Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-156/2025 30.01.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı (bundan sonra- İddiaçı QSC BOKT) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilədən irəli gələn ödənilməmiş əsas borc üzrə 1807.34 manat, faiz borcu üzrə 0.35 manat, olmaqla cəmi 1807.69 manat məbləğində pulun və ödənilmiş 40.54 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli, 570№-li Fərnanının icrası ilə bağlı "xxxx" ASC-nin Cavabdeh1 qarşı problemli borcu üzrə tələb hüququ xx.xx.2017-ci il tarixli, S-FK-386 saylı təhfiltəslim Akti əsasında İddiaçı QSC BOKT-a təhfil verildiyini, Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 1№-li “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya müqaviləsi”nə əsasən Cavabdeh1 60 ay müddətinə illik 1 % dərəcəsi tətbiq edilməklə 2994.70 manat məbləğində kredit vəsaitinin verildiyini, buna müvafiq olaraq tərəflər arasında tərtib edilmiş “ödəniş cədvəli”nə əsasən, kreditin və kredit faizlərinin borcalan tərəfindən banka qaytarılmasının müddətlərinin və qaydasının müəyyən edildiyini, lakin kredit müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən əməl edilmədiyini, kreditin və kredit faizlərinin qaytarılmasına dair bu günə kimi borcun ödənilməsi üçün heç bir tədbir görmədiyini, cavabdehin kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcu 1807.34 manat, faiz borcu üzrə 0.35 manat, olmaqla cəmi 1807.69 manat məbləğində borcunun bu günə qədər ödənilməmiş qaldığını bildirdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı QSC BOKT-dan xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron ərizə daxil olmuş və həmin ərizədə qeyd olunan iddia ərizəsi üzrə xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə baxışı iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini, iddia tələbini müdafiə etdiklərini bildirmiş və mülki işə onların iştirak olmadan baxılmasını və müvafiq qətnamənin çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh1 ilə İddiaçı QSC BOKT arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 1№-li “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya müqaviləsi”dən və onun tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, illik 1 % olmaqla, 2994.70 manat məbləğində kredit 60 ay müddətinə ödəmək şərti ilə borclu Cavabdeh1 verilmişdir. İş materiallarında olan İddiaçı QSC BOKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 1№-li Zaminlik müqaviləsindən görünür ki, zamin kreditor İddiaçı QSC BOKT qarşısında borclu Cavabdeh1 xx.xx.2020-ci il tarixli 1№-li “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya müqaviləsi” üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı QSC BOKT tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc üzrə 1807.34 manat və faiz borcu üzrə 0.35 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra- Mülki Məcəllə) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 739.1.-ci maddəsinin tələbinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia təmin edilməli, müqavilədən irəli gələn ödənilməmiş əsas borc üzrə 1807.34 manat və faiz borcu üzrə 0.35 manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC BOKT-nın xeyrinə ödənilməlidir. Yenə Azərbaycan Respublikası MPM-nin 119.1 maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiacı tərəfindən ödənilmiş 40.54 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sadiq oğlundan 1807.34 manat əsas borc və 0.35 manat faiz borcu olmaqla, cəmi 1807.69 (bir min səkkiz yüz yeddi manat altmış doqquz qəpik) manat pul və ödənilmiş 40.54 (qırx manat əlli dörd qəpik)manat dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı QSC BOKT-nın xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №e-2(013)-156/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-156/2025
30.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver