Məhkəmə qərarları › İş №e-2(013)-1797/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-1797/2025

18.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-1797/2025 18.06.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlu, İddiaçı "xxxx" ASC-nin cavabdeh X3 vərəsəsi Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəyə baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC cavabdeh X3 vərəsəsi Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, BPM**********60 saylı kredit müqaviləsi üzrə 1691.51 manat əsas borcun və 36.92 manat ödənilmiş dövlət rüsumunun, habelə 0.40 manat bank xidməti haqqının əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC ilə cavabdeh X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BPM**********60 saylı kredit müqaviləsinə əsasən cavabdehə 43 ay müddətinə, 3000 manat məbləğində kredit verilmişdir. X2 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. 2 saylı Bakı “Asan Xidmət” mərkəzində notarial ofisi tərəfindən verilən məlumata əsasən mərhum X3 ölümü ilə əlaqədar Cavabdeh ərizəsi əsasında vərəsəlik işi açılmışdır. Beləliklə Cavabdeh X3 vərəsəsi olduğu müəyyən olmuşdur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə borcverən müqavilədə göstərilən məbləğdə və müddətə borcalana kredit ayırır. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh kredit müqaviləsinin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, kredit üzrə öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixli, BPM**********60 saylı kredit müqaviləsi üzrə cəmi 1691.51 manat borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə görə ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məhkəmə iş üzrə təqdim olunmuş yoxlayaraq, iddia ərizəsinin dəlillərini və iddiaya qarşı əsaslandırılmış etirazın olmamasını nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, xx.xx.2023-cü il tarixli, BPM**********60 saylı “Kredit Müqaviləsi”ndən görünür ki, X4 "xxxx" ASC tərəfindən 43 ay müddətinə, illik 18% dərəcəsi ilə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. "xxxx" ASC-nin maliyyə arayışından görünür ki, X3 xx.xx.2025-ci il tarixinə, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 1691.51 manat əsas, 0 manat faiz, 0 manat cərimə olmaqla, cəmi 1691.51 manat borcu yaranmışdır. İş materiallarında olan 6 saylı Bakı “Asan xidmət” mərkəzində qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İİ № 352942 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2023-cü il tarixində ölmüşdür. İşin materiallarında olan Bakı şəhəri 2 saylı Notariat Ofisi tərəfindən veriliş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, Bakı şəhəri 2 saylı Notariat X1 adına reyestr nömrəsi 2V-558 ilə qeydə alınmış, V-155/2023 nömrəli vərəsəlik işi açılmış və vərəsəsi Agdam rayonu, Bağbanlar ərazi dairəsi, Bağbanlar kəndi ünvanında qeydiyyatda olan və əmlakdan tam hissədə pay alan Cavabdehdır. Şəhadətnamə verilən miras əmlak, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə X4 verilmiş **********53-05101-093007 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi 30.9 kv/m olan mənzildən ibarətdir. İşin materiallarında olan Bakı şəhəri 2 saylı Notariat Ofisi tərəfindən veriliş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, reyestr nömrəsi 2V-586 ilə qeydə alınmış, V-155/2023 nömrəli vərəsəlik işində xx.xx.2023-cü il tarixində vəfat etmiş X3 arvadı- Cavabdeh miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak, "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, xx/xx-1705 nömrəli məktubuna əsasən mərhum- X3 ölümü ilə əlaqədar ödəniləcək 5000 (beş min) manat məbləğində sığorta ödənişindən ibarətdir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 1151-ci məcəlləsinə uyğun olaraq mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 36.92 manat ödənilmiş dövlət rüsumu, habelə 0.40 manat bank xidməti haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, "xxxx" ASC ilə cavabdehdən xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən borclu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən, kredit müqaviləsi üzrə cəmi 1691.51 manat borc və 36.92 manat ödənilmiş dövlət rüsumu, habelə 0.40 manat bank xidməti haqqı qismində pul tutularaq "xxxx" ASCnin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, BPM**********60 saylı kredit müqaviləsi üzrə 1691.51 (bir min altı yüz doxsan bir manat əlli bir qəpik) manat borcun və ödənilmiş 36.92 (otuz altı manat doxsan iki qəpik) manat dövlət rüsumunun, habelə 0.40 (qırx qəpik) manat bank xidməti haqqı məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar