Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-1201/2024 26.12.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra- İddiaçı ASC) cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilədən irəli gələn ödənilməmiş 12640.85 manat əsas kredit borcun, 12.25 manat faiz borcun, cəmi 12653.10 manat məbləğində borcun və ödənilmiş 127.96 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən, İddiaçı ASC-nin nümayəndəsi X3 izahatında iddianı müdafiə edərək, İddiaçı ASC ilə bağlanmış xx.xx.2019-cu il tarixli Rest№028CASA191430005 nömrəli “Güzəştli Kredit Müqaviləsi”nə əsasən Cavabdeh2 12 ay güzəşt müddəti olmaqla 60 ay müddətinə, illik 1% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 16237.07 manat məbləğində kredit vəsaiti verildiyini, həmin müqaviləyə əsasən cavabdeh yeni şərtlərə əməl edərək restrukturizasiya olunmuş kreditləri və kreditdən istifadəyə görə aylıq faiz məbləğini hissə-hissə ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Eyni zamanda kredit üzrə öhdəliklərin icrasının təmini kimi digər cavabdehlər Cavabdeh1 ilə xx.xx.2019cu il tarixli 028FİZAM44532005 saylı və Cavabdeh3 ilə xx.xx.2019-cu il tarixli 028FİZAM31847703 saylı zaminlik müqavilələri bağlanmış və onlar kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün İddiaçı ASC qarşısında borclu Cavabdeh2nın xx.xx.2019-cu il tarixli Rest№028CASA191430005 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərlərinə götürmüşdür. Güzəştli kredit müqaviləsi üzrə öhdəlikləri bank qarşısında tam icra etməyən cavabdehlərin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-ə 12640.85 manat məbləğində əsas kredit borcu, 12.25 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu olmaqla, cəmi 12653.10 manat məbləğində borcu olduğunu qeyd edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və çıxışını dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, Rest№028CASA191430005 nömrəli “Güzəştli kredit müqaviləsi”ndən görünür ki, illik 1% olmaqla, 12 ay güzəşt müddəti tətbiq edilməklə cəmi 16237.07 manat məbləğində kredit 60 ay müddətinə ödəmək şərti ilə borcluya verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 028FİZAM31847703 nömrəli Zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh3 kreditor İddiaçı ASC qarşısında borclu Cavabdeh2nın Rest№028CASA191430005 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 028FİZAM44532005 nömrəli Zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 kreditor İddiaçı ASC qarşısında borclu Cavabdeh2nın Rest№028CASA191430005 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixə kredit müqaviləsi üzrə ödənilməmiş 12640.85 manat əsas kredit borcu, 12.25 manat faiz borcu olmaqla cəmi 12653.10 manat borcu təşkil edir. İş materiallarına əlavə edilən Ağdam Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli qərardadı əsasında verilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin, 31 oktyabr 2024-cü il tarixli № 9/7985 rəyindən görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli, Rest№028CASA191430005 nömrəli “Güzəştli kredit müqaviləsi” üzrə, xx.xx.2024-cü il tarixinə olan borcu 12809.95 manat əsas və 457 manat faiz, xx.xx.2024-cü il tarixinə olan borcu 12689.95 manat əsas və 474 manat faiz müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yenə Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia təmin edilməli, müqavilədən irəli gələn ödənilməmiş 12640.85 manat əsas kredit borcu, 12.25 manat faiz borcu, cəmi 12653.10 manat pul cavabdehlərdən müştərəq qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Yenə Azərbaycan Respublikası MPM-nin 119.1 maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iş üzrə ödənilmiş 127.96 manat dövlət rüsumu və ekspertiza təqiqatının 100 manat xərci cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 12640.85 manat əsas kredit borcu və 12.25 manat faiz borcu olmaqla, cəmi 12653.10 (on iki min altı yüz əlli üç manat on qəpik) manat borc və 127.96 (bir yüz iyirmi yeddi manat doxsan altı qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İş üzrə təyin edilmiş məhkəmə ekpertiza tədqiqatının 100 (bir yüz) manat xərci cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesaba köçürülsün. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №e-2(013)-1201/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-1201/2024
26.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver