Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-132/2025 27.02.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı QSC-nin xeyrinə 017A********** saylı kredit müqaviləsi üzrə 23953.23 manat məbləğində kredit borcu, 4381.28 manat məbləğində faiz borcu və 1371.55 manat məbləğində cərimə borcu olmaqla, cəmi 29706.06 manat, 017KK**********01 saylı kredit müqaviləsi üzrə 596.09 manat məbləğində kredit borcu, 217 manat məbləğində faiz borcu olmaqla, cəmi 813.09 manat, hər iki müqavilə üzrə ümumilikdə cəmi 30519 manat 15 qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 181.60 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2023cü il tarixdə bağlanmış ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin Göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, tariflər və valyuta məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq edərəklə, qeyd olunan kredit müqaviləsinə əsasən borcalana aylıq faiz dərəcəsi 1.5% olmaqla, 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz tərkib hissəssi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25000 (iyirmi beş min) manat məbləğində kredit verilmişdir. O, öhdəliklərini pozaraq ödəmələri dəfələrlə yubatmış, kredit borcunun və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2023-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 1046.77 manat ödəmiş, onun 23953.23 manat məbləğində əsas kredit borcu qalmışdır. İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 017KK**********01 saylı kart kredit müqaviləsinə əsasən 36 ay müddətinə, 600 manat məbləğində kredit limiti açılmış və bahk tərəfindən plastik kart vasitəsi ilə kredit alana təqdim edilmişdir. Cavabdeh götürdüyü kredit borcundan 596.09 manat məbləğində əsas kredit borcu qalmışdır. İddia ərizəsi icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixdə İddiaçı QSC-dən məhkəməyə elektron ərizə daxil olmuş və həmin ərizədə xx.xx.2025-ci il tarixdə keçiriləcək məhkəmə baxışı iclasının onların iştirakı olmadan keçirilməsi və iddia tələblərinin təmin olunması xahiş olunmuşdur. Belə olan halda məhkəmə işə İddiaçı QSC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdilər. Cavabdehin məhkəmə iclasına gəlməmələrinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 017A********** saylı Kredit Müqaviləsinə əsasən ona, 1.5 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 48 ay müddətinə 25000 (iyirmi beş min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 017KK**********01 saylı Kredit Müqaviləsinə əsasən ona, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 36 ay müddətinə 600 (altı yüz) manat məbləğində kredit plastik kart vasitəsilə verilmişdir. İş materiallarında olan İddiaçı QSC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdehnın xx.xx.2023-cü il tarixli, 017A********** nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə, ödənilməmiş 23953.23 manat əsas borcu, 4381.28 manat faiz borcu, 1371.55 manat cərimə borcu, cəmi borcu isə 29706.06 manat təşkil edir. İş materiallarında olan İddiaçı QSC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdehnın xx.xx.2023-cü il tarixli, 017KK**********01 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə, ödənilməmiş 596.09 manat əsas borcu, 217 manat faiz borcu, 0 manat cərimə borcu, cəmi borcu isə 813.09 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra- Mülki Məcəllə) 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yenə Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixdə bağlanmış 017A********** nömrəli kredit müqaviləsi üzrə, üzərinə düşən öhdəlikləri lazımca icra etmədiklərinə görə 1371.55 manat cərimə (dəbbə) pulu hesablanmışdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə,penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi. O cümlədən icaranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, 017A********** nömrəli kredit müqaviləsi üzrə tətbiq olunmuş 1371.55 manat məbləğində cərimənin 1300 manat hissəsində cavabdehlərdən tutulması barədə tələbin hüquqi əsası olmadığından iddia həmin hissədə rədd edilməli, qalan 71.55 manat hissəsində isə təmin edilməlidir. Mülki Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 017A********** saylı kredit müqaviləsi üzrə 23953.23 manat əsas kredit borcu, 4381.28 manat faiz borcu və 71.55 manat cərimə borcu olmaqla, 017KK**********01 saylı kredit müqaviləsi üzrə 596.09 manat əsas kredit borcu, 217.0 manat faiz borcu olmaqla borc və ödənilmiş 181.60 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nin. xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1 maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 181.60 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 017A********** saylı kredit müqaviləsi üzrə 23953.23 manat əsas kredit borcu, 4381.28 manat faiz borcu və 71.55 manat cərimə borcu olmaqla, 017KK**********01 saylı kredit müqaviləsi üzrə 596.09 manat əsas kredit borcu, 217.0 manat faiz borcu olmaqla borc və ödənilmiş 181.60 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia qalah hissələrdə təmin edilməsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №e-2(013)-132/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-132/2025
27.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver