Məhkəmə qərarları › İş №e-2(012)-870/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-870/2023

23.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-870/2023 23.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı "xxxx" MM QBKT-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" MM QBKT-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair mülki işə 23 yanvar 2023-cü il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MM QBKT cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada **********0254 saylı kredit müqaviləsi üzrə borcun məbləği 6148.17 manat əsas, faiz borcu üzrə 190.47 manat, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 6338.64 (altı min üç yüz otuz səkkiz manat, altmış dörd qəpik) manat, həmçinin, **********0267 saylı kredit müqaviləsi üzrə borcun məbləği 3485.63 manat əsas, faiz borcu üzrə 107.99 manat, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 3593.62 (üç min beş yüz doxsan üç manat, altmış iki qəpik) manat və ödənilmiş 119.33 manat məbləğində dövlət rüsumunun "xxxx" MMM QBKT-nın xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0254 saylı, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq güzəştli Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən, Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 6148.17 (altı min yüz qırx səkkiz manat, on yeddi qəpik) manat, həmçinin eyni tarixli, **********0267 saylı güzəştli Kredit (Restrukturizasiya) Müqaviləsi ilə bu Müqavilə imzalanan tarixə 3485.63 (üç min dörd yüz səksən beş manat, altmış üç qəpik) manat qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. **********0254 saylı kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 5.12 manat, dörd il müddətində isə hər ay 130.75 manat olmaqla və **********0267 saylı kredit müqaviləsi üzrə bir il güzəşt müddətində hər ay 3.00 manat, dörd il müddətində isə hər ay 74.13 manat bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqavilələrinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0***-******* saylı və **********0***-******* saylı Zaminlik müqavilələri ilə Cavabdeh1 zamin qismində sözü gedən kredit müqavilələrinin Dövlət rüsumunun ödənilməsi haqqında məlumat tərəfi olmuşdur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh2 oğlu üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2022-ci il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh2 **********0254 saylı kredit müqaviləsi üzrə borcun məbləği 6148.17 manat əsas, faiz borcu üzrə 190.47 manat, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 6338.64 (altı min üç yüz otuz səkkiz manat, altmış dörd qəpik) manat təşkil edir. Həmçinin, **********0267 saylı kredit müqaviləsi üzrə borcun məbləği 3485.63 manat əsas, faiz borcu üzrə 107.99 manat, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 3593.62 (üç min beş yüz doxsan üç manat, altmış iki qəpik) manat təşkil edir. Məhkəmə iclasında iddiaçı "xxxx" MM QBKT-ın nümayəndəsi iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli, **********0254 saylı Güzəştli, kredit (restrukturizasiya) müqaviləsinə əsasən "xxxx" MM QBKT tərəfindən Cavabdeh2 60 ay müddətinə illik 1 % ödəmək şərti ilə 6148.17 manat məbləğində kredit verilmişdir. Mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli, **********0267 saylı Güzəştli, kredit (restrukturizasiya) müqaviləsinə əsasən "xxxx" MM QBKT tərəfindən Cavabdeh2 60 ay müddətinə illik 1 % ödəmək şərti ilə 3485.63 manat məbləğində kredit verilmişdir. Mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən Nəcəfov X1 Elşən Rasim oğlunun kredit müqavilələri üzrə öhdəliklərinin icrası barədə zamin durmuşdur. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli, **********0254 saylı kredit müqaviləsi üzrə borcun məbləği 6148.17 manat əsas, 190.47 manat faiz, 0.00 manat cərimə borcu olmaqla, cəmi 6338.64 (altı min üç yüz otuz səkkiz manat, altmış dörd qəpik) manat xx.xx.2019-cu il tarixli, **********0267 saylı kredit müqaviləsi üzrə borcun məbləği 3485.63 manat əsas, 107.99 manat faiz, 0.00 manat cərimə borcu olmaqla cəmi 3593.62 (üç min beş yüz doxsan üç manat, altmış iki qəpik) manat təşkil edir. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından göründüyü kimi borcalan Cavabdeh2 bankdan tələb olunan məbləği borc götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Məhkəmə hesab edir ki, borcalan Cavabdeh2 bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxs, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Sadalanan maddi hüquq normasının tələblərinə əsasən məhkəmə hesab edir ki, zamin Cavabdeh1 bank qarşısında, digər borclu Cavabdeh2 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyırlar,ona görə də, iddia tələbi hər iki cavabdehə münasibətdə əsaslıdır və təmin edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2019-cu il tarixli, **********0254 saylı kredit müqaviləsi üzrə 6148.17 manat əsas, 190.47 manat faiz olmaqla, cəmi 6338.64 (altı min üç yüz otuz səkkiz manat, altmış dörd qəpik) manat, xx.xx.2019-cu il tarixli, **********0267 saylı kredit müqaviləsi üzrə 3485.63 manat əsas, 107.99 manat faiz olmaqla cəmi 3593.62 (üç min beş yüz doxsan üç manat, altmış iki qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MM QBKT-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu üçün 119.33 manat məbləğində pul vəsaiti də cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2019-cu il tarixli, **********0254 saylı kredit müqaviləsi üzrə 6148.17 manat əsas, 190.47 manat faiz, 0.00 manat cərimə borcu olmaqla, cəmi 6338.64 (altı min üç yüz otuz səkkiz manat, altmış dörd qəpik) manat, xx.xx.2019-cu il tarixli, **********0267 saylı kredit müqaviləsi üzrə 3485.63 manat əsas, 107.99 manat faiz, 0.00 manat cərimə borcu olmaqla cəmi 3593.62 (üç min beş yüz doxsan üç manat, altmış iki qəpik) manat və ödənilmiş dövlət rüsumu üçün 119.33 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MM QBKT-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar