Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-849/2023 19.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 225000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 515 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə onun arasında bağlanmış 29 may 2013-cü il tarixli kredit müqaviləsinə əsasən ona 15 iyun 2013-cü il tarixədək qaytarılması şərti ilə ******* manat məbləğində borc verilmişdir. Cavabdeh tərəfindən şərtləşdirilmiş müddətdə qeyd olunan borc məbləği qaytarılmadığına görə, ödənilməmiş ******* manat məbləğində pul vəsaitinin tutulmasına dair Bakı şəhəri, 49 saylı Notariat Konturu tərəfindən xx.xx.2015-ci il tarixli icra qeydi verilmişdir. Buna baxmayaraq, Cavabdeh həmin borcun qaytarılmasını bu günədək təmin etməmiş, bunun nəticəsində isə ona külli miqdarda zərər vurmuşdur. Bu əsasdan çıxış edərək pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə Cavabdeh gecikdirilmiş vaxt üçün ödənilməmiş borc məbləğinin son üç ili üçün, hər il üçün illik beş faiz (1500000 x 5%=75 000 bir illik faiz; 75000 x 3 il = 225 000) miqdarında, yəni 225000 manat məbləğində pul vəsaitinin (faizin) ödənilməsini tələb edir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və onun rədd olunmasını xahiş etdi. O bildirdi ki, heç vaxt İddiaçı pul almamışdır. Onun iddiaçının qohumu ilə biznes əlaqələri olmuşdur və bu münasibətlərin iddiaçıya heç bir aidiyyəti yoxdur. Cavabdeh, həmçinin iddia müddətinin keçməsi səbəbindən iddianın rədd edilməsini xahiş edərək iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə tərəfləri dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, mülki işin materiallarından olan xx.xx.2013-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixədək qaytarmaq şərtilə Cavabdeh ******* manat borc vermişdir. İşdə olan Bakı şəhəri 49 saylı Dövlət Notariat Kontorunun xx.xx.2015-ci il tarixli icra qeydinin surətindən görünür ki, vaxtında ödənilməmiş ******* manat borcun tutulması barədə icra qeydi aparılmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)- 404/2022 saylı qərardadından görünür ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 avqust 2019-cu il tarixli qətnamə “xx.xx.2013-cü il tarixdə bağlanmış “Kredit müqaviləsi” üzrə yaranmış borcun ödənilməsi məqsədi ilə Cavabdeh İddiaçı Zilfalı oğlunun xeyrinə tutulması barədə” tələbin təmin edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)- 404/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 avqust 2019-cu il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni "xx.xx.2015-ci il tarixdə Bakı şəhəri 49 saylı Dövlət Notariat Kontorunda cavabdehdən 1.500.000 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulmasına dair icra qeydinin ləğv edilməsi barədə” tələbin təmin edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Zilfalı oğlunun Cavabdeh qarşı irəli sürdüyü “Bakı şəhəri 49 saylı dövlət notariat kontorunun dövlət notariusu Hüseynov H.S. tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş (reyestrdə 7E-1402 nömrə ilə qeyd edilmişdir) icra qeydinin ləğv edilməsi” tələbi təmin edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)- 3840/2022 saylı qərarından görünür ki, İddiaçı Zilfalı oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)- 404/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Nərimanov rayon İcra Şöbəsinin xx.xx.2015-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontorunun xx.xx.2013-cü il tarixli icra qeydi üzrə icra icraatına başlanılmışdır. İşdə olan İddiaçı nümayəndəsi İ.İ.Həsənovun xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, tələbkar İcra Şöbəsindən icra sənədinin qaytarılmasını xahiş etmişdir. Buna səbəb kimi o, İddiaçı məhkəmədə Cavabdeh qarşı pul tələbinə dair iddia qaldıracağını göstərmişdir. İşdə olan Nərimanov rayon İcra Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, tələbkarın xx.xx.2019-cu il tarixli ərizəsi nəzərə alınaraq Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontorunun xx.xx.2013-cü il tarixli icra qeydinin tələbkar İddiaçı qaytarılması qərara alınmışdır. İşdə olan Nərimanov rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-404/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Cavabdeh ekspertiza xərcinə dair hissə şöbənin icraatına daxil olmuş və tələbkar İddiaçı dair pul tələbi şöbənin icraatına daxil olmamışdır. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-404/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən xitam olunmuşdur. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, tərəflər borc barədə öz aralarında xx.xx.2013-cü il tarixli kredit müqaviləsi imzalamışlar. Bu müqaviləyə görə İddiaçı xx.xx.2013-cü il tarixədək qaytarmaq şərtilə Cavabdeh ******* manat borc vermişdir. Borc vaxtında qaytarılmadığına görə, Bakı şəhəri 49 saylı Dövlət Notariat Kontoru tərəfindən xx.xx.2015-ci il tarixli icra qeydi verilmiş və icraya yönəldilmişdir. Borc qaytarılmadığından, sonradan Abbasov X1 Şamil Məmməd oğluna qarşı tərəflər arasında xx.xx.2013-cü il tarixdə bağlanmış və Bakı Şəhəri 21 saylı Notariat Kontorunda rəsmiləşdirilərək qeydə alınmış “Kredit müqaviləsi” üzrə notarius tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş “cavabdehdən ******* manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə icra qeydinin” ləğv edilməsi, “Kredit müqaviləsi” üzrə yaranmış borcun ödənilməsi məqsədi ilə cavabdehdən onun xeyrinə ******* manat məbləğində əsas borcun və 450000 manat məbləğində faiz borcun tutulması barədə iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və həmin Məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsilə iddianın qismən təmin edilməsi, notarius tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş (reyestrdə 7E-1402 nömrə ilə qeyd edilmişdir) icra qeydinin ləğv edilməsi, cavabdehdən iddiaçının xeyrinə 150000 manat məbləğində pulun tutulması, qalan hissədə iddianın təmin edilməməsi qət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-404/2022 saylı qərardadı ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 avqust 2019-cu il tarixli qətnamə “xx.xx.2013-cü il tarixdə bağlanmış “Kredit müqaviləsi” üzrə yaranmış borcun ödənilməsi məqsədi ilə Cavabdeh İddiaçı Zilfalı oğlunun xeyrinə tutulması barədə” tələbin təmin edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmiş, həmin Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(103)-404/2022 saylı qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 avqust 2019-cu il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni "xx.xx.2015-ci il tarixdə Bakı şəhəri 49 saylı Dövlət Notariat Kontorunda cavabdehdən ******* manat pul vəsaitinin iddiaçının xeyrinə tutulmasına dair icra qeydinin ləğv edilməsi barədə” tələbin təmin edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Zilfalı oğlunun Cavabdeh qarşı irəli sürdüyü “Bakı şəhəri 49 saylı dövlət notariat kontorunun dövlət notariusu Hüseynov H.S. tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş (reyestrdə 7E-1402 nömrə ilə qeyd edilmişdir) icra qeydinin ləğv edilməsi” tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-3840/2022 saylı qərarından görünür ki, İddiaçı Zilfalı oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-404/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda Abbasov X1 Şamil Məmməd oğluna qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 225000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 515 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün əlavə vaxt verə bilər. Əgər borclu həmin əlavə vaxt ərzində öhdəliyi icra edərsə, o, icranı gecikdirmiş sayılmır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarının 5-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. İşdən görünür ki, xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən verilmiş icra qeydinə əsasən müvafiq icra qurumunda icraata başlanılmış, lakin sonradan İddiaçı ərizəsinə əsasən icra qeydi tələbkara qaytarılmışdır. Bundan sonra isə tərəflər arasında 2019-cu ildən 2022-ci ilədək məhkəmə çəkişmələri olmuş və son nəticədə məhkəmə borcun məhkəmə qaydasında deyil, icra qeydi əsasında tutulmalı olması qənaətinə gəlmişdir. Başqa sözlə, hazırda əsas borca 5 faiz tətbiq edilməklə tələb edilən 3 illik müddətin keçməsi İddiaçı öz təşəbbüsü ilə olmuşdur. Öhdəliyin 2019-cu ildən icra edilməməsinin səbəbi tərəflər arasındakı məhkəmə çəkişməsi olmuşdur ki, bu məhkəmə çəkişmələri məhz İddiaçı iddiasına əsasən başlanmışdır. Belə olan halda isə 2019-cu ildən 2022-ci ilədək gecikdirilmiş 3 il müddət üçün İddiaçı əsas borca 5 faiz tətbiq etməklə Cavabdeh pul tələb etməsi əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia müddətinin tətbiqi barədə ərizəyə hüquqi qiymət verərək bildirir ki, hazırki iddia tələbinin qanuni əsası olmaması səbəbi ilə tələb təmin edilmədiyindən iddia müddətinin tətbiqi barədə ərizə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-849/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-849/2023
19.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver