Məhkəmə qərarları › İş №e-2(012)-888/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-888/2024

20.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-888/2024 20.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı "xxxx" X3 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" X6 məhkəməyə iddia ərizəsi verərək, Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X4 vurulmuş 4897 manat məbləğində maddi ziyanın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" X3 nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək bildirdi ki, xx.xx.2023cü il tarixdə Cavabdeh2 mülkiyyət hüququ Cavabdeh1 məxsus “Hyundai Veloster minik” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X4 məxsus 1 ədəd “Polermo” tipli işıq dirəyini və onun özül hissəsini sıradan çıxararaq müəssisəyə 4897 manat məbləğində maddi ziyan yetirmişdir. Hadisə ilə bağlı Bakı şəhər DYPİ-nin əməkdaşı tərəfindən tərtib edilən İXP ******* saylı İnzibati xəta haqqında protokola və xx.xx.2023-cü il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs kimi **-XM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh2 tanınmışdır. Qeyd edirlər ki, yol nəqliyyat hadisəsi baş verən zaman Cavabdeh2 tərəfindən idarə edilən “Hyundai Veloster minik” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası olmamışdır. Aşağıda göstərilənlərə əsasən iddianı qanuni və əsaslı sayaraq hesab edirlər ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində müəssisəyə dəymiş 4897 manat məbləğində maddi ziyan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq "xxxx" X7 ödənilməlidir. Cavabdehlər maddi ziyanın ödənilməsi üçün müəssisəyə dəfələrlə dəvət edilsə də gəlməməklə ödənişdən imtina etmişdir. "xxxx" X4 məxsus sözügedən işıq dirəyi 2010-cu ildə istismara buraxılmışdır. Müəssisəyə dəymiş maddi ziyan hesablanarkən dirəyin köhnəlmə dərəcəsi də nəzərə alınmış, araşdırma nəticəsində dirəyin köhnəlmə dərəcəsinin 19,5 faiz olduğu müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri DYPİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh2 “Hyundai Veloster minik” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində idarə edərkən AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. İş materiallarında olan "xxxx" X6 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan və smetadan görünür ki, Yasamal rayonu, Tbilisi prospektində "Hyundai Veloster minik" markalı, **- XM-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurulmuş işıq dirəyinin bərpası üçün 1 ədəd “Polermo” tipli 2 çıraqlı işıq dirəyinə (çıraqsız) görə 4547 manat, işıq dirəyinin özül hissəsinə görə 350 manat olmaqla, cəmi 4897 manat məbləğində pul sərf olunmuşdur. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Cavabdeh2 08 oktyabr 2023-cü il tarixdə mülkiyyət hüququ Cavabdeh1 məxsus “Hyundai Veloster minik” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X4 məxsus 1 ədəd “Polermo” tipli işıq dirəyini və onun özül hissəsini sıradan çıxararaq müəssisəyə 4897 manat məbləğində maddi ziyan yetirmiş və iddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097 və 1108-ci maddələri təşkil edir. Belə ki, Bakı şəhəri DYPİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərardan göründüyü kimi yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs kimi **-XM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh2 tanınmışdır. Yol nəqliyyat hadisəsi baş verən zaman Cavabdeh2 tərəfindən idarə edilən “Hyundai Veloster minik” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası olmamışdır. Yol nəqliyyat hadisəsi nəticəsində iddiaçı müəssisəyə dəymiş 4897 manat məbləğində vurulmuş maddi ziyana görə pul vəsaiti isə yol nəqliyyat hadisəsinin baş verməsində təqsiri müəyyən edilmiş Cavabdeh2 tərəfindən "xxxx" X4 ödənilməmiş və nəticədə iddiaçı təşkilata maddi ziyan dəymişdir. Məhkəmə tərəfindən obyektiv həqiqətə nail olmaqdan ötrü əmtəəşünaslıq ekspertizası təyin edilmiş, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 may 2024-cü il tarixli, 9/1106 saylı ekspert rəyindən görünür ki, "xxxx" X6 tərəfindən tərtib edilmiş akta və smetaya əsasən Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmiş 2010-cu il buraxılışlı, “Palermo” tipli işıq dirəyinə (çıraqsız) və onun özül hissəsinə dəymiş ziyanın məbləğinin ümumilikdə 4897 manat olması müəyyən edilmişdir. Ona görə də məhkəmə yuxarıda qeyd olunan faktiki hallara istinad edərək hesab edir ki, iddiaçı təşkilatın sözügedən maddi ziyanın aradan qaldırılması üçün 4897 manat məbləğində pulu nəqliyyat vasitəsini idarə etmiş Cavabdeh2 tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Məhkəmə iddia tələbinin digər Cavabdeh1 aid hissəsində qeyd edir ki, bununla bağlı məhkəmə iclasında iddianın təmin edilməsinə əsas verən hallar müəyyən edilmədiyindən həmin hissədə iddia rədd edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən məhkəmə-əmtəəşünaslıq ekspertizasına görə 50 manat ekspertiza xərci Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X2, kod-210005; VÖEN- **********; müxbir hesabAZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı "xxxx" X4 vurulmuş maddi ziyana görə 4897 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq iddiaçı təşkilata ödənilsin. İddia tələbi digər Cavabdeh1 aid hissədə rədd edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən məhkəmə-əmtəəşünaslıq ekspertizasına görə 50 manat ekspertiza xərci Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X2, kod-210005; VÖEN**********; müxbir hesabAZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi- VÖEN **********; hesab AZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar