüququ hüquqi şəxs olan İddiaçı MMC-yə (VÖEN **********) güzəşt edilir. - xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən edilir ki, borclu Cavabdeh xx.xx.2019-cu il tarixli WTCN-005928 nömrəli və WTCN-006415 nömrəli xx.xx.2019-cu il tarixli alqı-satqı müqavilələri üzrə İddiaçı MMC-yə 2129 manat əsas borc və 212 manat cərimə borcu olmaqla, cəmi 2341 manat məbləğində borcu vardır. Cavabdeh müqavilə üzrə ödəniş etməmişdir. -xx.xx.2023-cü il tarixdə göndərilmiş pretenziya məktubunun surətindən görünür ki, cavabdehə borcun ödənilməsi üçün xəbərdarlıq edilmiş, əks təqdirdə 5 gün ərzində məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı MMC tərəfindən 43,41 manat dövlət rüsumu ödənilmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması ücün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilələr üzrə hesablanmış 212 manat dəbbənin məbləği azaldılmalı və 21 manat müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən iddia ərizəsinin verilməsinə görə 43,41 manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 43 manat dövlət rüsumunun 1,50 manatı iddiaçıya, 41,50 manatı cavabdehə aid edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, "xxxx" MMC ilə Cavabdeh arasında alqı-satqı müqaviləsinin bağlanmasına baxmayaraq, müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən, tələb hüququ isə İddiaçı MMC-yə güzəştə gedildiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən Cavabdeh 2129 manat qalıq borc və 21 manat cərimə borcu, ödənilmiş dövlət rüsumuna görə 41,50 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməli, ödənilmiş dövlət rüsumunun 1,50 manatı iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə 2129 manat əsas borc və 21 manat cərimə borcu, cəmi 2150 manat və ödənilmiş dövlət rüsumu üçün 41,50 manat məbləğində pul vəsaiti tutulsun. Ödənilmiş dövlət rüsumunun 1,50 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-805/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-805/2024
17.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver