Məhkəmə qərarları › İş №e-2(013)-1538/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-1538/2025

06.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-1538/2025 06.08.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Aqrar Sığorta Fondunun nümayəndəsi – həmin fondin hüquq, kadr və sənədlərlə iş şöbəsinin aparıcı mütəxəssisi X2 iştirakı ilə, İddiaçı Aqrar Sığorta Fondunun Cavabdeh qarşı pul tələbi barədə mülki işə 06 avqust 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində göstərmişdir ki, ölkədə stabil, təhlükəsiz aqrar sığorta mexanizminin formalaşdırılması, aqrar sahədə risklərin müstərək sığorta mexanizmi vasitəsilə sığortalanmasının təmin edilməsi məqsədilə 2019-cu il 27 iyun tarixdə "Aqrar sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu (bundan sonra - Qanun) qəbul edilmiş və "Aqrar sığorta haqqında" Azərbaycan Respublikasının 119-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə" Azərbaycan Respublikası rezidentinin 2019-cu il tarixli 19 avqust 809 nömrəli Fərmanına əsasən aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını təmin etmək məqsədi ilə Aqrar Sığorta Fondu (bundan sonra - Fond) təsis edilmişdir. Qanunun 4.1-ci maddəsinə əsasən aqrar sığortanın predmetinə kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları, kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar və akvakultura məhsulu daxildir. Qanunun 7-ci maddəsinə əsasən aqrar sığorta haqqı sığorta qaydaları əsasında idarəedici qurum tərəfindən hesablanır, aqrar sığortalı tərəfindən ödənilməli olan və dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissələrdən ibarətdir. Aqrar sığorta haqqının 50 faizinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi dövlətin Fond vasitəsilə kənd təsərrüfatı sahəsində olan sahibkarlığa dəstəyinin ifadəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 17 dekabr tarixli 479 nömrəli Qərarı ilə təsdiq edilmiş "Aqrar sığorta predmetinin Tərkibi"nin 1.1-ci bəndinə əsasən kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları üzrə aqrar sığortanın predmetinə 41 növ, 1.2-ci bəndinə əsasən kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar üzrə 2 növ və 1.3-cü bəndinə əsasən kvakultura məhsulu üzrə 1 növ məhsul daxildir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 dekabr tarixli 505 ömrəli Qərarı ilə "Aqrar sığorta üzrə təminat verilən risklərin tərkibi" təsdiq edilmişdir. Bildiririk ki, Fondun adından "xxxx" Şirkəti Açıq Səhmdar Cəmiyyəti (bundan sonra- Cəmiyyət) ilə sığortalı X5 arasında BS-**********-AS nömrəli sığorta müqaviləsi bağlanmış və ona məxsus 1.7 hektar pambıq sahəsi sığorta olunaraq qanunvericilikdə nəzərdə tutulan risklər üzrə sığorta təminatı altına alınmışdır. Sığortalı X5 tərəfindən 2022-ci il 28 iyul tarixində Fonda müraciət olunaraq xx.xx.2022-xx.xx.2022 tarixlərində ona məxsus Goranboy rayonu, Cinli Bolsulu kəndində yerləşən 1.7 hektar pambıq sahəsinə üçüncü şəxslərin hərəkəti- heyvan otarılması ilə bağlı dəymiş zərərin aradan qaldırılması və zərərin ödənilməsi xahiş edilmişdir. Sığortalının müraciətinə əsasən baş vermiş hadisənin ətraflı araşdırılması və dəymiş zərərin qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş "Aqrar sığorta Qaydaları"nın bundan sonra - Qaydalar) 1.19.3-cü yarımbəndinə əsasən zərərin qiymətləndirilməsi üçün müstəqil ekspert təyin edilmiş və dəymiş zərər qiymətləndirilmişdir. Müstəqil ekspertin yekun rəyinə əsasən pambığın qozalarında yeyilmələr və tökülmələr, vegetativ hissələrdə isə qırılmalar olduğu aşkar edilmişdir. Qaydaların 2.2.4-cü yarımbəndinin 10-cu abzasına əsasən üçüncü şəxslərin hərəkəti dedikdə sığortalı və ya faydalanan şəxsin ailə üzvləri istisna olmaqla, digər şəxslərin hərəkəti və ya hərəkətsizliyi nəticəsində dəyən zərərlər başa düşülür. Qaydaların 1.21.1-ci yarımbəndinin 6-cı abzasına əsasən üçüncü şəxslərin hərəkətlərinə münasibətdə müvafiq səlahiyyətli dövlət orqanının təqdim etdiyi sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlarını (hadisənin baş vermə vaxtı, yeri, hadisənin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətlərini) əks etdirən və müvafiq faktı təsdiq edən sənəd əsasında sığorta ödənişi həyata keçirilir. Sözügedən sığorta hadisəsinin ətraflı araşdırılması və üçüncü şəxslərin hərəkətlərinə münasibətdə faktı təsdiq edən sənədin əldə edilməsi üçün Fondun idarəeidici qurumu olan Cəmiyyət tərəfindən Goranboy Rayon Polis Şöbəsinə 2023-cü il 17 yanvar tarixli 12-9-1/2- 66/2023 nömrəli məktub ünvanlanmışdır. Goranboy Rayon Polis Şöbəsinin Cəmiyyətə ünvanlanmış 2023-cü il 1 fevral tarixli 3-13-75 /2-2290/2023 nömrəli məktubuna əsasən siğortalı X4 məxsus Goranboy rayonu, Cinli Bolsulu kəndində yerləşən 1.7 hektar pambıq sahəsinə 2023-cü il 23 iyul tarixində Elşad adlı şəxsə məxsus iri buynuzlu heyvanların girərək ziyan vurduğu müəyyən edilmişdir. Sözügedən məktuba əsasən həmin sığorta hadisəsi (üçüncü şəxsin hərəkəti ilə bağlı) nəticəsində sığortalı X4 dəymiş ziyan sığortaçı olan Fond tərəfindən BS-**********-AS nömrəli sığorta şəhadətnaməsi üzrə 2164,83 (iki min yüz altmış dörd manat səksən üç qəpik) manat sığorta ödənişi həyata keçirilməklə qarşılanmışdır. Qaydaların 1.20.1-ci yarımbəndinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığorta müqaviləsinə uyğun olaraq Fond tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Qaydaların 1.15.1-ci yarımbəndinin 7-ci abzasına əsasən subroqasiya hüququndan istifadə etmək Fondun hüquqlarından biridir. Qaydaların 1.23.1-ci yarımbəndinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrindən həmin ödənişi vermiş Fondun istifadə etmək hüququdur. Fond tərəfindən subroqasiya hüququnun həyata keçirilməsi məqsədilə "Elşad" adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi üçün Goranboy Rayon Polis Söbəsinə 2023-cü il 28 sentyabr tarixli 12-9/2-610/2023 nömrəli məktub ünvanlanmışdır. Goranboy Rayon Polis Şobəsinin Fonda ünvanlanmış 2024-cü il 23 fevral tarixli 3-13-75 /2-3627/2024 nömrəli məktubunda Agdamlı Elşad" adlı səxsin Ağdam rayonu, Papravənd kənd sakini xx.xx.1971-ci il təvəllüdlü Cavabdeh olması müəyyən edilmişdir. Həmçinin Qaydaların 1.23.5-ci yarımbəndinə əsasən Fond subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq siğorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Qeyd olunanlara əsasən iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 2164,83 (iki min yüz altmış dörd manat səksən qəpik) manat sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna malik olduğunu, Fond tərəfindən Cavabdeh 2025-cü il 3 fevral tarixli 12-9/2-Q-21-112/2025 nömrəli pretenziya göndərilsə də, müvafiq sığorta ödənişi məbləği bugünədək Fonda ödənilmədiyini, qeyd etməklə 2164,83 (iki min yüz altmış dörd manat səksən üç qəpik) manat sığorta ödənişi məbləğinin və 41,64 (qırx bir manat altmış beş qəpik) manat dövlət rüsumunun, cəmi 2206,48 (iki min iki yüz altı manat qırx səkkiz qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub iddiaçı Fondun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Aqrar Sığorta Fondunun nümayəndəsi qismində məhkəmədə izahat verən R.A.Məmmədova iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə baxışına gəlməmişdir. Məhkəmə cavabdehin iclasa gəlməməsinin səbəblərini üzrsüz hesab etmiş, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığını qeyd etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.Həmin maddədə göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmədə elan olunmuş № CHB ********* saylı sığorta aktının surətindən görünür ki, 2673,83 manat Aqrar Sığorta Fondu tərəfindən X4 ödənilmişdir. Goranboy Rayon Polis X1 şikayəti əsasında toplanmış materialların surətindən görünür ki, X4 məxsus torpaq sahəsinə Cavabdeh məxsus iri buynuzlu heyvanlar daxil olaraq ziyan vurmuşdur. İddiaçının cavabdehə ünvanladığı məktubun surətindən görünür ki, dəymiş ziyanın ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Aqrar Sığorta Fondu ilə X5 arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh məxsus iribuynyzlu heyvanların E.Z,Abbasovun torpaq sahəsinə vurduğu 2164,83 manat ziyan Aqrar Sığorta Fondu tərəfindən E.Z.Abbasova ödənilmişdir. Belə olan halda Aqrar Sığorta Fondunun ödədiyi məbləği zərəri vurmuş şəxsdən, yəni E.Ş.Qiliyevdən tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində qeyd olunmuşdur ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zədə), habelə pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsində göstərilmişdir ki,mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli,hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (Nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli eletrik enerjisindən, atom enərjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Həmin Məcəllənin 936-cı maddəsinə əsasən sığorta almış şəxsin ona dəymiş zərər üzrə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş olduğu sığortaçının istifadə etmək hüququ mövcuddur. Faydalanan şəxs zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1114-cü maddəsinə əsasən başqa şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəzi miqdarında geriyə tələb (reqress) hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia əsaslı olduğundan təmin edilsin. Cavabdeh 2164,83 manat sığorta ödənişi məbləği və ödənilmiş dövlət rüsumu əvəzində 41,64 manat – cəmi 2206 (iki min iki yüz altı) manat 47 (qırx yeddi) qəpik tutularaq Aqrar Sığorta Fonduna ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar