Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-1808/2025 10.07.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı X1 Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı X1 Bank Kredit Təşkilatı (bundan sonra- İddiaçı MMQBKT) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **********0041 saylı müqavilədən irəli gələn ödənilməmiş əsas borc üzrə 375.06 manat, faiz borcu üzrə 0.00 manat, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 375.06 manat məbləğində pulun, həmçinin, **********038 saylı müqavilədən irəli gələn ödənilməmiş əsas borc üzrə 579.80 manat, faiz borcu üzrə 0.00 manat, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 579.80 manat məbləğində pulun və ödənilmiş 30.00 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı MMQBKT arasında bağlanmış xx.xx.2019-cu il tarixli № **********0041 saylı, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının 6-cı maddəsinə uyğun olaraq Güzəştli Kredit (Restrukturizasiya) müqaviləsinə əsasən kredit alanın vaxtı keçmiş əsas kredit borcunun bu müqavilənin imzalandığı tarixə əsasən 571.34 manat, həmçinin eyni tarixli **********038 saylı Güzəştli Kredit (restrukturizasiya) müqaviləsi ilə bu müqavilə imzalanan tarixə qalıq məbləğ 976.56 manat illik 1.00 % faiz olmaqla, 1 il güzəşt müddəti tətbiq edilməklə, 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. **********0041 saylı kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə əsasən borclu 1 il güzəşt müddətində hər ay 0.49 manat, dörd il müddətində isə hər ay 12.15 manat, **********038 saylı kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə əsasən isə 1 il güzəşt müddətində hər ay 0.84 manat, dörd il müddətində isə hər ay 20.77 manat məbləğində ödəniş etməsi razlaşdırılmışdır. Həmin kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zaminin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıması göstərilmişdir. İddia ərizəsi icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı MMQBKT-dən xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə daxil olmuşdur. Ərizədə 10 iyul 2025-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasında iştirak edə biməyəcəklərini, işə onların iştirakı olmadan baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə heç bir məlumat verməmişdilər. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında Cavabdeh1 iddiaçı banka borcu olduğunu, onun isə həmin borca görə zamin olduğunu, lakin maddi imkanları olmadığı üçün borcu ödəyə bilmədiklərini bildirdi və iddianın qanunauyğun həll edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh1 ilə «Finca Azərbaycan» MM QBKT arasında bağlanmış xx.xx.2019-cu il tarixli **********0041 nömrəli kredit (Restrukturizasiya) müqaviləsindən görünür ki, 571.34 manat məbləğində kredit borclunun ödənilməsi illik 1.00 % olmaqla, bir il güzəşt müddəti tətbiq edilməklə, 60 ay müddətinə yönəldilmişdir. İş materiallarında olan «Finca Azərbaycan» MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli Zaminlik müqaviləsindən görünür ki, zamin kreditor qarşısında borclu Cavabdeh1 xx.xx.2019-cu il tarixli **********0041 nömrəli kredit (Restrukturizasiya) müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür. İş materiallarında olan Cavabdeh1 ilə «Finca Azərbaycan» MM QBKT arasında bağlanmış xx.xx.2019-cu il tarixli **********038 nömrəli kredit (Restrukturizasiya) müqaviləsindən görünür ki, 976.56 manat məbləğində kredit borclunun ödənilməsi illik 1.00 % olmaqla, bir il güzəşt müddəti tətbiq edilməklə, 60 ay müddətinə yönəldilmişdir. İş materiallarında olan «Finca Azərbaycan» MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli Zaminlik müqaviləsindən görünür ki, zamin kreditor qarşısında borclu Cavabdeh1 xx.xx.2019-cu il tarixli **********038 nömrəli kredit (Restrukturizasiya) müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür. İş materiallarında olan «Finca Azərbaycan» MM QBKT tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin **********0041 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc 375.06 manat və faiz borcu üzrə 0.00 manat, cərimə borcu üzrə 0.00 manat olmaqla cəmi isə 375.06 manat təşkil edir. İş materiallarında olan «Finca Azərbaycan» MM QBKT tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin **********038 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc 579.80 manat və faiz borcu üzrə 0.00 manat, cərimə borcu üzrə 0.00 manat olmaqla, cəmi isə 579.80 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra- Mülki Məcəllə) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinin tələbinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 739.1.-ci maddəsinin tələbinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlərdən **********0041 nömrəli kredit müqaviləsi üzrə cəmi 375.06 manat, **********038 nömrəli kredit müqaviləsi üzrə cəmi 579.80 manat müştərək qaydada tutularaq iddiaçı «Finca Azərbaycan» MM QBKT-nın xeyrinə ödənilsin. Yenə Azərbaycan Respublikası MPM-nin 119.1 maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30.00 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiacıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 **********0041 nömrəli kredit müqaviləsi üzrə cəmi 375.06 (üç yüz yetmiş beş manat altı qəpik) manat, **********038 nömrəli kredit müqaviləsi üzrə cəmi 579.80 (beş yüz yetmiş doqquz manat səksən qəpik) manat və ödənilmiş 30.00 (otuz) manat dövlət rüsumu müştərək qaydada tutularaq iddiaçı «Finca Azərbaycan» MM QBKT-nın xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №e-2(013)-1808/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-1808/2025
10.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver