Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-1445/2025 17.07.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə 17 iyul 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı nümayəndəsi Nümayəndə rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində göstərmişdir ki, buraxılış ili 2024-cu il olan X6 markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Həmin avtomobilin mülkiyyətçisi xx.xx.2024-cü ildə 7E-4682 nömrəli etibarnaməyə Əsasən avtomobil üzərində sahiblik, istifadə və sərəncam vermə səlahiyyətlərini oğlu Elçin Valehova vermişdir. xx.xx.2024-cü il tarixdə saat 02:30 radələrində Bakı şəhəri Xətai rayonu, Nəsrəddin Tusi küçəsində Volksvagen Passat markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobil saga manevr edərkən yüksək sürətlə hərəkət edərək parklama vəziyyətində olan X6 markalı avtomobili , daha sonar yolun kənarında saxlamış 3 avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 923.1-cü maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda qanunvericiliyə uyğun olaraq həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Lakin avtomobilin sürücüsü yol-nəqliyyat hadisəsini törətdikdən sonra hadisə yerindən yayınmışdır. Hadisə ilə bağlı Xətai rayon DYPŞ tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, yol nəqliyyat hadisəsinin baş erdiyi tarixdə Volkswagen Passat markalı, ** BX *** DQN-li minik avtomobili X1 mülkiyyətində olmaqla, onun Tərəfindən xx.xx.2024-cü il tarixindən xx.xx.2026-ci il tarixinədək Cavabdeh nəqliyyat vasitəsindən istifadə hüququ **********66 barkod nömrəli çıxarış əsasında etibar edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixində Xətai rayon DYPŞ-nə verdiyi izahatda etiraf etmişdir ki, Nəsrəddin Tusi üçəsində baş vermiş yol nəqliyyat hadisəsi onun tərəfindən törədilmiş və bununla da mülki hüquqi məsuliyyətin yaranma əsaslarından biri şəxs tərəfindən hüquqa zidd əməlin təqsirli olaraq törədilməsi faktı öz təsdiqini tapmışdır. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində xx.xx.2024-cü il tarixli, İXP6773706 nömrəli protokol tərtib edilmiş və inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Eyni zamanda mövcud qanunvericiliyə görə icbari sığorta münasibətlərində bir yol-nəqliyyat hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə zərər vurulması faktı bir sığorta hadisəsi hesab edildiyindən digər zərərçəkmiş şəxslərin izahatları tərtib olunmuş yol-nəqliyyat hadisəsi haqqında arayışa əlavə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinir 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını siğortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Azərbaycan Respublikasının xx.xx.2011-ci il tarixli 165- İVQ nömrəli "İcbarı sığortalar haqqında" Qanununun 10.2-ci maddəsinə əsasən icbari sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz. Həmin Qanunun 56.1.2-ci maddəsi üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləğini 5000 manat həddində müəyyən edir. Həmin Qanunun 20.4-cü maddəsinə əsasən mülki məsuliyyətin sığortasında sığorta olunanın bir sığorta hadisəsi nəticəsində iki və ya daha arlıq üçüncü şəxsin əmlakına vurduğu zərərə görə məsuliyyəlinin məbləği müvafiq sığorla məbləğini aşarsa, sığorta odənişi üçüncü şəxslərə həmin sığorta məbləğinin hər bir üçüncü şəxsə dəymiş zərərə mütənasib olan həcmdə verilir. "xxxx" Sığorta Şirkəti ASC-nin 138864 saylı sığorta aktına əsasən X6 markalı minik avtomobilinə dəymiş zərəriə bağlı maddi ziyanın ümumi məbləği 8855 (səkkiz min səkkiz yüz əlli beş) manat həddində müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən faydalanan şəxsə (X3) 3983 (üç min doqquz yüz səksən üç manat) manat məbləğində vəsait köçürülmüşdür. Aydındır ki, baş vermiş hadisə zamanı ziyan vurulmuş digər avlomobillərə müqayisədə dəymiş zərərlə bağlı maddi ziyanın məbləğinin siğortaçı ("xxxx" Sığorta Şirkəti ASC) tərəfindən ən çox həcmdə X6 markalı minik avtomobili barəsində müəyyən edilməsi və qalan sığorta ödənişinin (1017 manat məbləğində vəsaitin) işin nəticəsində marağı olan digər üçüncü şəxslərə mütənasib həcmdə verilməsi, eləcə də zərərçəkmiş sürücülərin İddiaçı əmlakına vurulan zərərə görə verilən sığorta odənişinə etiraz etməməsi bir daha onu göstərir ki, X6 markalı avtomobil istismar üçün yararlı vəziyyətdə olmamış, onu hadisə yerindən hərəkətə gətirmək belə mümkünsüz olmuşdur. Hər bir halda sığorta ödənişinin əsas təyinatı zərər vurulan obyektin əvvəlki vəziyyətinin bərpa edilməsi və hər bir ehtiyat hissəsinin bərpasına tələb olunan konkret xərclərin mebləğini qarşılamaqdir. Lakin verilən sigorta ödənişi təqsiri olaraq vurulan zərərin əvəzini garşılamadığı kimi, bu zərorin nəticəsi İddiaçı Movlan oğlunun adi dovriyye şəraitində əldə edə biləceyi gəlirlərinin itirilmesi səbəbli əlaqədir. X6 markalı nəqliyyat vasitesinin zərərin baş verdiyi tarixdən təqriben 3 ay 6 gün əvvəl İddiaçı Movlan oğlu tərəfindən alındığını, başqa sözle, xx.xx.2024-cü ildən etibarən 0 km sürülmə məsafəsi ilə iddiaçının mülkiyyətində olmasını, avtomobilin buraxılış ili ilə alış tarixinin eyni il olmasını nəzəre alaraq həmin nəqliyyat vasitəsinin ve onun rhttiyat hissələrinin qısa zaman kəsiyində istifadəyə bağlı olan hər hansı aşınmaya məruz qalması faktı istisna edilməlidir. Bu səbəbden ehtiyat hissəsi yeni olmaqla bərabər, avtomobilin hər iki arxa oturacaqlarına yerləşdirilmiş bütün sensor vo işıq sistemləri də texnologiyanın ən son tələblərinə cavab verəcək şəkildə quraşdırılmışdır, Avtomobilə zərər vurulduğu vaxtdan təqriben 3 saat sonra onu qanuni əsaslarla idarə edən şəxs (X4) tərəfindən çəkilmiş fotoşəkillərdən də məlum olur ki, hadisə anının baş verməsinə qədər, təqribən 3 ay 6 gün müddətində iddiaçının istifadəsində olmuş avtomobil heç bir zərər görməmiş, üzərində heç bir təmir (boya, cila və s.) aparılmamış, buna görə də anidən foloşəkillərdəki mənzərə ilə qarşılaşan zərərçəkənlərin əsəb, gərginlik, stress keçirməsinə səbəb olmuşdur. ** RE *** nömrəli X6 2024-cü il buraxılışlı minik avtomobili üçün zəruri olan ehtiyat hissələri istehsal olunduğu arıxdə bütün ölkələrdə təchiz edilmədiyindən, məntiqi olaraq ödənilmiş siğorta ödənişi ölkə xaricindən avtomobilin qalan hissələrinin gətirilməsinə kifayət etməmişdir. Buna görə də, avtomobil qismən qəzalı vəziyyətdə 5128 km sürülmə məsafəsində "turbo az" saytına satış məqsədi ilə yerləşdirilmişdir. Hazırki bazar şəraitində 2024-cü il buraxılışlı 0 km sürülmə məsafəli eyni marka və modeldən olan, habelə eyni exniki vəziyyətdə olan digər X7 markalı avtomobillərin orta bazar dəyəri 38000 manat və daha yuxarı qiymətlər şəklində ənzimləndiyini nəzərə alarsaq, qəzadan sonrakı dövr də daxil olmaqla təqribən 5 ay müddətində iddiaçının mülkiyyətində olmuş sözü edən avtomobilin dəyərindən qat-qat aşağı qiymətə 28500 manata xx.xx.2025-ci il tarixində başqa şəxsə satılması qanunsuz hərəkət və ya hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin göstəricisidir. İddiaçı tərəfindən sərəncam vermək də daxil olmaqla avtomobil üzərində olan butün səlahiyyətlərini Valehov Elçinə ötürməsindən də məlumdur ki, etibar edilən şəxs qısa zamanda həmin avtomobili satışa çıxarmaq niyyətində olmuşdur. "Turbo.az" satış saytından əldə edilmiş çıxarışlardan da məlumdur ki, iddiaçı avtomobili hüquq pozuntusu baş verməzdən öncəki halında - 5500 km-ə yaxın sürülmə məsafəsində başqa şəxslərə təqribən 35500 manat məbləğində sata bilərdi. Başqa sözlə, İddiaçı əmlakına zərər vurulduğundan, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər təqribən 7000 manat həddində əldən çıxmışdır. O da nəzərə alınmalıdır ki, zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti zamanı məhz onun təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş vermiş olmalı olduğunu qeyd etməklə X6 markalı minik avtomobilinə dəymiş zərərlə bağlı maddi ziyanın ümumi məbləğinin ödənilməyən qalan hissəsinin - 4872 (dörd min səkkiz yüz yetmiş iki) manat, avtomobilin satıldığı zaman orta bazar dəyərinin düşməsinə görə 7000 (yeddi min) manat məbləğində əldən çıxmış fayda, 126 manat ödənilmiş dövlət rüsumunun, cəmi 11998 (on bir min doqquz yüz doxsan səkkiz) manat məbləğində vəsaitin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq işə iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə baxışına təkrarən gəlməmişdir. Məhkəmə cavabdehin iclasa gəlməməsinin səbəbini üzrsüz hesab etmiş, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığını qeyd etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmədə elan olunmuş № 138864 saylı sığorta aktının surətindən görünür ki, İddiaçı məxsus X6 markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilə 8855 manat ziyan dəymiş, "xxxx" Sığorta Şirkəti ASC tərəfindən həmin ziyanın bir qismi, yəni 3983 manat E.İddiaçı hesabına köçürülmüşdür. İXP ******* saylı inzibati xəta haqqında protokol və TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh Azərbaycan Respublikasının X2 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Cavabdeh Xətai Rayon Polis İdarəsinin Dövlət X9 verdiyi izahatdan görünür ki, o, baş vermiş nəqliyyat hadisəsində özünü təqsirli bilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə saat 02:30 radələrində Bakı şəhəri Xətai rayonu, Nəsrəddin Tusi küçəsində Cavabdeh idarə etdiyi Volksvagen Passat markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobillə sağa manevr edərkən yüksək sürətlə hərəkət edərək parklama vəziyyətində olan X6 markalı avtomobili , daha sonar yolun kənarında saxlamış 3 avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmiş, həmin hadisə nəticəsində X6 markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilə 8855 manat ziyan dəymiş, dəymiş ziyanın 3983 manat hissəsi "xxxx" Sığorta Şirkəti ASC tərəfindən zrərçəkmişə ödənilmiş, qalan 4872 manat hissəsi ödənilməmişdir. Belə olan halda Cavabdeh İddiaçı vurduğu zərərin qlan 4872 manat hissəsini ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində qeyd olunmuşdur ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zədə), habelə pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli,hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (Nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli eletrik enerjisindən, atom enərjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. İddianın avtomobilin satıldığı zaman orta bazar dəyərinin düşməsinə görə 7000 manat məbləğində əldən çıxmış fayda tələbi hissəsi əsaslandırılmadığından və bu barədə sübut təqdim olunmadığından, iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçının ödədiyi dövlət rüsumun 68,72 manat hissəsi idda tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq Cavabdeh alınaraq İddiaçı verilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh avtomobilə dəymiş ziyana görə 4872 (dörd min səkkiz yüz yetmiş iki) manat və ödənilmiş dövlət rüsumu əvəzində 68,72 manat alınaraq İddiaçı verilsin. İddiaçı iddiasının avtomobilin satıldığı zaman orta bazar qiymətinin düşməsinə görə 7000 manat və ödənilmiş dövlət rüsumuna görə 126 manat tələbinin qalan 57,28 manat hissəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev edən
Məhkəmə qərarları › İş №e-2(013)-1445/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-1445/2025
17.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver