Məhkəmə qərarları › İş №e-2(012)-952/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-952/2025

02.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-952/2025 02.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Abiyev Fərid Nurəddin oğlunun katibliyi, İddiaçı MMC-nin vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh vurduğu maddi ziyana görə 1900 manat, vəkil xidmət haqqı üçün 150 manat və ödənilmiş dövlət rüsumu 41 manat olmaqla cəmi 2091 manatın alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-6604/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı MMC-nin vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, 26 iyul 2024-cü il tarixdə saat 18:53 radələrində Bakı- Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 16,5-ci kilometrliyində İddiaçı MMC-nin sürücüsü 1969-cu il təvəllüdlü Cavabdeh idarə etdiyi Hyundai HD78 yük markalı 99JK 314 dövlət qeydiyyat nişanlı avtomobillə rayon istiqamətində hərəkətdə olarkən qarşısında eyni zolaqda dayanmış (piyada zolağı qarşısında) X3 idarə etdiyi Hyudai Santafe markalı ** CN *** dövlət qeydiyyat nişanlı avtomobili arxa hissədən vurmuş, zərbədən irəliyə sıçrayan Hyundai Santefe markalı avtomobil ön hissəsi ilə piyada yolu zolağı ilə keçən 1960-cı il təvəllüdlü X1 dəymiş nəticədə o xəsarət almışdır. Həmin fakta görə Cavabdeh təqsirli olduğu üçün barəsində istintaq aparılır. Bildirir ki, Cavabdeh ilə İddiaçı MMC arasında yük avtomobili sürücüsü kimi əmək müqaviləsi, Xidməti müqavilə və Tam maddi məsuliyyət haqqında müqavilələr bağlanmışdır. Cavabdeh təqsiri təqsiri ilə baş vermiş yol–nəqliyyat hadisəsi nəticəsində "xxxx" MMC-yə məxsus Hyundai HD78 yük markalı 99JK 314 dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurulmuşdur. Vurulmuş ziyan 1900 manat manat məbləğində müəyyən edilərək bu barədə ZR Global motors MMC-nin ixtisaslaşdırılmış servis mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixdə Qüsur Aktı tərtib edilmişdir. Vurulmuş ziyan bugünədək cavabdeh tərəfindən ödənilməmişdir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı şirkətin nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Sifarişçi İddiaçı MMC ilə icraçı Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli xidməti müqaviləsindən görünür ki, icraçı müqavilənin qüvvədə olduğu müddət ərzində sifarişçi İddiaçı MMC-də sürücü (iş olduğu zaman sifarişçinin dəvəti ilə) işləməyi, sifarişçi isə icraçıya razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.2.2-ci bəndinə əsasən, bu müqavilə üzrə müəyyən edilmiş işlərin yerinə yetirilməsi zamanı təhlükəsizlik qaydalarının pozulmasına görə baş verə bilən bədbəxt hadisələrə görə məsuliyyət icraçının üzərinə düşür. -İşəgötürən İddiaçı MMC ilə işçi Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, maddi məsul şəxs ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. -Abşeron Rayon Məhkəməsinin 1(012)-1140/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd” nin 2ci hissəsinə əsasən həmin Məcəllənin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunması və barəsində olan cinayət işinin icraatına xitam verilməsi, Cavabdeh barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməsi, iş üzrə maddi sübut kimi tanınmış “Hyundai HD78” markalı, ** JK *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh və “Hyundai Santafe” markalı, ** CN *** dövlət qeydiyyat nişanlı avtomobilin X2 qaytarılmasının nəzərə alınması qərara alınmışdır. -ZR Global Motors MMC tərəfindən verilmiş qüsur aktından görünür ki, Hyundai HD78 yük markalı 99JK 314 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 1900 manat hesablanmışdır. Mülki Prosessual Məcəllənin:

88. maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7 maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. -«X4» MMC-nin xx.xx.2025-ci il tarixli 214 nömrəli saylı rəyindən görünür ki, aparılmış tədqiqatlar nəticəsində, Hyundai HD78 yük markalı 99JK 314 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ümumi məbləği qeyd olunan tarixə 1900 manat olaraq müəyyən edilmişdir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra Yol hərəkəti haqqında Qanun adlanacaq): 34-cü maddəsinə əsasən sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir. Sürücülük vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 81-ci maddəsinə əsasən yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixli xidməti müqaviləsinə əsasən, İddiaçı MMC-də sürücü işləyən Cavabdeh 26 iyul 2024-cü il tarixdə saat 18:53 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 16,5-ci kilometrliyində idarə etdiyi Hyundai HD78 yük markalı 99JK 314 dövlət qeydiyyat nişanlı avtomobillə rayon istiqamətində hərəkətdə olarkən qarşısında eyni zolaqda dayanmış (piyada zolağı qarşısında) X3 idarə etdiyi Hyudai Santafe markalı ** CN *** dövlət qeydiyyat nişanlı avtomobili arxa hissədən vurmuş, hadisəsi nəticəsində "xxxx" MMC-yə məxsus Hyundai HD78 yük markalı 99JK 314 dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurulmuşdur. ZR Global Motors MMC tərəfindən verilmiş qüsur aktından göründüyü kimi Hyudai HD78 yük markalı ** JK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 1900 manat hesablanmışdır. Lakin nəqliyyat vasitəsinə vurulmuş zərər bugünədək ödənilməmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh vurduğu maddi ziyana görə 1900 manatın alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.3-cü maddəsinə əsasən, bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə ekspert rəyini iddia tələbi və digər sübutlarla paralel şəkildə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən qiymətləndirib, əsas sübut növü kimi qəbul edir. Belə ki, ekspert rəyinə əsasən, Hyundai HD78 yük markalı 99JK 314 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ümumi məbləği qeyd olunan tarixə 1900 manat olaraq müəyyən edilmişdir. Məhkəmə ekspert rəyində göstərilən dəymiş zərər məbləğlərini ədalətli və düzgün hesab edir. İşin araşdırılan halları ilə, tədqiq edilmiş sübutlarla və ekspert rəyi ilə cavabdehin iddiaçının mülkiyyətində olan əmlaka maddi zərər vurması təsdiqini tapır. Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixində qanuni qüvvəsini almış 1-(012)-1140/2024 saylı Qərarından görünür ki baş vermiş yol-nəqliyyat hadissi nəticəsində Cavabdeh təqsirli bilinmişdir. Cavabdehin iddiaçı qarşısında müqavilə üzrə tam maddi məsuliyyət daşıdığından iddiaçının cavabdehdən maddi ziyan tələbi əsaslıdır. Beləliklə məhkəmə sübutları məcmu halda hesablayaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1900 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Bundan əlavə iddiaçı tələbində vəkilə hüquqi xidmət üçün ödənilmiş 150 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş etsə də, iddiaçı vəkil ilə aralarında bağlanmış hüquqi yardım müqaviləsini və buna görə etdiyi ödənişə dair qəbzi iş materiallarına əlavə etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iş üzrə 41 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3. maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ:

İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 1900 (min doqquz yüz) manat pul və 41 (qırx bir) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar