Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-1717/2025 04.06.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlu, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəyə baxaraq məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “kredit borcunun tutulması" tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, BPM**********55 saylı kredit müqaviləsi üzrə 2277.32 manat əsas, 876.38 manat faiz, 0.01 manat cərimə olmaqla, cəmi 3153.71 manat borcun, eyni zamanda xx.xx.2022-ci il tarixli, BPM**********55 saylı X1 üzrə 215.35 manat əsas, 120.1 manat faiz olmaqla, cəmi 335.45 manat borcun və 54.9 manat ödənilmiş dövlət rüsumunun, habelə 0.80 manat bank xidməti haqqının əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC-nin Binəqədi filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********55 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 21% dərəcəsi ilə 2500 manat məbləğində, xx.xx.2022-ci il tarixli, BPM**********55 saylı X1nə əsasən isə 36 ay müddətinə, illik 24% dərəcəsi ilə 300 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə borcverən müqavilədə göstərilən məbləğdə və müddətə borcalana kredit ayırır. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh kredit müqaviləsinin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, kredit üzrə öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixli, BPM**********55 saylı kredit müqaviləsi üzrə cəmi 3153.71 manat, X1 üzrə isə cəmi 335.45 manat borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə görə ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məhkəmə iş üzrə təqdim olunmuş yoxlayaraq, iddia ərizəsinin dəlillərini və iddiaya qarşı əsaslandırılmış etirazın olmamasını nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: xx.xx.2022-ci il tarixli, BPM**********55 saylı “Kredit Müqaviləsi”ndən görünür ki, Cavabdeh "xxxx" ASC tərəfindən 36 ay müddətinə, illik 21% dərəcəsi ilə 2500 (iki min beş yüz) manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli, BPM**********55 saylı “X1”ndən görünür ki, Cavabdeh "xxxx" ASC tərəfindən 36 ay müddətinə, illik 24% dərəcəsi ilə 300 (üç yüz) manat məbləğində kredit verilmişdir. "xxxx" ASC-nin maliyyə arayışından görünür ki, Cavabdeh 15.xx.xx.2025-ci il tarixinə, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 2277.32 manat əsas, 876.38 manat faiz, 0.01 manat cərimə olmaqla, cəmi 3153.71 manat, X1 üzrə 215.35 manat əsas, 120.1 manat faiz, 0 manat cərimə olmaqla, cəmi 335.45 manat borcu yaranmışdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 54.9 manat ödənilmiş dövlət rüsumu, habelə 0.80 manat bank xidməti haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən xx.xx.2022-ci il tarixli, BPM**********55 saylı kredit müqaviləsi üzrə 2277.32 manat əsas, 876.38 manat faiz, 0.01 manat cərimə olmaqla, cəmi 3153.71 manat, xx.xx.2022-ci il tarixli, BPM**********55 saylı X1 üzrə 215.35 manat əsas, 120.1 manat faiz olmaqla, cəmi 335.45 manat, ümumilikdə 3489.16 manat borcun və ödənilmiş 54.9 manat dövlət rüsumunun, habelə 0.80 manat bank xidməti haqqının əvəzi pul vəsaiti alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, BPM**********55 saylı kredit müqaviləsi üzrə 2277.32 manat əsas, 876.38 manat faiz, 0.01 manat cərimə olmaqla, cəmi 3153.71 manat, eyni zamanda xx.xx.2022-ci il tarixli, BPM**********55 saylı X1 üzrə 215.35 manat əsas, 120.1 manat faiz olmaqla, cəmi 335.45 manat, ümumilikdə 3489.16 (üç min dörd yüz səksən doqquz manat on altı qəpik) manat borcun və ödənilmiş 54.9 (əlli dörd manat doxsan qəpik) manat dövlət rüsumunun, habelə 0.80 (səksən qəpik) manat bank xidməti haqqının əvəzi pul vəsaiti alınaraq iddiaçı "xxxx" ASCnin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №e-2(013)-1717/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-1717/2025
04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver