Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-1701/2024 07.08.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə mülki işə 07 avqust 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: “Bank Olmayan Kredit Təşkilatı İDK" MMC-nin direktoru X1 rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində göstərmişdir ki, iddiaçı ilə Cavabdeh arasından xx.xx.2020-ci il tarixdə kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı 12 ay müddətinə Cavabdeh illik 36 faizlə 1500 manat kredit vermişdir. Borc üzrə öhdəliklərin təminatı olaraq iddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli girov müqaviləsi bağlanmış və Cavabdeh özünə məxsus Baymak 31 KV istilik sistemi və aksesuarlarını 1500 manat dəyərində qiymətləndirilməklə iddiaçının xeyrinə girov qoymuşdur. Cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri kredit təşkilatına ödəməmiş, nəticədə borclu qalmışdır. Cavabdeh 643,44 manat əsas, 64,35 manat cərimə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarına əsasən müqavilə müddəti bitdikdən sonra illik 5 faiz olmaqla 171,52 manat faiz borcu – cəmi 879,31 manat və 30 manat ödənilmiş dövlət rüsumu iddiaçı “Bank Olmayan Kredit Təşkilatı İDK" MMCnin xeyrinə tutulması, həmin məbləğin cavabdehə məxsus Baymak 31 KV istilik sistemi və aksesuarlarına yönəldilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi F.M.Nuri məhkəməyə ərizə ünvanlayaraq işə iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə baxışına gəlməmişdir. Məhkəmə həmin cavabdehin iclasa gəlməməsinin səbəbini üzrsüz hesab etmiş, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığını qeyd etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmədə elan olunmuş xx.xx.2020-ci il tarixli 05703 nömrəli müqavilənin və ödəniş üzrə çıxarışın surətlərindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 12 ay müddətinə, illik 36 faizlə 1500 manat kredit verilmişdir. xx.xx.2020-ci il tarixli 05703 nömrəli girov müqaviləsinin surətindən görünür ki, Cavabdeh öhdəliklərinin icrasının təminatı olaraq özünə məxsus olan Baymak 31 KV istilik sistemi və aksesuarlarını 1500 manat qiymətləndirilməklə kredit təşkilatına girov qoyulmuşdur. İddiaçı tərəfin cavabdehə ünvanladığı məktubun surətindən görünür ki, öhdəliklərin icra edilməsi üçün məhkəməyə müraciət olunacağı barədə onlara xəbərdarlıq edilmişdir. "xxxx" MMC-nin təqdim etdiyi xx.xx.2024-cü il maliyyə arayışının surətindən görünür ki, Cavabdeh əsas borcu 643,44 manat, faiz borcu 0 manat, cərimə borcu 64,35 manat, müqavilə müddəti bitdikdən sonra illik 5 faiz olmaqla hesablanmış 171,52 manat faiz təşkil edir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli müqavilə bağlanmış və hər iki tərəf üzərinə öhdəlik götürmüşdür. İddiaçı Cavabdeh 12 ay müddətinə, illik 36 faizlə 1500 manat məbləğində kredit verməklə üzərinə düşən öhdəlikləri tam icra etmiş, qarşı tərəf isə 643,44 manat əsas, 64,35 manat faizdən borclu qalmaqla öhdəliyi icra etməmişdir. Öhdəliyin icrasını təmin etmək məqsədi ilə iddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli girov müqaviləsi bağlanmış, sonuncu özünə məxsus olan Baymak 31 KV istilik sistemi və aksesuarlarını 1500 manat qiymətləndirilməklə kredi təşkilatına girov qoyulmuşdur. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə,öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəyə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli,xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə baxışında məlum olmuşdur ki, Cavabdeh iddiaçı qarşısında öhdəliklərini icra etməmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən gecikdirilən borc məbləğinə cərimə hesablanır və borc alan tərəfindən kreditora ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilənin tələblərinə uyğun olaraq Cavabdeh 64,35 manat məbləğində cərimə, həmçinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarına əsasən müqavilə müddəti bitdikdən sonra illik 5 faiz olmaqla 171,52 manat faiz hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 462.3-cü maddəsində qeyd olunmuşdur ki, müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 295-ci maddəsində qeyd olunmuşdur ki, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia əsaslı olduğundan təmin edilsin. Cavabdeh 643,44 manat əsas, 64,35 manat cərimə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarına əsasən müqavilə müddəti bitdikdən sonra illik 5 faiz olmaqla 171,52 manat faiz - cəmi 879 (səkkiz yüz yetmiş doqquz) manat 31 (otuz bir) qəpik borc və ödənilmiş dövlət rüsumu əvəzində 30 manat tutularaq "xxxx" MMC-yə ödənilsin. Tutma Cavabdeh məxsus girov qoyulmuş Baymak 31 KV istilik sistemi və aksesuarlara yönəldilsin, həmin əmlaklar açıq hərracda satılsın, satışdan əldə olunan vəsait kredit borcunun ödənilməsinə yönəldilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №e-2(013)-1701/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-1701/2024
07.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver