Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-1387/2024 31.05.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlu, İddiaçı «FİNCA Azərbaycan» MM QBKT-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəyə baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı «FİNCA Azərbaycan» MM QBKT cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada, **********0525 saylı kredit müqaviləsi üzrə 1566.85 manat əsas borcun, 0.80 manat faiz borcun, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 1567.65 manat, **********0538 saylı kredit müqaviləsi üzrə 799.77 manat əsas borcun, 0.44 manat faiz borcun, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 800.21 manat və 43.68 manat ödənilmiş dövlət rüsumunun iddiaçı «FİNCA Azərbaycan» MM QBKT-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «FİNCA Azərbaycan» MM QBKT tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0525 saylı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq Güzəştli kredit (restrukturizasiya) müqaviləsi üzrə tətbiq edilən vahid şərtlər əsasında iddiaçı «FİNCA Azərbaycan» MM QBKT tərəfindən Cavabdeh2 əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 60 ay müddətinə, 1 il güzəşt müddəti tətbiq edilməklə, illik 1% ödəmək şərtilə 2099.55 manat məbləğində kredit, həmçinin eyni tarixli **********0538 saylı Güzəştli kredit (restrukturizasiya) müqaviləsi üzrə eyni şərtlərlə 1182.53 manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh2 müqavilənin bu şərtini pozaraq ödənişi dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq təşkilat ilə Cavabdeh1 arasında **********0***-******* saylı və **********0***-******* saylı zaminlik müqavilələri bağlanmış, müqaviləyə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Cavabdehlərin təşkilata **********0525 saylı kredit müqaviləsi üzrə 1566.85 manat əsas, 0.80 manat faiz, 0.00 manat cərimə olmaqla cəmi 1567.65 manat, **********0538 saylı kredit müqaviləsi üzrə 799.77 manat əsas, 0.44 manat faiz, 0.00 manat cərimə olmaqla cəmi 800.21 manat manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 284-5.1-ci maddəsinə görə ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məhkəmə iş üzrə təqdim olunmuş yoxlayaraq, iddia ərizəsinin dəlillərini və iddiaya qarşı əsaslandırılmış etirazın olmamasını nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: xx.xx.2019-cu il tarixli, **********0525 saylı Güzəştli kredit (restrukturizasiya) müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 «FİNCA Azərbaycan» MM QBKT tərəfindən 60 ay müddətinə, 1 il güzəşt müddıti tətbiq edilməklə, illik faiz dərəcəsi 1% olmaq şərtilə 2099.55 manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli, **********0538 saylı Güzəştli kredit (restrukturizasiya) müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 «FİNCA Azərbaycan» MM QBKT tərəfindən 60 ay müddətinə, 1 il güzəşt müddıti tətbiq edilməklə, illik faiz dərəcəsi 1% olmaq şərtilə 1182.53 manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli, **********0***-******* saylı zaminlik müqaviləsinin surətindən görünür ki, zamin Cavabdeh1 kreditor «FİNCA Azərbaycan» MM QBKT qarşısında birgə borclu Cavabdeh2 xx.xx.2019-cu il tarixli, **********0525 saylı kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür. xx.xx.2019-cu il tarixli, **********0***-******* saylı zaminlik müqaviləsinin surətindən görünür ki, zamin Cavabdeh1 kreditor «FİNCA Azərbaycan» MM QBKT qarşısında birgə borclu Cavabdeh2 xx.xx.2019-cu il tarixli, **********0538 saylı kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür. «FİNCA Azərbaycan» MM QBKT-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 **********0525 saylı kredit müqaviləsi üzrə «FİNCA Azərbaycan» MM QBKT–yə 1566.85 manat əsas, 0.80 manat faiz, 0.00 manat cərimə olmaqla cəmi 1567.65 manat borcu yaranmışdır. «FİNCA Azərbaycan» MM QBKT-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 **********0538 saylı kredit müqaviləsi üzrə «FİNCA Azərbaycan» MM QBKT–yə 799.77 manat əsas, 0.44 manat faiz, 0.00 manat cərimə olmaqla cəmi 800.21 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 43.68 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlərdən müştərək qaydada, **********0525 saylı kredit müqaviləsi üzrə 1566.85 manat əsas, 0.80 manat faiz borcu olmaqla cəmi 1567.65 manat, **********0538 saylı kredit müqaviləsi üzrə 799.77 manat əsas, 0.44 manat faiz olmaqla cəmi 800.21 manat və dövlət rüsumu qismində 43.68 manat tutularaq iddiaçı «FİNCA Azərbaycan» MM QBKT-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233, 360, 284-5, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 **********0525 saylı kredit müqaviləsi üzrə 1566.85 manat əsas, 0.80 manat faiz borcu olmaqla cəmi 1567.65 (bir min beş altmış yeddi manat altmış beş qəpik) manat borc, **********0538 saylı kredit müqaviləsi üzrə 799.77 manat əsas, 0.44 manat faiz olmaqla cəmi 800.21 (səkkiz yüz manat iyirmi bir qəpik) manat borc və dövlət rüsumu qismində ödənilmiş 43.68 (qırx üç manat altmış səkkiz qəpik) manat pul tutularaq iddiaçı «FİNCA Azərbaycan» MM QBKT-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №e-2(013)-1387/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-1387/2024
31.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver