Məhkəmə qərarları › İş №e-2(012)-932/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-932/2023

10.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-932/2023 10.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının vəkili-nümayəndəsi Vəkil, Cavabdehin vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, tərəflərin birgə nikahından 31 mart 2009-cu ildə anadan olmuş X1 üçün Zəngilan Rayon Məhkəməsinin 2(034)-347/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş hər ay üçün 150 manat aliment məbləğinin dəyişdirilərək cavabdehdən hər ay qazancının (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər 30 mart 2014-cü ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahdan 31 mart 2009-cu ildə doğulmuş X4 adlı bir övladları vardır. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(034)-1000/2017 saylı qətnaməsinə əsasən nikah pozulmuş, X4 anası İddiaçı himayəsində saxlanılmışdır. Zəngilan Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli qətnaməsinə əsasən X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh hazırda "xxxx" QSC-də işləyir və kifayət qədər yüksək əmək haqqı alır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Nümayəndə iddia tələbinin təmin edilməsinə etiraz etdi. O bildirdi ki, cavabdeh başqa nikaha girmişdir və bu nikahdan onun 1 uşağı var. Bundan başqa, xəstə və yaşlı anası da onun himayəsindədir. Mübahisə həll edilərkən bu hallar nəzərə alınmalıdır. Məhkəmə iş üzrə tərəflərin nümayəndələrini dinləyib, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Mülki işin materiallarından olan Zəngilan Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(034)-1000/2017 saylı qətnaməsindən görünür ki, iddia ərizəsi təmin edilmiş, Cavabdeh və İddiaçı arasında Sumqayıt «ASAN» xidmət mərkəzi qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 504 sayla qeydə alınmış 30 mart 2014-cü il tarixli nikah pozulmuş, 31 mart 2009-cu il təvəllüdlü X2 İddiaçı yanında qalması müəyyən edilmişdir. Mülki işin materiallarından olan Zəngilan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(034)-347/2022 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, həmin məhkəmənin 2(034)-1066/2017 saylı, 05 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İşdə olan "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh bankda filial müdir müavini vəzifəsində işləyir və onun aylıq əmək haqqı (vergilər və digər məcburi tutulmalar daxil) 3013 manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı Xidmətdə inspektor vəzifəsində işləyir və onun aylıq əmək haqqı 2421 manat təşkil edir. İşdə olan nikah haqqında AZ-İİ 410860 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 xx.xx.2020-ci il tarixdə nikaha girmişlər. Nikahdan sonra arvada Şirinova soyadı verilmişdir. İşdə olan doğum haqqında AZ-İV 618268 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 birgə nikahından xx.xx.2121-ci il tarixdə Emin adlı uşaq doğulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76-cı maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı əvvəlki qətnamə ilə təyin edilmiş 150 manat sabit aliment məbləğinin hazırda azyaşlının saxlanması üçün kifayət etmədiyini iddia edir. Azyaşlı uşaq iddiaçının himayəsindədir və maddi ehtiyacları artmaqdadır. İddiaçı alimentin miqdarının sabit məbləğdə deyil, cavabdehin aylıq gəlir və qazancının ¼ hissəsi miqdarında artırılmasını tələb edir. İşdən görünür ki, cavabdehin aylıq qazancı müntəzəmdir və hazırda 3013 manat təşkil edir. Bundan başqa, işdən görünür ki, cavabdeh sonradan yenidən nikaha girmiş, bu nikahdan da onun 1 uşağı olmuşdur. Məhkəmə birgə nikahdan doğulmuş Xədicə adlı azyaşlı uşağın mənafeyini, normal inkişaf etməsini, əvvəlki təminat səviyyəsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(034)-347/2022 saylı qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş 150 manat sabit pul məbləğində aliment artırılaraq hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında müəyyən edilməli, alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Bu nəticəyə gələrkən məhkəmə həmçinin cavabdehin ikinci nikahından doğulmuş Emin adlı uşağın da mənafeyini nəzərə nəzərə alır. Hazırki halda cavabdehin aylıq qazancının ¼ hissəsinin onun əvvəlki nikahdan doğulmuş Xədicə adlı uşağın saxlanılması üçün tutulması Ailə Məcəlləsinin 76-cı maddəsinin ümumi prinsiplərinə zidd deyildir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(034)-347/2022 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin. xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutulsun. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar