Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-1320/2024 11.06.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, Cavabdehlər Cavabdeh və X36 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı subroqasiya tələbinin təmin edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 12.750 manat məbləğində sığorta ödənişinin və 128.25 manat məbəlğində ödənilmiş dövlət rüsumunun, cəmi 12.878,25 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilir ki, ASC ilə X39 arasında xx.xx.2019-cu il tarixdə PAA********** saylı Sığorta Müqaviləsi bağlanmış və «Opel Astra» markalı, ** HC *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh Taryel qızı xx.xx.2020-ci il tarixində «Opel Astra» markalı həmin avtomobil idarə edərkən Mingəçevir şəhəri, X49 ərazisində yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə X2 az ağır, X1 yüngül, X5 yüngül, X7 yüngül, X4 yüngül, X8 yüngül, X12 yüngül, X10 az ağır, X3 yüngül, X11 az ağır, X9 az ağır və X6 az ağır xəsarətlər yetirmişdir. Qeyd olunan sığorta hadisəsinə görə İddiaçı tərəfindən 12.750 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Mingəçevir Şəhər Polis X27 ASC-yə təqdim etdiyi arayışa əsasən Cavabdeh Taryel qızı yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin qeyd olunan arayışda Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt «Opel Astra» markalı avtomobili idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-125/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.1.2-ci maddələri ilə təqsirli bilinməklə 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum ediməklə və 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qeyd olunanlara əsasən iddaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 12.750 manat sığorta ödənişi məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. Bildirilir ki, ASC tərəfindən Cavabdeh ünvanına xx.xx.2023-cü il tarixli, AS-23/623 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də müvafiq sığorta ödənişi məbləği bu günədək ödənilməmişdir. Aşağıda göstərilənlərə əsasən hesab olunur ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsindəİddiaçınə 12.750 manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınmalıdır. Bu barədə qətnamə qəbul edilməsi xahiş olunur. İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Həmçinin İddiaçı vəsatəti ilə X39 da cavabdeh qismində işə cəlb edilmişdir. Cavabdehlərdən Cavabdeh iddia tələbləri ilə bağlı göstərdi ki, həqiqətən Mingəçevir Şəhər Məhkəməsinin hökmü ilə hazırkı hadisə ilə bağlı təqsirli bilinmiş, himayəsində olan uşaqları ilə əlaqədar olaraq hökmün icrası təxir edilmişdir. Hazırda həmin məbləği ödəməyə maddi imkanı yoxdur. Xadimə xidməti ilə məşğul olaraq gündə 5-10 manat pul qazanır. Vurduğu zərəri ödəməkdən imtina etmir, lakin maddi imkanı yoxdur. Göstərdiklərinin nəzərə alınmasını xahiş edir. Cavabdeh X39 göstərdi ki, həqiqətən «Opel Astra» markalı, ** HC *** dövlət qeydiyyat nişanlı avtomobil onun özünə mülkiyyət hüquqları əsasında məxsusdur. Səhhətində problem olduğundan hadisə baş verən günü, xx.xx.2020-ci il tarixində «Opel Astra» markalı həmin avtomobili keçmiş arvadı Cavabdeh idarə idarə etmək üçün vermişdir. Zülfiyyənin sürücülük hüququ olmamışdır. Hadisə zamanı Zülfiyyənin yanında avtomaşında olmuşdur. Avtomaşını idarə etmək üçün sürücülük hüququ olmayan şəxsə verdiyindən onun barəində də protokol tərtib edilmişdir. Özü şəhid ailəsidir, fəhlə işləyir, ayda 300 manat civarında əmək haqqı alır. Göstərdiklərinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb, hesab edir ki, iddia tələbləri hər iki cavabdehə münasibətdə təmin edilməlidir. İş materiallarından məlumdur ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə idarə etdiyi «Opel Astra» markalı, ** HC *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Mingəçevir Şəhəri X49 ərazisində yol-nəqliyyat hadisəsi törətmiş, bir neçə şəxsə maddi ziyan vurmuşdur. Məlum olmuşdur ki, «Opel Astra» markalı həmin avtomobilin hadisə tarixində 1 il müddətində İcbari Sığorta Müqaviləsi olmuşdur. xx.xx.2020-ci il tarixli Sığorta Aktına uyğun olaraq «Opel Astra» markalı avtomobillə X17 yüngül xəsarət dəyməsi müəyyən edilmiş, 750 manat sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2020-ci il tarixli Sığorta Aktına uyğun olaraq «Opel Astra» markalı avtomobillə X23 az ağır xəsarət dəyməsi müəyyən edilmiş, 500 manat sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2020-ci il tarixli Sığorta Aktına uyğun olaraq «Opel Astra» markalı avtomobillə X24 yüngül xəsarət dəyməsi müəyyən edilmiş, 750 manat sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2020-ci il tarixli Sığorta Aktına uyğun olaraq «Opel Astra» markalı avtomobillə X24 yüngül xəsarət dəyməsi müəyyən edilmiş, 750 manat sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2020-ci il tarixli Sığorta Aktına uyğun olaraq «Opel Astra» markalı avtomobillə X14 az ağır xəsarət dəyməsi müəyyən edilmiş, 500 manat sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2020-ci il tarixli Sığorta Aktına uyğun olaraq «Opel Astra» markalı avtomobillə X18 az ağır xəsarət dəyməsi müəyyən edilmiş, 500 manat sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2020-ci il tarixli Sığorta Aktına uyğun olaraq «Opel Astra» markalı avtomobillə X25 ağır xəsarət dəyməsi müəyyən edilmiş, 1500 manat sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2020-ci il tarixli Sığorta Aktına uyğun olaraq «Opel Astra» markalı avtomobillə X33 yüngül xəsarət dəyməsi müəyyən edilmiş, 750 manat sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2020-ci il tarixli Sığorta Aktına uyğun olaraq «Opel Astra» markalı avtomobillə X33 yüngül xəsarət dəyməsi müəyyən edilmiş, 750 manat sığorta ödənişi həyata keçirmişdir xx.xx.2020-ci il tarixli, 010747 saylı Ödəniş Tapşırığından görünür ki, ASC tərəfindən D.Dosməmmədova 1500 manat sığorta ödənişi verilmişdir. xx.xx.2020-ci il tarixli, 010738 saylı Ödəniş Tapşırığından görünür ki, ASC tərəfindən D.Dosməmmədova 750 manat sığorta ödənişi verilmişdir. xx.xx.2020-ci il tarixli, 010737 saylı Ödəniş Tapşırığından görünür ki, ASC tərəfindən Z.Salahovaya 750 manat sığorta ödənişi verilmişdir. xx.xx.2020-ci il tarixli, 010736 saylı Ödəniş Tapşırığından görünür ki, ASC tərəfindən Z.Salahovaya 750 manat sığorta ödənişi verilmişdir. Həmçinin xx.xx.2020-ci il tarixli, 010735 saylı, xx.xx.2020-ci il tarixli, 010734 saylı, xx.xx.2020-ci il tarixli, 010733 saylı, xx.xx.2020-ci il tarixli, 011087 saylı, xx.xx.2020-ci il tarixli, 011134 saylı, xx.xx.2020-ci il tarixli, 011133 saylı, xx.xx.2020-ci il tarixli, 011213 saylı, xx.xx.2020-ci il tarixli, 011248 saylı Ödəniş Tapşırıqlarından görünür ki, ASC tərəfindən müvafiq olaraq X24 750 manat, X33 750 və 750 manat, X25 1500 manat, X18 1500 manat, X23 1500 manat, X17 750 manat sığorta ödənişləri edilmişdir. İş materiallarında olan AA******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1990-cı il təvəllüdlüdür. Azərbaycan Respublikası DİN-nin MAPS Şöbəsinin 10 iyul 2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.1990-cı il tarixdə Bərdə Rayonu Xanərəb kəndində anadan olmuş və hazırda Ağdam Rayonu Salahlı kəndində qeydiyyatdadır. Mingəçevir Şəhər Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.1.2-ci maddəsi ilə təqsirli bilinməklə 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum ediməklə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Elçin Xuduyev 26 yanvar 1987-ci il təvəllüdlüdür, Ağdam Rayon SAlahlı kəndində anadan olub, həmin kənddə qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məcəllənin 1097.3-cü maddəsinə görə qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Qeyd olunan Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Məcəllənin 1108.2-ci maddəsinə görə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Mülki Məcəllənin 936.2-ci maddəsinə (subroqasiya hüququ) əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortalıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Normanın mənasına görə sığorta ödənişi verildiyi andan sığortaçı hadisənin baş verməsində təqsirli olmuş şəxsə qarşı zərərçəkənin sığorta müqaviləsi üzrə faydalanan şəxsin tələb hüququnu əldə edir. İcbari Sığortalar Haqqında Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə görə sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və /və ya/ müvafiq hallarda sığrta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096 və 1097-ci maddələrinin ümumi mənasına görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, mülki hüquq pozuntusu törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır, delikt nəticəsində fiziki və ya hüquqi şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Göründüyü kimi iddia tərəfinin cavabdeh qismində işə cəlb edilməsini xahiş etdiyi, avtomaşının mülkiyyətçisi olan Elçin Xuduyevin hazırkı hadisənin baş verməsində təqsiri sübut olunur, avtomaşın onun tərəfindən idarə edilməsi üçün sürücülük hüququ olmayan şəxsə verilmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh və X34 müştərək qaydada 12.750 manat məbləğində sığorta ödənişi və 128.25 manat dövlət rüsumu kimi ödənilmiş məbləğ, cəmi 12.878,25 tutulub İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrini tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh və X34 müştərək qaydada 12.750 manat məbləğində sığorta ödənişi və 128.25 manat dövlət rüsumu kimi ödənilmiş məbləğ, cəmi 12.878,25 /on iki min səkkiz yüz yetmiş səkkiz manat iyirmi beş qəpik/ tutulub İddiaçı xeyrinə ödənilsin. Qətnamədən 1 /bir/ ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : E.Bayramov
Məhkəmə qərarları › İş №e-2(013)-1320/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-1320/2024
11.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver