Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-1398/2024 20.06.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Bayramov Elşad Abdulla oğlunun sədrliyi Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2022-ci il tarixli, GTKR4727581A103 saylı kredit müqaviləsinə əsasən 4729,74 AZN əsas, 387,46 AZN faiz borcu olmaqla, cəmi 5117,20 AZN borcun və dövlət rüsumu kimi ödənilmiş 71,17 AZN məbləğin tutularaq ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilir ki, ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, GTKR4727581A103 saylı Kredit Müqaviləsinə əsasən ona 60 ay müddətinə, illik 19 % dərəcəsi ilə 6300 AZN məbləğində ona kredit verilmişdir. Kredit müqaviləsinin şətrlərinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Cavabdehin xx.xx.2024-cü il tarixə ASC-yə xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 4729,74 AZN əsas, 387,46 AZN faiz, cəmi 5117,20 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi xahiş olunur. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlamış, həmçinin telefon əlaqəsi yaradaraq iddia tələblərinə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını, tələblərinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh yaşayış yeri üzrə tapmaq mümkün olmamışdır. Ona göndərilmiş məhkəmə bildirişləri geri qayıtmamış, ünvan üzrə çatmış, lakin o, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə görə cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Yaşayış yeri və olduğu yer haqqında Azərbaycan Respublikasının 04 aprel 1996-cı il tarixli Qanununun 3-cü maddəsinə görə fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. İşdə olan müqavilədən görünür ki, cvabdeh Cavabdeh Ağdam rayonu Xıdırlı kəndinin sakinidir, rayonun Xıdırlı kəndində qeydiyyatdadır. Bu səbəbdən də məhkəmə bildirişi 13 may 2024-cü il tarixdə Ağdam Rayon İHB-nın Ağdam Rayon Xıdırlı Kənd İcra Nümayəndəliyinə təqdim edilmiş, lakin Cavabdeh məhkəmə iclasına yenə də gəlməmişdir. Məhkəmə işin baxılmasını mümkün bilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir, tələbin rədd edilməsi və ya qismən təmin edilməsi üçün əsas yoxdur. İş materiallarında olan Cavabdeh ilə ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli GTKR4727581A103 saylı kredit müqaviləsindən görünür ki, cavabdehə 60 ay müddətinə, illik 19 % dərəcəsi ilə 6300 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli Maliyyə Arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə ASC-yə xx.xx.2022-ci il tarixli GTKR4727581A103 saylı kredit müqaviləsinə əsasən 4729,74 manat əsas, 387,46 manat faiz, cəmi 5117,20 manat kredit borcu yaranmışdır. Ərizəyə əlavə edilmiş 04 aprel 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq da edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsinin digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli GTKR4727581A103 saylı kredit müqaviləsinə əsasən 4729,74 AZN əsas, 387,46 AZN faiz borcu olmaqla, cəmi 5117,20 AZN məbləgində pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, həmçinin MPM-nin 119.1-ci maddəsinə əsasən iddiaçının dövlət rüsumu kimi ödədiyi 71,17 manat da cavabdehdən iddia tərəfinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh - xx.xx.2022-ci il tarixli, GTKR4727581A103 saylı kredit müqaviləsinə əsasən 4729,74 AZN əsas, 387,46 AZN faiz borcu olmaqla, cəmi 5117,20 (beş min bir yüz on yeddi manat iyirmi qəpik) AZN və dövlət rüsumu kimi ödənilmiş 71,17 (yetmiş bir manat on yeddi qəpik) AZN tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim : E.Bayramov
Məhkəmə qərarları › İş №e-2(013)-1398/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-1398/2024
20.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver