Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-838/2025 26.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış 23 may 2024-cü il tarixli borc müqaviləsi üzrə ödənilməmiş 8000 manat məbləğində pulun və tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında bildirdi ki, 23 may 2024-cü il tarixində İddiaçı ilə Cavabdeh arasında borc müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci maddəsinə əsasən borc verən İddiaçı borc alan Cavabdeh 8000 manat məbləğində pulu notariusun depozit hesabı vasitəsilə borc vermiş, eyni müqavilənin 2-ci maddəsinə əsasən borc alan isə həmin borc məbləğini borc verənə 23 iyul 2024-cü il tarixinədək qaytarmağı öz öhdəsinə götürmüşdür. Borc verən tərəfindən borc məbləğinin verilməsinə baxmayaraq, ödənilməsi 23 iyul 2024-cü il tarixinə nəzərdə tutulmuş 8000 manat məbləğində pul borc alan tərəfindən hələ də ödənilməmişdir. Həmin müqavilənin 9-cu maddəsinə əsasən tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Eyni zamanda xx.xx.2024-cü il tarixində iddiaçı tərəfindən cavabdehə poçt vasitəsilə pretenziya məktubu göndərilmiş və 3 gün müddətində müqavilə öhdəliklərinin icra olunması tələb edilmişdir. Lakin cavabdeh pretenziya məktubundan imtina etmiş və heç bir ödəniş etməmişdir. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əlavə olaraq bildirir ki, iddiaçı cavabdehdən borc məbləğinin icra qeydi ilə deyil, məhz məhkəmə tərəfindən tutulmasını istəmişdir. İddiaçı müqavilə üzrə öz öhdəliklərini vaxtında yerinə yetirmiş və müqavilə üzrə nəzərdə tutulmuş borc məbləğini cavabdehə ödəməsinə baxmayaraq, Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır. Bu səbəbdən hesab edirlər ki, 23 may 2024-cü il tarixli borc müqaviləsi üzrə ödənilməmiş 8000 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri 53 saylı notariat ofisində bağlanmış 23 may 2024-cü il tarixli borc müqaviləsindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh 8000 manat məbləğində pulu notariusun depozit hesabı vasitəsilə borc verməyi, borc alan Cavabdeh isə borcu xx.xx.2024-cü il tarixinədək borc verən İddiaçı notariusun depozit hesabı vasitəsilə qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, TT**********6748000 nömrəli qəbzdən görünür ki, İddiaçı onunla Cavabdeh arasında bağlanmış 23 may 2024-cü il tarixli borc müqaviləsinə əsasən 8000 manat məbləğində pulu notariusun depozit hesabına ödəmişdir. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 386.1-ci, 425.1-ci, 442-ci və 739.1-ci maddələri təşkil edir. İşin mübahisə edilməyən hallarından məlum olur ki, 23 may 2024-cü il tarixli borc müqaviləsinə əsasən borc verən İddiaçı borc alan Cavabdeh 8000 manat məbləğində pulu notariusun depozit hesabı vasitəsilə borc verməyi, borc alan Cavabdeh isə borcu xx.xx.2024-cü il tarixinədək borc verən İddiaçı notariusun depozit hesabı vasitəsilə qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, TT**********6748000 nömrəli qəbzdən göründüyü kimi İddiaçı 23 may 2024-cü il tarixli borc müqaviləsinə əsasən Cavabdeh borc verdiyi pul məbləğini notariusun depozit hesabına ödəsə də cavabdeh müqavilə üzrə öhdəliyini pozmuş və borcunu ödəməmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, həmçinin iddia tələbində göstərilənləri təkzib edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, cavabdeh sözügedən müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən məhkəmə hesab edir ki, Cavabdeh 8000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 100 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 8000 manat pul və 100 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-838/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-838/2025
26.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver