Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № e-2(013)-1302/2024 16.07.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Süleymanzadə Elman Seymur oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və X2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Ağdam rayon məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada kreditin əsas borcu üzrə 15727.63 manat qalıq, 1926.84 manat faiz, 72.05 manat cərimə olmaqla cəmi 17726.52 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 143.18 manat məbləğində pulun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İş üzrə cavabdehlərə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə baxış iclasına gəlməmiş və məhkəmədən işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iclasında iştirak edən iş üzrə İddiaçı ASC-nin nümayəndəsi X3 məhkəməyə ərizə təqdim edərək, ərizədə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh4 və digərlərinə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını, işin baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin, ona əlavə olunmuş sənədlərin geri qaytarılması və işin baxılmamış saxlanılması barəsində ərizə verildiyinə və cavabdehlərin işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyinə görə ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-cı maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddia ərizəsinin baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsinin baxılmamış saxlanılmasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsində nəzərdə tutulan nəticələri tərəflərə izah edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260.4, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və X2 qarşı cavabdehlərdən kreditin əsas borcu üzrə 15727.63 manat qalıq, 1926.84 manat faiz, 72.05 manat cərimə olmaqla cəmi 17726.52 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 143.18 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı ASC-yə qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №e-2(013)-1302/2024
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №e-2(013)-1302/2024
16.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver