Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-817/2024 06.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Əliyev Fərid Ələmşah oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh Rəhim oğluna qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh Rəhim oğluna qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Rəhimbala oğlundan xx.xx.2014-cü il tarixli, 731 saylı kredit müqaviləsinə əsasən Cavabdeh Rəhimbala oğlunun ləğv prosesində olan İddiaçı ASC qarşısında 2.453,82 manat əsas borc, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.680,96 manat faiz, cəmi 4.134,78 (dörd min bir yüz otuz dörd manat, 78 qəpik) manat borcun və 62 (altmış iki) manat dövlət rüsumunun cavabdehdən tutulması, tutmanın girov predmeti olan “Peugeot-406” markalı, 1997-ci il buraxılışlı, tünd yaşıl rəngli, mühərrik nömrəsi 3000646, ban nömrəsi VF38BR6E280198087 olan avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərraca çıxarılaraq satılması, satışdan əldə edilmiş pul vəsaiti hesabına cavabdehin iddiaçıya olan ümumi borc məbləği yuxarıda göstərilən qaydada ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmə baxışında iddiaçının nümayəndəsi məhkəməyə barışıq sazişi göndərərək, tərəflər arasında razılıq əldə edildiyini və barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə hazırlıq iclasında cavabdeh razılıq əldə edilməsi üçün vaxt verilməsini xahiş etmişdir. Bir tərəfdən ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Problemli kreditlərlə iş idarəsinin rəisi X1 (bundan sonra “iddiaçı” adlanacaq), digər tərəfdən Cavabdeh Rəhimbala oğlu (bundan sonra “cavabdeh” adlanacaq) aşağıdakı şərtlər əsasında qarşılıqlı razılıqla bu Sazişi bağlamışlar: “Maddə 1. Sazişin mövzusu İddiaçı ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh Rəhimbala oğlu arasında bağlanmış xx.xx.2008-ci ii tarixli, Y 020 sayiı kredit müqaviləsi üzrə cəını 4.134,78 (dörd min bir yüz otuz dörd manat, 78 qəpik) manat borcun - bundan 2.453,82 (iki min dörd yüz əlli üç manat, 82 qəpik) manat əsas, 1.680,96 (bir min altı yüz səksən manat, 96 qəpik) manat faiz və 62 (altmış iki) manat dövlət rusumunun Cavabdeh Rəhimbala oğlundan tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, tutmanın girov predmeti olan “Peugeot-406” markalı, 1997-ci il buraxılışlı, tünd yaşıl rəngli, mühərrik nömrəsi 3000646, ban nömrəsi VF38BR6E280198087 olan avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərraca çıxarılaraq satılması, satışdan əidə edilmiş pul vəsaiti hesabına cavabdehin iddiaçıya olan ümumi borc məbləği yuxarıda göstərilən qaydada ödənilməsi barədə Abşeron Rayon Məhkəməsinin icraatında olan mübahisə. Maddə 2. Sazişin şərtləri 2.1. xx.xx.2008-ci il tarixli, Y 020 saylı kredit müqaviləsi üzrə 2.453,82 (iki min dörd yüz əlli üç manat, 82 qəpik) manat əsas, 1.680,96 (bir min altı yüz səksən manat 96 qəpik) manat faiz borcu, cəmi 4.134,78 (dörd min bir yüz otuz dörd manat, 78 qəpik) manat məbləğində borcun olmasını iddiaçı və cavabdeh təsdiq edirlər. 2.2. İddiaçı cavabdeh tərəfindən ona ünvanlandığı ərizəni nəzərə alaraq xx.xx.2008-ci il tarixli, Y 020 saylı kredit müqaviləsi üzrə güzəşt olaraq kredit üzrə cəmi 2.453,82 (iki min dörd yüz əlli üç manat, 82 qəpik) manat əsas məbləğində borcun cavabdeh tərəfindən 30 (otuz) ay ərzində hər ay 82 (səksən iki) manat məbləğində ödənilməsinə möhlət verilməsini təsdiq edir. 2.3. Tərəflər razılaşırlar ki, xx.xx.2008-ci i! tarixli, Y 020 saylı tarixli kredit müqaviləsi üzrə iddia ərizəsində qalan cəmi 1.680,96 (bir min altı yüz səksən manat, 96 qəpik) manat məbləğində faiz borcu iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehə tam şəkildə güzəşt edilir. 2.4. Hər ay ödəniləcək məbləğ cavabdeh tərəfindən 2 dəfə lazımınca icra edilməməsi Sazişin bu 2.2-ci bəndinin şərtlərinin pozulması və güzəştin ləğv edilməsi kimi qiymətləndirilir. 2.5. Cavabdeh Rəhimbala oğlu ona verilən ödəniş şərtlərini pozduğu halda xx.xx.2008-ci ii tarixli, Y 020 saylı kreait müqaviləsi üzrə güzəşt olunan cəmi 1.680,96 (bir min altı yüz səksən manat 96 qəpik) manat məbləğində faiz borcunun güzəşt edilməsi bank tərəfindən iəğv edilir və həmin məbləğ 2.453,82 (iki min dörd yüz əlli üç manat, 82 qəpik) manat məbləğində borcun qalığı ilə birlikdə banka cavabdeh tərəfindən ödənilir. 2.6. Cavabdeh təsdiq edir ki, bu Sazişin 2.2-ci bəndində göstərilən şərtlər pozulduqda və icra edilmədikdə o bu sazişin 1-ci maddəsində qeyd olunan borc məbləğlərini iddiaçıya tam şəkildə ödənilməsinə etiraz etmir. 2.7. Tərəflər razılaşırlar ki, 2.453,82 (iki min dörd yüz əlli üç manat, 82 qəpik) manat məbləğindəki öhdəlik cavabdeh tərəfindən tam və vaxtında icra edilərək ödənildikdən sonra ipoteka predmeti olan və Cavabdeh Rəhimbala oğluna məxsus olan “Peugeot-406” markalı, 1997-ci il buraxıİışlı, tünd yaşıl rəngli, mühərrik nömrəsi 3000646, ban nömrəsi VF38BR6E280198087 olan avtomobil cavabdehin müraciəti əsasında ipoteka yüklülüyündən azad olunur. Maddə 3. Digər şərtlər 3.1. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 3.2. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Könüllü icra edilməmə Sazişin 2.2-ci bəndi ilə müəyyən edilmiş şərtlərin pozulması başa düşülür. 3.3. Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm də notarisun icra qeydinə əsasən həyata keçirilə bilər. 3.4. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 3.5. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.6. Tərəflər təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.7. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 3.7.1. bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 3.7.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə və ya vacib olduqda, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; 3.7.3. mediasiya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 3.7.4. qarşı tərəfin yazılı icazəsi ilə; 3.7.5. yaxın qohumlara; 3.7.6. Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə və notariuslara. 3.8. Bu Sazişin məzmununun Sazişin 3.7.1. və 3.7.5. bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır.
4. Yekun müddəalar 4.1. Tərəflər bu Saziş üzrə öhdəliklərin pozulması və ya lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. 4.2. Bu Sazişin hər hansı müddəasının, o cümlədən də yeni normativ-hüquqi aktların qəbul edilməsi ilə bağlı etibarsızlığı həmin Sazişin digər müddəalarının və bütövlükdə müqavilənin etibarsızlığına səbəb olmur. 4.3. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 3 (üç) nüsxədə tərtib olunur və imzalandığı gündən qüvvəyə minir.”. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə görə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.4-cü maddəsinə görə məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə görə tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, işin icraatına xitam verilir. Bundan başqa, işdən görünür ki, İddiaçı ASC hazırki iddia ərizəsini verərkən müvafiq ödəniş sistemi vasitəsilə ********** saylı qəbzlə Abşeron Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün 62 manat məbləğində dövlət rüsumunu xx.xx.2023-cü ildə saat 16:03-də ödəmişdir. Mülki-Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.3-cü maddəsinə əsasən, məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, hazırki iş üzrə icraata xitam verilməli, habelə iş üzrə iddiaçının ödəmiş olduğu 62 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 263, 264 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddiaçı ASC-nin Cavabdeh Rəhim oğluna qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası qəbul edilsin mülki işin icraatına xitam verilsin. Tərəflərin barışıq sazişi aşağıdakı məzmunda: “Maddə 1. Sazişin mövzusu İddiaçı ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh Rəhimbala oğlu arasında bağlanmış xx.xx.2008-ci ii tarixli, Y 020 sayiı kredit müqaviləsi üzrə cəını 4.134,78 (dörd min bir yüz otuz dörd manat, 78 qəpik) manat borcun - bundan 2.453,82 (iki min dörd yüz əlli üç manat, 82 qəpik) manat əsas, 1.680,96 (bir min altı yüz səksən manat, 96 qəpik) manat faiz və 62 (altmış iki) manat dövlət rusumunun Cavabdeh Rəhimbala oğlundan tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, tutmanın girov predmeti olan “Peugeot-406” markalı, 1997-ci il buraxılışlı, tünd yaşıl rəngli, mühərrik nömrəsi 3000646, ban nömrəsi VF38BR6E280198087 olan avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərraca çıxarılaraq satılması, satışdan əidə edilmiş pul vəsaiti hesabına cavabdehin iddiaçıya olan ümumi borc məbləği yuxarıda göstərilən qaydada ödənilməsi barədə Abşeron Rayon Məhkəməsinin icraatında olan mübahisə. Maddə 2. Sazişin şərtləri 2.1. xx.xx.2008-ci il tarixli, Y 020 saylı kredit müqaviləsi üzrə 2.453,82 (iki min dörd yüz əlli üç manat, 82 qəpik) manat əsas, 1.680,96 (bir min altı yüz səksən manat 96 qəpik) manat faiz borcu, cəmi 4.134,78 (dörd min bir yüz otuz dörd manat, 78 qəpik) manat məbləğində borcun olmasını iddiaçı və cavabdeh təsdiq edirlər. 2.2. İddiaçı cavabdeh tərəfindən ona ünvanlandığı ərizəni nəzərə alaraq xx.xx.2008-ci il tarixli, Y 020 saylı kredit müqaviləsi üzrə güzəşt olaraq kredit üzrə cəmi 2.453,82 (iki min dörd yüz əlli üç manat, 82 qəpik) manat əsas məbləğində borcun cavabdeh tərəfindən 30 (otuz) ay ərzində hər ay 82 (səksən iki) manat məbləğində ödənilməsinə möhlət verilməsini təsdiq edir. 2.3. Tərəflər razılaşırlar ki, xx.xx.2008-ci i! tarixli, Y 020 saylı tarixli kredit müqaviləsi üzrə iddia ərizəsində qalan cəmi 1.680,96 (bir min altı yüz səksən manat, 96 qəpik) manat məbləğində faiz borcu iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehə tam şəkildə güzəşt edilir. 2.4. Hər ay ödəniləcək məbləğ cavabdeh tərəfindən 2 dəfə lazımınca icra edilməməsi Sazişin bu 2.2-ci bəndinin şərtlərinin pozulması və güzəştin ləğv edilməsi kimi qiymətləndirilir. 2.5. Cavabdeh Rəhimbala oğlu ona verilən ödəniş şərtlərini pozduğu halda xx.xx.2008-ci ii tarixli, Y 020 saylı kreait müqaviləsi üzrə güzəşt olunan cəmi 1.680,96 (bir min altı yüz səksən manat 96 qəpik) manat məbləğində faiz borcunun güzəşt edilməsi bank tərəfindən iəğv edilir və həmin məbləğ 2.453,82 (iki min dörd yüz əlli üç manat, 82 qəpik) manat məbləğində borcun qalığı ilə birlikdə banka cavabdeh tərəfindən ödənilir. 2.6. Cavabdeh təsdiq edir ki, bu Sazişin 2.2-ci bəndində göstərilən şərtlər pozulduqda və icra edilmədikdə o bu sazişin 1-ci maddəsində qeyd olunan borc məbləğlərini iddiaçıya tam şəkildə ödənilməsinə etiraz etmir. 2.7. Tərəflər razılaşırlar ki, 2.453,82 (iki min dörd yüz əlli üç manat, 82 qəpik) manat məbləğindəki öhdəlik cavabdeh tərəfindən tam və vaxtında icra edilərək ödənildikdən sonra ipoteka predmeti olan və Cavabdeh Rəhimbala oğluna məxsus olan “Peugeot-406” markalı, 1997-ci il buraxıİışlı, tünd yaşıl rəngli, mühərrik nömrəsi 3000646, ban nömrəsi VF38BR6E280198087 olan avtomobil cavabdehin müraciəti əsasında ipoteka yüklülüyündən azad olunur. Maddə 3. Digər şərtlər 3.1. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 3.2. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Könüllü icra edilməmə Sazişin 2.2-ci bəndi ilə müəyyən edilmiş şərtlərin pozulması başa düşülür. 3.3. Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm də notarisun icra qeydinə əsasən həyata keçirilə bilər. 3.4. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 3.5. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.6. Tərəflər təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.7. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 3.7.1. bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 3.7.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə və ya vacib olduqda, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; 3.7.3. mediasiya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 3.7.4. qarşı tərəfin yazılı icazəsi ilə; 3.7.5. yaxın qohumlara; 3.7.6. Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə və notariuslara. 3.8. Bu Sazişin məzmununun Sazişin 3.7.1. və 3.7.5. bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır.
4. Yekun müddəalar 4.1. Tərəflər bu Saziş üzrə öhdəliklərin pozulması və ya lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. 4.2. Bu Sazişin hər hansı müddəasının, o cümlədən də yeni normativ-hüquqi aktların qəbul edilməsi ilə bağlı etibarsızlığı həmin Sazişin digər müddəalarının və bütövlükdə müqavilənin etibarsızlığına səbəb olmur. 4.3. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 3 (üç) nüsxədə tərtib olunur və imzalandığı gündən qüvvəyə minir.” təsdiq edilsin. Hazırki iş üzrə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İddiaçı ASC hazırki mülki iş (e-2(012)-817/2024 saylı mülki iş) üzrə ödəmiş olduğu 62 manat məbləğində dövlət rüsumu (********** saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı ASC-yə (VÖEN **********) qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Mirnəsir Mirhəsənli