Məhkəmə qərarları › İş №e-2(013)-1189/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-1189/2024

25.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-1189/2024 25.06.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Süleymanzadə Elman Seymur oğunun katibliyi və iddiaçı təşkilatın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İddiaçı (bundan sonra- İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 837.02 manat ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Cavabdeh məhkəmə baxışı iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak eməmişdilər və səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra– Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 məhkəməyə verdiyi izahatında, iddianın müdafiə etdiyini, Cavabdeh tərəfindən Ağdaş rayonu, Yuxarı Qəsil kəndi ərazisində çirkab suların axıdılması üçün “New Holland” markalı ekskavatorla qazıntı işləri aparılan zaman İddiaçı MMC-nin Xətt Təsərrüfatına Xidmət Şöbəsinə (əvvəlki Kabel Təsərrüfatına Xidmət Mərkəzinə) məxsus TAA FO-20 kabel xəttinin zədələnməsi nəticəsində İddiaçı MMC-yə 1037.02 manat məbləğində maddi ziyanın vurulduğunu, qeyd olunan rabitə kabel xəttinin zədələnməsi ilə əlaqədar Xətt Təsərrüfatına Xidmət Şöbəsinin işçilərinin və cavabdehin iştirakı ilə akt tərtib olunduğunu, cavabdeh tərəfindən ümumilikdə cəmi 200 manat ödəniş edildiyini, 837.02 manat məbləğin isə ödənilməmiş qaldığını, İddiaçı MMC tərəfindən cavabdehə zərərin ödənilməsi barədə xəbərdarlıq məktubunun göndərildiyini, lakin cavabdehin buna məhəl qoymadığını bildirdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və çıxışını dinləyib, iş materiallarını araşdıraraq, belə qənatə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC-nin TDXTŞ tərəfindən tərtib edilmiş 29 aprel 2022-ci il tarixli aktında Ağdaş rayonu, Yuxarı Qəsil kəndi ərazisində çirkab suların axıdılması üçün “New Holland” markalı ekskavatorla qazıntı işləri aparılan zaman İddiaçı MMC-nin Xətt Təsərrüfatına Xidmət Şöbəsinə (əvvəlki Kabel Təsərrüfatına Xidmət Mərkəzinə) məxsus TAA FO-20 kabel xəttinin tamamilə kəsildiyi, nəticədə sırsdan çıxmış avadanlığın dəyəri və xidmətlərdə yaranmış fasilə nəticəsində rabitə müəsisəsinə maddi ziyanın dəydiyi göstərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə tərtib edilmiş “Ağdam rayonu Muradbəyli qəsəbəsində TAA FO-20 kabelinin bərpası” məqsədi ilə hazırlanmış Yekun lokal smetadan görünür ki, kabelin qurulması ilə böşdayanma 240 kan/saat x 0,4=369.84 manat + 667.18 manat=1037.02 manat zərərin vurulduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respbulikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respbulikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. . Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən 837.02 manat tutularaq İddiaçı MMC-nin xeyirinə ödənilsin. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 837.02 (səkkiz yüz otuz yeddi manat iki qəpik) manat ziyanın və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyirinə ödənilsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağdam rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar