Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-975/2024 02.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı X2, Cavabdeh və onun vəkili-nümayəndəsi X5 iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-6631/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh tutulan 175 manat sabit pul məbləğində alimentin miqdarını artıraraq hər ay 250 manat müəyyən edilməsi, ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərcinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X6 məhkəmə iclasında izahatında bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 6631/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən onunla cavabdeh arasında Yasamal rayon qeydiyyat şöbəsində bağlanmış xx.xx.2014-cü il tarixli, 870 saylı nikahın pozulması, xx.xx.2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh 175 manat sabit pul məbləğində alimentin tutulması və uşağın onun yanında qalması qət edilmişdir. Nikahın pozulmasına səbəb olan cavabdehin onlara qarşı laqeyd hərəkətləri sonradan da davam etmişdir. Belə ki, o, valideynlik vəzifəsini lazımınca dərk etsəydi, o zaman başa düşərdi ki, uşağın bütün qayğılarını çəkən, təlim-tərbiyəsi ilə məşğul olan, bacardığı qədər onun ehtiyaclarını ödəməyə çalışan, lakin çox vaxtda buna nail ola bilməyən, daimi iş yeri və stabil qazancı olmayan tək ana üçün 175 manat alimentlə 5 yaşlı oğlan uşağını saxlamaq çətindir. O, dəfələrlə cavabdehə uşağın artan tələbatını ödəməsi üçün əlavə maddi yardım etməsini bildirsə də cavabdeh ona məhəl qoymamışdır. Halbuki cavabdeh kifayət qədər yüksək gəlirə məxsusdur və istəsə, hər ay ən azı 100 manat əlavə maddi yardım etmək ona çətin olmaz. Lakin qeyd etdiyi kimi cavabdeh əlavə maddi yardımdan boyun qaçırmışdır. Belə olan halda uşağın saxlanılması üçün qətnamə ilə təyin edilmiş alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçı X6 ona övladı xx.xx.2018-ci il təvəllüdlü X9 ilə görüşməsinə imkan vermir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətində sürücü vəzifəsində işləyir və 814 manat əmək haqqı alır. O, əmək haqqına uyğun alimentin artırılması barədə qətnamə qəbul edilməsini xahiş edir. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV № 204400 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2018-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə X3r. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-6631/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Yasamal Rayon Qeydiyyat Şöbəsində bağlanmış 18 oktyabr 2014-cü il tarixli, 870 saylı nikahın pozulması, xx.xx.2018-ci il təvəllüdlü X7 anası İddiaçı yanında qalması, xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş Cavabdeh aid AA5707138 saylı şəxsiyyət vəsiqəsinə dair gəlir məlumatları barədə çıxarışdan görünür ki, Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətində sürücü vəzifəsində işləyir və əmək haqqı 814 manat təşkil edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmədə sübutların tədqiqatı zamanı işin mübahisə edilməyən halları ilə müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətində sürücü işləyir və əmək haqqı 814 manat təşkil edir, həmin məbləğdən başqa cavabdehin digər gəlir və qazancının olması məhkəmədə müəyyən edilməmişdir.Məhkəmə qeyd olunan xüsusatı nəzərə alaraq hesab edir ki,alimentin müəyyən edilmiş miqdarının artırılaraq 204 manat həddində müəyyən edilməsi işin faktiki hallarına və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinin tələbindən irəli gələn hüquqi mövqeyə də uyğundur. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarına istinad edərk hesab edir ki, alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad edərək hesab edir ki, 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Bundan başqa iddia tələbinin 50 manat dövlət rüsumunun və 50 manat mediasiya haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi bu hissələrdə əsassız olduğundan rədd edilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad edilsə də iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, ********** nömrəli Mədaxil qəbzindən görünür ki, iddiaçı X1 Rayon Məhkəməsinə ərizə verilməsi üçün 50 manat məbləğində dövlət rüsumunu X10 vasitəsilə xx.xx.2023-cü ildə saat 03:28-də Dövlət Büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Yuxarıda qeyd olunmuş normaları nəzərə alaraq məhkəmə, 50 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini mümkün hesab etmir və məhkəmə qeyd edir ki, iddiaçı daha sonra iddia ərizəsinin verilməsi üçün ödədiyi dövlət rüsumunun dövlət büdcəsindən ona qaytarılması ilə bağlı məhkəməyə müraciət edə bilər. Həmçinin məhkəmə hesab edir ki, mediasiya haqqı məhkəmə xərclərinə aid olmadığından, iddia tələbi bu hissədə də rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-6631/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 204 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq iddiaçı X4 ödənilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. İddia tələbi 50 manat dövlət rüsumu və 50 manat mediasiya haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-975/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-975/2024
02.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver