Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-1397/2024 02.07.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatınin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı (bundan sonra - BOKT "xxxx" MMC) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, BOKT "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 06 iyun 2023-cü il tarixli 251/SM-23 nömrəli “Kredit müqaviləsi”nə əsasən cavabdehlərdən müştərək qaydada 3022.56 manat əsas kredit borcun, 3.03 manat faiz borcunun, cəmi 3025.58 manat məbləğində borcun və ödənilmiş 50.30 manat dövlət rüsumu olmaqla ümumilikdə cəmi 3075.88 manat məbləğində borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Qeyd olunan cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 izahatında iddianı müdafiə etdiyini, Cavabdeh2 ilə- BOKT "xxxx" MMC arasında bağlanmış 06 iyun 2023-cü il tarixli 251/SM-23 nömrəli “Kredit müqaviləsi”nə əsasən Cavabdeh2 36 ay müddətinə, 7000 manat məbləğində kredit vəsaitinin verildiyini, buna müvafiq olaraq həmçinin 06 iyun 2023-cü il tarixli 251/SM-23-1 saylı zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1nın 06 iyun 2023-cü il tarixli 251/SM-23 saylı Kredit müqaviləsi üzrə kreditor BOKT "xxxx" MMC qarşısında borclu Cavabdeh2nın kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürdüyünü, lakin kredit müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən əməl edilmədiyini, kreditin və kredit faizlərinin qaytarılmasına dair bu günə kimi borcun ödənilməsi üçün heç bir tədbir görmədiyini, cavabdehin kredit müqaviləsi üzrə ödənilməmiş 3022.56 manat əsas kredit borcu, 3.03 manat faiz borcu, cəmi borcunun isə 3025.58 manat təşkil etdiyini bildirdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında BOKT "xxxx" MMCdən 06 iyun 2023-cü il tarixli 251/SM-23 saylı Kredit müqaviləsinə əsasən 7000 manat kredit götürdüyünü, lakin maddi imkanının yaxşı olmaması səbəbindən təşkilata olan borcunu ödəyə bilmədiyini bildirdi və iddianın qanunauyğun həll edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını və çıxışını dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan BOKT "xxxx" MMC ilə 06 iyun 2023-cü il tarixli 251/SM-23 saylı Kredit müqaviləsindən görünür ki, BOKT "xxxx" MMC Cavabdeh2 1 % olmaqla 36 ay müddətinə cəmi 7000 (yeddi min) manat məbləğində kredit vermişdir. İş materiallarında olan 06 iyun 2023-cü il tarixli 251/SM-23-1 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1, 06 iyun 2023-cü il tarixli 251/SM-23 saylı Kredit müqaviləsi üzrə kreditor BOKT "xxxx" MMC qarşısında borclu Cavabdeh2nın kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür. İş materiallarında olan BOKT "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh2 06 iyun 2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə ödənilməmiş borcu 3022.56 manat əsas, 3.03 manat faiz olmaqla, cəmi 3025.58 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllənin) 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia təmin edilməli, müqavilədən irəli gələn ödənilməmiş 3022.56 manat əsas və 3.03 manat faiz olmaqla, cəmi 3025.58 manat cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Yenə Azərbaycan Respublikası MPM-nin 119.1 maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 50.30 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3022.56 manat əsas kredit borcu və 3.02 manat faiz borcu borcu olmaqla, cəmi 3025.58 (üç min iyirmi beş manat əlli səkkiz qəpik) manat məbləğində borc və 50.30 (əlli manat otuz qəpik) manat məbləğində dövlət rüsumu qismində ödənilmiş pul vəsaiti tutularaq iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №e-2(013)-1397/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-1397/2024
02.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver