Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-1108/2024 30.05.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra- İddiaçı ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2021-ci il tarixli 101808-297338/1 nömrəli kredit müqaviləsi üzrə 6837.66 manat əsas və 0 manat cərimə, cəmi 6837.66 manat borcun və iş üzrə ödənilmiş 88.38 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 101808-297338/1 nömrəli kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 17.5% dərəcəsi ilə 10000 (on min) manat məbləğində kredit verilmişdir. X4 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Q.Hüseynov haqqında xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 23 saylı Notariat Ofisində vərəsəlik işi açılmış, onun vərəsəsi kimi arvadı Cavabdeh miras payı əldə etməsi barədə xx.xx.2023-cü il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Şəhadətnamələrə əsasən Cavabdeh miras əmlakdan (daşınmaz əmlakdan və nəqliyyat vasitələrindən) tam hissədə pay almışdır. Lakin buna baxmayaraq X2 vərəsəsi olaraq Cavabdeh kreditin qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmıyaraq kreditin qaytarılmasına dair bu günə kimi borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Nəticədə xx.xx.2024-cü il tarixinə cavabdehin 6837.66 manat əsas və 0 manat faiz olmaqla, cəmi 6837.66 manat borcu yaranmışdır. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı ASC-dən məhkəməyə elektron ərizə daxil olmuş və həmin ərizədə qeyd olunan iddia ərizəsi üzrə xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini, iddia tələbini müdafiə etdiklərini bildirmiş və mülki işə onların iştirakı olmadan baxılmasını və müvafiq qətnamənin çıxarılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, № 101808-297338/1 nömrəli Kredit Müqaviləsindən görünür ki, İddiaçı ASC X3 36 ay müddətinə qaytarılmaq şərti ilə illik 17.5 faiz dərəcəsi ilə 10000 (on min) manat məbləğində kredit vermişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, cavabdeh X2 xx.xx.2024-cü il tarixə, kredit müqaviləsi üzrə 6837.66 manat əsas kredit borcu, 0 manat faiz borcu, cəmi 6837.66 manat borcu mövcuddur. İş materiallarında olan 08 noyabr 2022-ci il tarixli AZ-İİ № 310603 nömrəli “X5”nin surətindən görünür ki, X4 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixində, 1634 № ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri 23 saylı Notariat Ofisi tərəfindən veriliş xx.xx.2023-cü il tarixli, 2V-101 № ilə reyester qeydiyyatına alınmış, V-133/2022 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, Bakı şəhəri 23 saylı Notariat X1 adına vərəsəlik işi açılmış və vərəsəsi Agdam rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh (AA*******, xx.xx.2021- Asan 3, Fin: xxxxxxx, d/txx.xx.1971) olduğu müəyyən edilmişdir və miras Abşeron rayonu, saray qəsəbəsi ünvanda yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsindən ibarətdir. İşin materiallarında olan Bakı şəhəri 23 saylı Notariat Ofisi tərəfindən veriliş xx.xx.2023-cü il tarixli, 2V-102 № ilə reyester qeydiyyatına alınmış, V-133/2022 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, Bakı şəhəri 23 saylı Notariat X1 adına vərəsəlik işi açılmış və vərəsəsi Agdam rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh (AA*******, xx.xx.2021- Asan 3, Fin: xxxxxxx, d/txx.xx.1971) olduğu müəyyən edilmişdir və miras Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli AB 674440 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi 1C4RJFBGXCC242458, mühərrik № CC242458 və buraxılış ili 2012-ci il olan “X7 Minik” markalım ** NU *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İşin materiallarında olan Bakı şəhəri 23 saylı Notariat Ofisi tərəfindən veriliş xx.xx.2023-cü il tarixli, 2V-103 № ilə reyester qeydiyyatına alınmış, V-133/2022 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, Bakı şəhəri 23 saylı Notariat X1 adına vərəsəlik işi açılmış və vərəsəsi Agdam rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh (AA*******, xx.xx.2021- Asan 3, Fin: xxxxxxx, d/txx.xx.1971) olduğu müəyyən edilmişdir və miras Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli BB 190623 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi JTDKB20U353074584 və buraxılış ili 2005 olan Toyota Prius (Hibrid) Minik markalı **-DV-*** dövlət nömrəli nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İşin materiallarında olan Bakı şəhəri 23 saylı Notariat Ofisi tərəfindən veriliş xx.xx.2023-cü il tarixli, 2V-103 № ilə reyester qeydiyyatına alınmış, V-133/2022 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, Bakı şəhəri 23 saylı Notariat X1 adına vərəsəlik işi açılmış və vərəsəsi Agdam rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh (AA*******, xx.xx.2021- Asan 3, Fin: xxxxxxx, d/txx.xx.1971) olduğu müəyyən edilmişdir və miras Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli BB 122541 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi JTDKB20U853126534 və buraxılış ili 2005 olan Toyota Prius (Hibrid) Minik markalı **-BG-*** dövlət nömrəli nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İş materiallarında olan İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilib. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra- Mülki Məcəllə) 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunun təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 1151-ci məcəlləsinə uyğun olaraq mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Mülki Məcəllənin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia təmin edilməli, kredit borcuna görə Cavabdeh 6837.66 manat məbləğində əsaəs borc tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 88.38 manat dövlət rüsumu, iddia təmin edildiyindən cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 6837.66 (altı min səkkiz yüz otuz yeddi manat altmış altı qəpik) manat məbləğində əsas borc və ödənilmiş 88.38 (səksən səkkiz manat otuz səkkiz qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №e-2(013)-1108/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-1108/2024
30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver