Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-174/2024 25.01.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi İsmayılov Tural Fəxrəddin oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra- İddiaçı ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9553.36 manat əsas kredit borcun, 626.18 manat faiz borcu, 81.52 manat cərimə borcu olmaqla, cəmi 10261.06 manat məbləğində borcun və ödənilmiş 120.79 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən, İddiaçı ASC-nin nümayəndəsi X4 izahatında iddianı müdafiə edərək, İddiaçı ASC ilə, cavabdeh X5 arasında bağlanan 28140***- *******01L saylı xx.xx.2022-ci il tarixli “Əsas Kredit razlaşmasına” əsasən cavabdehə 36 ay müddətinə, illik 15% olmaqla, cəmi 14000 manat məbləğində kredit vəsaitinin verildiyini, Cavabdeh ilə iddiaçı bank arasında bağlanmış 428FİZAM106030003 saylı xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh kredit razlaşması üzrə öhdəliklərin icrası üçün məsuliyyəti tam olaraq öz üzərinə götürdüyünü, cavabdeh X2 xx.xx.2023-cü il tarixdə vəfat etdiyini və həmin şəxsə bağlı vərəsəlik işinin açıldığını, odur ki, kredit müqaviləsinin şərtlərinə Cavabdeh tərəfindən əməl edilmədiyini, 9553.36 manat əsas, 626.18 manat faiz, 81.52 manat cərimə borcu olmaqla, cəmi 10261.06 manat borcun ödənilmədiyini bildirdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddianı qəbul edərək, İddiaçı ASC ilə, cavabdeh X5 arasında bağlanan xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən kredit götürdüyünü, özünün həmin kredit razlaşması üzrə zamin olduğunu, V.Əliyevin iş başında öldürüldüyünü, onun isə, maddi imkanının daha da pisləşdiyini bu səbəbdən banka olan borcunu ödəyə bilmədiyini, yalnız hissə-hissə qaytarmağa imkanının çatdığını bildirdi və qətnamə qəbul edilərkən bunların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını və çıxışını dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə X5 arasında bağlanmış 28140***-*******01L saylı xx.xx.2022-ci il tarixli “Əsas Kredit razlaşmasın”dan görünür ki, illik 15% olmaqla, cəmi 14000 (on dörd min) manat məbləğində kredit 36 ay müddətinə ödəmək şərti ilə borcluya verilmişdir. İş materiallarında olan 428FİZAM106030003 saylı xx.xx.2022-ci nömrəli Zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh kreditor İddiaçı ASC qarşısında borclu X3 28140***-*******01L saylı kredit razlaşması üzrə öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə kredit müqaviləsi üzrə ödənilməmiş 9553.36 manat əsas kredit borcu, 626.18 manat faiz borcu, 81.52 manat cərimə borcu olmaqla, cəmi 10261.06 manat borcu təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə,penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi. O cümlədən icaranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Yenə Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia təmin edilməli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən irəli gələn ödənilməmiş 9553.36 manat əsas kredit borcu və 626.18 manat faiz borcu, 81.52 manat cərimə borcu olmaqla, cəmi 10261.06 manat pul cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Yenə Azərbaycan Respublikası MPM-nin 119.1 maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 120.79 manat dövlət rüsumu iddia təmin edildiyindən cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasənvəAzərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cımaddələrinirəhbərtutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 9553.36 manat əsas kredit borcu və 626.18 manat faiz borcu, 81.52 manat cərimə borcu olmaqla, cəmi 10261.06 (on min iki yüz altmış bir manat altı qəpik) manat borc və 120.79 (bir yüz iyirmi manat yetmiş doqquz qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №e-2(013)-174/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-174/2024
25.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver