Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-968/2023 08.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi X1, cavabdeh SOCAR Neft Kəmərləri İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh SOCAR Neft Kəmərləri İdarəsinə qarşı mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olan qanunsuz hərəkətlərə son qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə 08 may 2023-cü il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh SOCAR Neft Kəmərləri İdarəsinə qarşı mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olan qanunsuz hərəkətlərə son qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh SOCAR Neft Kəmərləri İdarəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilən Reyestr № **********18-10301 saylı Çıxarışla xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən 34,50 m sahəyə malik fərdi yaşayış evində və onun yerləşdiyi torpaq sahəsində tikinti işlərinin, o cümlədən quruculuq abadlıq işlərinin görülməsinə və sahənin hasarlanması işlərin aparılmasına müdaxilə və maneə törədən hərəkətlərinin qanunsuz hesab olunaraq aradan qaldırılması, həmçinin belə hərəkətlərin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən 34,50 m sahəyə malik fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********18-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında onun xüsusi mülkiyyətindədir. Mülkiyyətində olan yuxarıda qeyd olunan fərdi yaşayış evi fiziki cəhətdən köhnəldiyindən və tərəfindən əmlakının yaxşılaşdırılması məqsədilə orada təmir bərpa və tikinti işləri aparmaq qərarına gəlmişdir. Bu məqsədlər tərəfindən bir sıra təmir və tikinti üçün tədbirlər görülməsinə başlanarkən sözügedən daşınmaz əmlakın onun xüsusi mülkiyyətində olmasına baxmayaraq cavabdeh təşkilat orada təmir və tikinti aparmağına qanunsuz olaraq maneələr yaradır. Cavabdeh təşkilatın mülkiyyət hüquqlarımın həyata keçirilməsinə mane olan hərəkətləri qanunsuzdur və həmin maneələrə son qoyulmalıdır. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh SOCAR Neft Kəmərləri İdarəsinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, qeyd olunan torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin bir hissəsinin mühafizə zonasına düşdüyü müəyyən olunduğundan iddia tələbi əsassızdır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********18-10301 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli Çıxarışın surətindən müəyyən edilir ki, ünvan 1 ünvanında 0.004160 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 34.50 kv.m olan fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir, torpaq sahəsi isə istifadədə olub, bələdiyyənin mülkiyyətindədir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********18-10301 reyestr nömrəli texniki pasportun surətindən müəyyən olunur ki, ünvan 1 ünvanı İddiaçı mülkiyyətindədir. Konstitusiyanın 13-cü maddəsinin İİ hissəsinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsi isə müəyyən edir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyətin növündən asılı olmayaraq mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl dəyərlərindən biri hesab olunur. Mülkiyyət hüququ ümumbəşəri dəyər kimi İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın(bundan sonra – Konvensiya) 1 saylı Protokolunun 1ci maddəsində öz əksini tapmışdır. Beləliklə, mülkiyyət, konstitusiya quruluşunun əsaslarını təşkil edən dəyərlərdən biridir və hüquqi dövlətdə mülkiyyət hüququ onun növündən asılı olmayaraq bir-birindən üstün olmadan qorunmalıdır. «İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında» 1950-ci il Avropa Konvensiyasına aid Protokolun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, ünvan 1 ünvanında 0.004160 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 34.50 kv.m olan fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********18-10301 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli Çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. Həmin torpaq sahəsi qaz boru kəmərlərinin və neft boru kəmərinin mühafizə zonasında yerləşdiyindən iddiaçının orada tikinti işləri aparmasına cavabdeh hüquqi şəxslər icazə vermir. Həmin torpaq sahəsində tikinti işlərinin aparılmasına edilən müdaxilənin cavabdehlərə qadağan edilməsi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı mülkiyyət hüququ ilə özünə məxsus torpaq sahəsində təyinatına uyğun olmaqla və qanunvericiliyin tələblərini gözləməklə müvafiq tikinti işləri aparmaq istəyir. Cavabdehlərin qeyd edilən hərəkətləri isə mülkiyyətçinin öz mülkiyyətindən sərbəst istifadə hüququnu məhdudlaşdırır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının mülkiyyətində ünvan 1 ünvanında 0.004160 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 34.50 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bir hissəsi mühafizə zonasına düşür. İddiaçı qeyd olunan evdə və onun yerləşdiyi torpaq sahəsində təmir və tikinti işləri aparmaq istəyir. Lakin, cavabdeh tərəfindən buna icazə verilmir,lakin cavabdehin iddiaçının mülkiyyətçi kimi qanunla qorunan maraqlarını nəzərə almır. Odur ki, məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında 0.004160 ha torpaq sahəsində və onun üzərində yerləşən ümumi sahəsi 34.50 kv.m olan fərdi yaşayış evində tikinti işləri aparılması ilə bağlı SOCAR-ın Təhlükəsizlik İdarəsi və SOCARın Neft Kəmərləri idarəsinin əsassız müdaxiləsi qanunsuz hesab edilməli və belə hərəkətlər cavabdehə qadağan olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilən Reyestr № **********18-10301 saylı Çıxarışla xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən 34,50 m sahəyə malik fərdi yaşayış evində və onun yerləşdiyi 0.004160 ha. torpaq sahəsində tikinti işlərinin, o cümlədən quruculuq abadlıq işlərinin görülməsinə və sahənin hasarlanması işlərin aparılmasına müdaxilə və maneə törədən hərəkətləri qanunsuz hesab olunaraq aradan qaldırılsın və belə hərəkətlərin edilməsi qanunsuz hesab edilsin və müdaxiləsi cavabdeh SOCAR-ın Neft Kəmərləri idarəsinə qadağan hesab edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumuna görə pul SOCAR-ın Neft Kəmərləri İdarəsindən tutulub İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şıkayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-968/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-968/2023
08.05.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver