Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-848/2024 09.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Abıyev Elnur Elman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli BPM**********85 nömrəli kredit müqaviləsi üzrə - 3582.98 manat əsas borcu olmaqla, cəmi 3582.98 manat, ödənilmiş 55.83 manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin Nəsimi filialı ilə X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********85 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən X3 48 ay müddətinə, illik 23 faiz dərəcəsi ilə hesablanmaqla, 3600 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinə borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. 1 saylı Sumqayıt regional “Asan xidmət" mərkəzində Notariat ofisi tərəfindən verilən məlumata əsasən xx.xx.2021 -ci il tarixində vərəsəlik işi açılmış, X2 mirasını qəbul etmiş vərəsəsi Cavabdeh xx.xx.2021 -ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Maliyyə arayışına əsasən, X2 Banka ödənilməmiş borcu - 3582.98 manat əsas borcu olmaqla, cəmi 3582.98 manat borcu qalmışdır. Cavabdeh X2 vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq, “Azərbaycan Beynəlxalq Bankı" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh borcun qaytarılması haqqında xx.xx.2023-cü il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti 3582.98 manat olduğundan, tərəfindən 55.83 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir. "xxxx" ASC-nin nümayəndəsi Gəray Qiyasovun məhkəməyə ünvanladığı ərizəyə əsasən, iddiaçı mülki işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclаsının vахtı və yеri bаrədə lаzımi qаydаdа хəbərdаr еdilməsinə bахmаyаrаq məhkəmə iclаsınа gəlməmiş və gəlməməsinin səbəbi bаrədə məhkəməyə məlumаt vеrməmişdir. Bеlə оlаn hаldа məhkəmə Mülki Prоsеssuаl Məcəllənin 185.5-ci mаddəsinə əsаsən işə cavabdehin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еtmişdir. Məhkəmə iddia ərizəsini və iddia ərizəsinə əlavə olunmuş iş materiallarını araşdırıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, Mülki Məcəllənin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - iddiaçı "xxxx" ASC-nin Nəsimi filialı ilə X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********85 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən X3 48 ay müddətinə, illik 23 faiz dərəcəsi ilə hesablanmaqla, 3600 manat məbləğində kredit verilmişdir. -Tərəflər arasında bağlanmış Kredit müqaviləsinə borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. - 1 saylı Sumqayıt regional “Asan xidmət" mərkəzində Notariat ofisi tərəfindən verilən məlumata əsasən xx.xx.2021 -ci il tarixində vərəsəlik işi açılmış, X2 mirasını qəbul etmiş vərəsəsi Cavabdeh xx.xx.2021 -ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Maliyyə arayışına əsasən, X2 Banka ödənilməmiş borcu - 3582.98 manat əsas borcu olmaqla, cəmi 3582.98 manat borcu qalmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. 423.2. maddəsinin mahiyyətindən görünür ki, tərəf müqavilənin ləğv edilməsi tələbini məhkəməyə təklifdə göstərilmiş müddətdə irəli sürə bilər. 443.1. maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. və 448.2. maddələrinə əsasən əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İşin müəyyən edilən hallarına əsasən Cavabdeh müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Məhkəmə hesab edir ki, borclu Cavabdeh iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli ödəniş qəbzinə əsasən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 51,84 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və 51,84 manat alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi təmin edilməli, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin yuxarıda göstərilən tələbləri nəzərə alınaraq, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********85 nömrəli kredit müqaviləsinə əsasən kredit müqaviləsi üzrə cavabdehdən iddiaçının xeyrinə 3582.98 manat əsas, ödənilmiş 55.83 manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının pul vəsaiti tutulmalıdır. Mülki Prosessual Məcəllənin; 217.4. maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə Cavabdeh xx.xx.2021-ci il tarixli BPM**********85 nömrəli kredit müqaviləsinə əsasən kredit müqaviləsi üzrə cavabdehdən iddiaçının xeyrinə 3582.98 manat əsas, ödənilmiş 55.83 manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat pul məbləği tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №e-2(012)-848/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-848/2024
09.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver