Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-92/2021 08.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hаkim Əhmədоv Hаbil Yunis оğlunun sədrliyi, X3 kаtibliyi, İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti X11 Bankının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X11 Bankının cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X11 Bankı cavabdehlər Metakom MMC-yə və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankı ilə "xxxx" MMC arasında bağlanmış 14 sentyabr 2007-ci il tarixli ********** saylı kredit müqaviləsi üzrə cavabdeh "xxxx" MMC-dən 3 717 222.48 ABŞ dolları pulun, 30 manat dövlət rüsumu və 30 manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 60 manat dövlət rüsumunun tutulması, ipoteka predmetinin ilkin satış qiyməti 2 146 940 manat müəyyən edilməklə cavabdeh "xxxx" MMC-dən tutulmalı olan məbləği bank qarşısında ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, Kimya məhsulları anbarının yanında mülkiyyətində olan 6.4673 ha torpaq sahəsində yerləşən 6492.9 kv.m ümumi, 5627.4 kv.m əsas, 865.5 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinə yönəldilməsi və açıq hərracdan satılması, ipoteka predmetinə tutma yönəldildikdən və o, satıldıqdan sonra ipoteka qoyan Cavabdeh2 qeyri-yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə həmin şəxsin məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Qapalı Səhmdar Cəmiyyəti X11 Bankının nümayəndəsi X7 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, 14 sentyabr 2007-ci il tarixdə "xxxx" MMC Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankına ərizə ilə müraciət edərək, ona 3 000 000 ABŞ dolları kredit verilməsini xahiş etmişdir. Bank ilə cavabdeh arasında 14 sentyabr 2007-ci il tarixində kredit verilməsi haqqında ********** saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən cavabdehə illik 18 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 3 000 000 ABŞ dolları kredit verilmişdir. Bankla cavabdeh-ipoteka qoyan arasında bağlanmış 25 iyul 2015-ci il tarixli barışıq razılaşmasına əsasən cavabdeh-ipoteka qoyan 3 777 871.19 ABŞ dolları vəsaitin banka hissə-hissə ödənilməsini öhdələrinə götürmüşlər. Kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 tam mülkiyyət hüququ ilə ona məxsus olan Sumqayıt şəhəri, Kimya məhsulları anbarının yanında mülkiyyətində olan 6.4673 ha torpaq sahəsində yerləşən 6492.9 kv.m ümumi, 5627.4 kv.m əsas, 865.5 kv.m köməkçi sahədən ibarət əmlak kompleksini 21 sentyabr 2007-ci il tarixli ********** saylı ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü etmişdir. (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış; seriya MH № 0015711, 1 № reyestr kitabında, 21 № vərəqdə, qeydiyyat nömrəsi 140709684, 21 sentyabr 2007-ci il). Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 3 717 222.48 ABŞ dolları borcu qalmışdır. 14 sentyabr 2007-ci il tarixli ********** saylı kredit müqaviləsinin 5.1.6-cı bəndinin tələbinə görə kreditorun müqavilə şərtlərinin borclu tərəfindən pozulduğu hallarda vurulmuş zərərin əvəzinin və borcun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə bank tərəfindən cavabdehə və ipoteka qoyana xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan kredit müqaviləsinin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Eyni zamanda, cavabdeh borclu tərəfindən pul məbləğinin ödənilməsinin gecikdirilməsi banka zərər dəyməsi ilə nəticələnir. Bu səbəbdən də öhdəliyin tam icra olunması gününədək hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Mülki iş üzrə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24.08.2020-ci il tarixli 9/2307 saylı rəyi ilə o, razıdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04.10.2016-cı il tarixli 2-1(81)-4498/2016 saylı qərarından görünür ki, ərizə təmin edilmiş, QSC X11 Bankı müflis elan edilmiş, iflas proseduruna başlanılması və Əmanətlərin Sığortalanması Fondunun QSC X11 Bankının ləğvedicisi təyin edilməsi qərara alınmışdır. -Kreditor QSC Bank Standard KB ilə borcalan Metakom MMC arasında bağlanmış 14.09.2007-ci il tarixli ********** saylı kredit müqaviləsindən görünür ki, bank bu kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit alana illik faiz dərəcəsi 18 % olmaqla 36 ay müddətinə 3 000 000 ABŞ dolları kredit verməyi öhdəsinə götürmüşdür. -Kreditor QSC Bank Standard KB ilə borcalan Metakom MMC arasında bağlanmış 25.07.2015-ci il tarixli barışıq razılaşmasından görünür ki, borc alan 3 777 871.19 ABŞ dolları borcun hissə-hissə 7 il ərzində kreditora ödənilməsini, kreditor isə həmin öhdəliklərin 7 il ərzində hissə-hissə icrasına razılıq verməyi öhdəsinə götürmüşdür. -QSC Bank Standard KB-nin 14.09.2007-ci il tarixli ********** saylı kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, Metakom MMC 01.08.2015-ci il tarixdən 01.07.2022ci il tarixə qədər olan dövr ərzində əsas borca görə 3777871.20 ABŞ dolları borcu 84 ay müddətində hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. -İpoteka saxlayan QSC Bank Standard KB ilə ipoteka qoyan Cavabdeh2, üçüncü tərəfdən Metakom MMC arasında bağlanmış 21.09.2007-ci il tarixli ********** saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka verən 14.09.2007-ci il tarixli ********** saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı olaraq mülkiyyətində olan Sumqayıt şəhəri Kimya məhsulları anbarının yanında 6.4673 ha torpaq sahəsində yerləşən əmlak kompleksini (anbar) QSC Bank Standard KB qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsinin 2.1-ci bəndindən görünür ki, Koneko MMC tərəfindən hazırlanmış 10.09.2007-ci il tarixli qiymətləndirmə aktına əsasən ipoteka predmetinin dəyəri 2 146 940 manat müəyyən edilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 21.09.2007-ci il tarixli MH seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın Dövlət reyestrində 1 saylı reyestr kitabının 21 saylı vərəqində qeydiyyata alınmış Sumqayıt şəhəri Kimya məhsulları anbarının yanında 6.4673 ha torpaq sahəsində yerləşən əmlak kompleksi (anbar) 14.09.2007-ci il tarixli ********** saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi 21.09.2007-ci il tarixdən 14.09.2010-cu il tarixədək 30 ay müddətinə QSC Bank Standard KB qarşısında ipoteka ilə yüklülüyü qeydə alınmışdır. -QSC Bank Standard KB-nin Cavabdeh2, Metakom MMC-yə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrinin Sumqayıt şəhər Ərazi İdarəsinə ünvanladığı 24.11.2017-ci il tarixli **********224 saylı kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdən görünür ki, bank borcalana kredit müqaviləsi üzrə borc 3 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. -QSC Bank Standard KB-nin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 2 saylı Ərazi İdarəsinə ünvanladığı 15.02.2018-ci il tarixli **********033 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ərizədən görünür ki, bank ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmiş, bildiriş ********** nömrə ilə qeydə alınmış, bildirişin qeydə alınması üçün 20 manat xidmət haqqı və 10 manat dövlət rüsumu ödənilmişdir. -QSC Bank Standard KB-nin 06.06.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Metakom MMC-nin 14.09.2007-ci il tarixli ********** saylı kredit müqaviləsi üzrə 02.06.2017-ci il tarixə əsas borca görə 3 717 222.48 ABŞ dolları borcu vardır, cərimə hesablanmış gecikdirilən günlərin sayı 423 gün təşkil edir. -Azərbaycan Respublikası Vergilər Nazirliyinin 17.02.2005-ci il tarixli VÖEN ********** saylı vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surətindən görünür ki, Metakom MMC AZ0121 ünvan 2 ünvanında vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi şəxslərinin Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, “Metakom MMC” – adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarına dair, Cavabdeh2 100%, qanuni təmsilçi X4 olmasına dair 29.06.2015-ci il tarixli,**********216800 nömrə ilə çıxarış verilmiş, Qurum Azərbaycan Respublikası X9 30.04.2007-ci il tarixli Fərmanına əsasən «bir pəncərə» prinsipi ilə dövlət qeydiyyatına alınmışdır. -Abşeron RPŞ tərəfindən verilmiş 20.01.2005-ci il tarixli AZE № 02488999 saylı şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİnin Maps şöbəsi tərəfindən verilmiş 17.01.2018-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 Abşeron rayonu Saray qəsəbəsi A.Mənsimov küçəsi 17 saylı evdə qeydiyyatdadır. -13.01.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin:
88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 102.1. maddəsinə əsasən, ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24.08.2020-ci il tarixli 9/2307 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən cavabdeh Metakom MMC ilə iddiaçı ləğv prosesində olan Bank Standard KB arasında bağlanılmış 14 sentyabr 2007-ci il tarixli, ********** saylı kredit müqaviləsinin və həmin müqavilənin əsasında imzalanmış 25.07.2015-ci il tarixli barışıq razılaşmasının şərtləri əsas götürülməklə cavabdehin iddiaçı ləğv prosesində olan Bank Standard KB-yə ödənilməli olan kredit borcu 3 717 222,48 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: 02.06.2017-ci il (sualda soruşulan tarixə) tarixə olan əsas borc üzrə 3 717 222,48 ABŞ dolları; faiz borcu üzrə 00,00 ABŞ dolları. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir. -Premium Legal Services MMC-nin 26.10.2020-ci il tarixli H-04-PLS saylı arayışından görünür ki, Abşeron rayon Məhkəməsinin 2(012)-271/2020 saylı, 16.06.2020-ci il tarixli qərardadına əsasən qiymətləndirmə prosesi nəticəsində müəyyən olundu ki, vətəndaş Cavabdeh2 məxsus Sumqayıt şəhəri Kimya məhsulları anbarının yanında 6.4673 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin (anbar) bazar qiyməti: 690000 manat; likvid qiyməti: 520 000 manat təşkil edir. 26.10.2020-ci il tarixli H-04-PLS saylı arayışa əsasən daşınmaz əmlakın qiymətləndirilməsinə görə ödəniləcək məbləğ 400 manat müəyyən edilmişdir. Arayışdan daha sonra görünür ki, məhkəmənin qərardadının icrası ilə bağlı qiymətləndirici ekspert adı çəkilən ünvanda olmuş, mülkiyyətçilər və maraqlı şəxslərlə telefon əlaqəsi yaratmış, lakin əmlak kompleksinə baxış keçirilməsinə şərait yaratmamış və zəruri olan sənədlər ekspertə təqdim edilməmişdir. Lakin qərardadın cavablandırılması ilə bağlı ərazi üzrə daşınmaz əmlak bazarının monitorinqi aparılmış və təhlil olunmuşdur. Belə ki, MMC-nin qiymətləndirici eksperti tərəfindən ərazi üzrə fəaliyyət göstərən rieltor qurumlarına, internet resurslarına və bu sahədə nəşr edilən qəzet, jurnal və s. daşınar və daşınmaz əmlak bazarındakı vəziyyəti xarakterizə edən operativ bazar məlumatlarına, etimad doğuran açıq mənbələrdən alınan məlumatlara istinad edilməklə hesabat hazırlanmışdır. -X10 MMC-nin 31.03.2021-ci il tarixli 031/LBC saylı məktubundan görünür ki, ipoteka predmetinə baxış keçirilməsi mümkün olmadığından Abşeron rayon Məhkəməsinin 2(012)-271/2020 saylı, 19.11.2020-ci il tarixli qərardadı icrasız geri qaytarılmışdır. -X12 Mərkəzinin 02.07.2021-ci il tarixli YD054/q saylı arayışından görünür ki, qərardadda göstərilən daşınmaz əmlakın qiymətləndirilməsi ilə bağlı sözügedən əmlaka yerində baxış keçirilməsi üçün şərait yaradılması və bununla bağlı vaxt təyin edilməsi məqsədilə MMC-nin nümayəndələri tərəfindən daşınmaz əmlak mülkiyyətçilərinə və onların səlahiyyətli nümayəndələrinə bir neçə dəfə telefon vasitəsilə zəng vurularaq məlumat verilmişdir. Lakin çoxsaylı müraciətlərə baxmayaraq qarşı tərəf hər dəfə müxtəlif bəhanələr gətirməklə əmlaka baxış keçirilməsinə əngəl törətmiş, sonuncu dəfə əmlakın yerləşdiyi yerə baxış keçirilməsi üçün MMC-nin əməkdaşları qeyd olunan əraziyə getmiş, lakin buna baxmayaraq qarşı tərəf əmlakın yerini dəqiq deməməklə əmlaka baxış keçirilməsi mümkün olmamış, qərardad icra edilmədən geri qaytarılmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilə üzrə cavabdeh Metakom MMC-nin bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, QSC Bank Standard KB ilə Metakom MMC arasında bağlanmış 14.09.2007-ci il tarixli ********** saylı kredit müqaviləsinə əsasən borcalana illik faiz dərəcəsi 18 % olmaqla 36 ay müddətinə 3 000 000 ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə 21.09.2007-ci il tarixli ********** saylı ipoteka müqaviləsinə əsasən Metakom MMC-nin mülkiyyətində olan Sumqayıt şəhəri Kimya məhsulları anbarının yanında 6.4673 ha torpaq sahəsində yerləşən əmlak kompleksi (anbar) bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyindən iddiaçı bank kredit müqaviləsi üzrə borcun tutulmasına və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara əsasən cavabdeh Metakom MMC-nin iddiaçı Qapalı Səhmdar Cəmiyyəti X1rşısında 14.09.2007-ci il tarixli ********** saylı kredit müqaviləsi üzrə 3 717 222.48 ABŞ dolları borcunun yaranması tədqiq olunmuş sübutlarla, həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24.08.2020-ci il tarixli 9/2307 saylı rəyi ilə öz təsdiqini tapdığından məhkəmə cavabdeh Metakom MMC-dən kredit müqaviləsi üzrə 3 717 222.48 ABŞ dolları borcun tutulması hissəsində iddia tələbini əsaslı hesab edib təmin edilməsi qənaətinə gəlir. Mülki Məcəllənin: 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. 319.1-ci və 319.6-cı maddələrinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra İpoteka haqqında Qanun adlanacaq) 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara əsasən cavabdeh Metakom MMC kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmini üsulu kimi mülkiyyətində olan Sumqayıt şəhəri Kimya məhsulları anbarının yanında 6.4673 ha torpaq sahəsində yerləşən əmlak kompleksini (anbar) iddiaçı QSC Bank Standard KB qarşısında ipoteka ilə yüklü etmiş və tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 2.1-ci bəndinə əsasən, 10.09.2007-ci il tarixli qiymətləndirmə aktına əsasən ipoteka predmetinin dəyəri 2 146 940 manat müəyyən edilmişdir. Bankın ipoteka hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, kredit borcu qaytarılmadığından qanuna və ipoteka müqaviləsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsas yaranmışdır. İpoteka haqqında Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Abşeron rayon Məhkəməsinin qərardadları ilə təyin olunmuş daşınmaz əmlakın qiymətləndirilməsinə dair "xxxx" MMC tərəfindən verilmiş, qiymətləndirilməsi tərəflərin iştirakı olmadan keçirilərək tərtib olunmuş qiymətləndirmə arayışına əsasən təyin edilmiş qiymətlə (bazar qiyməti: 690 000 manat; likvid qiyməti: 520 000 manat) iddiaçı tərəfindən həmin kompleksə təyin edilmiş qiymət arasında böyük fərq və ziddiyyətlər olduğundan və həmin fərqin qiymətləndirmənin obyektiv aparılmasına şübhələr yaratdığından, məhkəmə iddiaçının iddia ərizəsini və məhkəməyə təqdim olunmuş digər sübutları əlaqəli şəkildə qiymətləndirərək Mülki Prosesssual Məcəllənin 97.5. maddəsinə əsasən ekspertiza təyin edilən faktı qəbul edilməmiş hesab edərək daşınmaz əmlakın iddiaçının tələb etdiyi, ipoteka müqaviləsinə əsasən müəyyən edilmiş 2 146 940 manat qiymətləndirilməklə açıq hərracdan satılmasını daha ədalətli və obyektiv hesab edir. Məhkəmə iddia tələbinin tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində qeyd edir ki, iddia tələbində Cavabdeh2 məxsus Sumqayıt şəhəri Kimya məhsulları anbarının yanında 6.4673 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin (anbar) ilkin satış qiyməti 2 146 940 manat göstərildiyindən məhkəmə iddia tələbində göstərilən qiymətə istinad edərək Cavabdeh2 məxsus fərdi yaşayış evinin 2 146 940 manat müəyyən olunmaqla açıq hərracdan satılması qərarına gəlir. İpoteka haqqında Qanunun: 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İstinad olunan maddənin məzmunundan göründüyü kimi ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri tutmanın həmin yaşayış sahəsinə yönəldilməsi və satışı ilə şərtləndirilir. 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Başqa sözlə qanunun mənasına görə ipoteka qoyulmuş yaşayış sahəsi satıldıqdan sonra bir ay ərzində ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda, həmin şəxslər evdən və ya mənzildən məhkəmə qərarı əsasında məcburi qaydada çıxarıla bilərlər. Mülki Məcəllənin 203.3.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi zamanı əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilir. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri Kimya məhsulları anbarının yanında 6.4673 ha torpaq sahəsində yerləşən əmlak kompleksi (anbar) açıq hərracda çıxarılıb satıldıqdan bir ay sonra Cavabdeh2 çıxarılmalı, daşınmaz əmlak boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Beləliklə, işin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, cavabdeh Metakom MMC iddiaçı QSC Bank Standard KB-dən aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımi qaydada qaytarmadığından Qapalı Səhmdar Cəmiyyəti X11 Bankının xeyrinə cavabdeh Metakom MMC-dən 14.09.2007-ci il tarixli ********** saylı kredit müqaviləsi üzrə 3 717 222.48 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) pul vəsaiti tutulmalı, tutma ipoteka qoyulmuş Metakom MMC-nin mülkiyyətində olan Sumqayıt şəhəri Kimya məhsulları anbarının yanında 6.4673 ha torpaq sahəsində yerləşən əmlak kompleksinə (anbar) yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı, ipoteka predmetinin satış qiyməti 2 146 940 manat müəyyən edilməli, satışdan əldə olunmuş pul vəsaitindən ümumilikdə 3 717 222.48 ABŞ dolları borc qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə iddiaçı QSC Bank Standard KB-nin xeyrinə ödənilməli, Sumqayıt şəhəri Kimya məhsulları anbarının yanında 6.4673 ha torpaq sahəsində yerləşən əmlak kompleksinə (anbar) tutma yönəldikdə və o, satıldıqda Cavabdeh2 daşınmaz əmlakı boşaldaraq ən geci bir ay ərzində həmin əmlakdan çıxarılmalıdır. Məhkəmə eyni zamanda cavabdeh Metakom MMC-dən iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında debitor-kreditor hüquq münasibətləri ABŞ dolları ilə yaranmış olsa da, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan və pul öhdəliyi manatla ifadə edilməli olduğundan iddiaçıya ödənilməli olan pul vəsaiti manatla ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi təmin edildiyindən, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 30 manat cavabdeh Metakom MMC-dən tutulub iddiaçıya verilməli, ekspertiza tədqiqatına görə 145 manat pul vəsaiti tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************), daşınmaz əmlakın qiymətləndirilməsinə görə isə 400 manat Premium Legal Services MMC-nin hesabına ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Mülki-Prosessual Məcəllənin 119, 216-220, 222.2, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
QƏT ETDİ:
İddia ərizəsi təmin edilsin. Cavabdeh Metakom MMC-dən 14.09.2007-ci il tarixli ********** saylı kredit müqaviləsi üzrə 3 717 222.48 (üç milyon yeddi yüz on yeddi min iki yüz iyirmi iki ABŞ dolları qırx səkkiz sent) ABŞ dolları borc ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə, məhkəmə xərclərinə görə 60 manat (dövlət rüsumu 30 manat, bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat) iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti X11 Bankının xeyrinə tutulsun. Cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri Kimya məhsulları anbarının yanında 6.4673 ha torpaq sahəsində yerləşən əmlak kompleksinə (anbar) tutma yönəldilsin, həmin əmlak kompleksinin ilkin satış qiyməti 2 146 940 (iki milyon yüz qırx altı min doqquz yüz qırx) manat olmaqla açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsaitdən cəmi 3717222.48 (üç milyon yeddi yüz on yeddi min iki yüz iyirmi iki ABŞ dolları qırx səkkiz sent) ABŞ dolları borc ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə, məhkəmə xərclərinə görə 60 manat (dövlət rüsumu 30 manat, bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat) Qapalı Səhmdar Cəmiyyəti X11 Bankının hesabına, 145 (yüz qırx beş) manat ekspertiza xərci Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, daşınmaz əmlakın qiymətləndirilməsinə görə 400 (dörd yüz) manat Premium Legal Services MMCnin hesabına keçirilsin, Qapalı Səhmdar Cəmiyyəti X11 Bankına tam ödənildikdən sonra qalan məbləğ cavabdeh Metakom MMC-yə qaytarılsın. Sumqayıt şəhəri Kimya məhsulları anbarının yanında 6.4673 ha torpaq sahəsində yerləşən əmlak kompleksinə (anbar) tutma yönəldikdə və o, satıldıqda Cavabdeh2 əmlak kompleksini boşaldaraq ən geci bir ay ərzində həmin əmlak kompleksindən çıxarılsın. Ekspertiza tədqiqatına görə 145 (yüz qırx beş) manat pul vəsaiti cavabdeh Metakom MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Daşınmaz əmlakın qiymətləndirilməsinə görə 400 (dörd yüz) manat Premium Legal Services MMC-nin (VÖEN: **********, Hesab: AZ46NABZ********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov