Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-1266/2024 24.06.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının Süleymanzadə elman Seymur oğlunun oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4607.04 manat məbləğində əsas borc, 448.43 manat faiz borcu, cəmi 5055.47 manat məbləğində kredit borcu və 70.96 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh şəxsi (istehlak) məqsədləri üçün 48 ay müddətinə nagd şəkildə istifadə olunmaqla 5000 manat məbləğində kredit verilmiş və bununla baglı İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli ******* saylı Kredit Müqaviləsi baglanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh xx.xx.2023-cü il tarixinə əsas borcu 4607.04 manat, faiz borcu 448.43 manat təşkil etmişdir. Bank tərəfindən dəfələrlə məlumat verilməsinə baxmayaraq Borcalan heç bir ödəniş etməmişdir. O, xx.xx.2023-cü il tarixli ******* saylı Kredit müqaviləsi üzrə pul məbləğinin ödənilməsini gecikdirmiş və gecikdirmə nəticəsində banka zərər vurmuşdur. Odur ki, iddiaçı Bank iddianın təmin edilməsi və yaranan borc məbləğinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı ASC-dən məhkəməyə elektron ərizə daxil olmuş və həmin ərizədə qeyd olunan iddia ərizəsini müdafiə etdiklərini bildirərək işə onların iştirakı olmadan baxılmasını və iddianı təmin edilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişlər. Belə olan halda məhkəmə işə İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında iddianı qəbul edərək, İddiaçı ASC-yə borcu olduğunu, borcunu ödəməkdən boyun qaçırmadığını, maddi imkanının yaxşı olmaması səbəbindən banka olan borcunu geri qaytara bilmədiyini, hissə-hissə ödəməyə razı olduğunu bildirdi və qətnamə qəbul edilərkən bunların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC-ti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli ******* saylı kredit müqaviləsindən görünür ki, 48 ay müddətinə 15% olmaqla, cəmi 5000 manat məbləğində Cavabdeh kredit verilmişdir. İş materiallarında olan «İddiaçı ASC-ti tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə, kredit müqaviləsi üzrə ödənilməmiş 4607.04 manat məbləğində əsas borc, 448.43 manat faiz borcu, cəmi- 5055.47 manat borcu təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 6-3/0/08-90-35 nömrəli pretenziya məktublarının surətlərindən görünür ki, cavabdeh borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yenə Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh müqavilədən irəli gələn ödənilməmiş 4607.04 manat məbləğində əsas borc və 448.43 manat faiz borcu, cəmi 5055.47 manat məbləğində kredit borcu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Yenə Azərbaycan Respublikası MPM-nin 119.1 maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iş üzrə ödənilmiş 70.96 manat dövlət rüsumu iddia təmin edildiyindən cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 4607.04 manat məbləğində əsas borc, 448.43 manat faiz borcu, cəmi 5055.47 (beş min əlli beş manat qırx yeddi qəpik) manat borc və 70.96 (yetmiş manat doxsan altı qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC -nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №e-2(013)-1266/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-1266/2024
24.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver