Məhkəmə qərarları › İş №e-2(013)-1817/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-1817/2024

27.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-1817/2024 27.09.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Qanuni nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh avtomobilin təmir xərci üzrə 3.068 manat, cərimə və radar borcu üzrə 328.20 manat, mövcud müqavilənin 3.9-cu maddəsinə əsasən hesablanmış 2646 manat günlük icarə haqqı üzrə məbləğ, müqavilənin 3.12-ci maddəsinə əsasən ümumi dəymiş zərərə görə hesablanmış 6588 manat, cəmi 12.631 manat borcun və dövlət rüsumi kimi ödənilmiş 128 manat məbləğində pulun MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi /direktor/ Qanuni nümayəndə iddia tələblərini belə əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 12 oktyabr 2023-cü il tarixli, TX320121- 001 saylı X1 Müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Chevrolet Cobalt LTZ markalı, **- PY-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi günlük 35 manat ödəmək şərtilə icarəyə verilmişdir. Cavabdeh tərəfindən icarə müqaviləsinə əsasən yaranmış öhdəliklər pozulmuş və ya lazımınca icra edilməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixində Cavabdeh tərəfindən avto qəza törədilmiş və nəqliyyat vasitəsinə külli miqdarda zərər dəymişdir. Sözügedən qəzada Cavabdeh təqsirli bilinmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələri ilə barəsində inzibati tənbeh növü tətbiq edilmişdir. "xxxx" Servis Mərkəzi tərəfindən nəqliyyat vasitəsinə dəymiş zərər müəyyən edilmiş, dəymiş zərərin miqdarı 3.068 manat məbləğində müəyyənləşdirilmişdir. Eyni zamanda Cavabdeh avtonəqliyyat vasitəsini idarə etdiyi müddət ərzində dəfələrlə yol hərəkəti qaydalarını pozmuş və cərimələnmişdir. Cavabdeh 328.20 manat məbləğində müxtəlif vaxtlarda radarlara düşmüş və qeyd olunan cərimə məbləğlərini ödəməkdən yayınmışdır. Qeyd olunan cərimə məbləğləri "xxxx" MMC tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 3.9-cu bəndinə əsasən qəza baş verdiyi gündən avtomobil təmirdən çıxdığı günədək günlük icarə haqqının 70 %-i dəyərində hesablanaraq icarəçi tərəfindən icarə verənə ödənilməlidir. Ödəniləcək məbləğ 2.646 manat məbləğində hesablanmışdır. (108 gün X 35 = 3780 X 70 % = 2646). Həmin müqavilənin 3.12-ci bəndinə əsasən gecikdirilən hər gün üçün ümumi dəymiş zərərin 1%-i qədərində faiz hesablanaraq 6588 manat müəyyən edilmişdir. "xxxx" MMC cavabdehə dəfələrlə müraciət edərək yaranmış borc məbləğinin ödənilməsini xahiş etmişdir. Bu səbəbdən "xxxx" MMC tərəfindən cavabdehə poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Lakin göstərilən borc məbləği bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Ona görə də iddia tələblərinin tam həcmdə təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Qanuni nümayəndə iddia tələblərini bir daha müdafiə etdi. Əlavə olaraq qeyd etdi ki, 12 oktyabr 2023-cü il tarixdə cavabdehlə müqavilə bağlanıb, cavabdeh 07 fevral 2024-cü ildə hadisə törədib. Avtomaşın bundan sonra 108 gün təmirdə qalıb. Avtomaqşının təmirinə 3.068 manat pul xərclənmişdir. Bundan başqa radar cərimələri üçün 328.20 ödənişlər etmişlər. Həmçinin icarə müqaviləsinin 3.9-cu bəndinə əsasən günlük icarə haqqının 70 %-i dəyərində, yəni 108 gün üçün 35 manatın cəmi olan 3780 manatın 70 %-i məbləğində, yəni 2646 manat da, cəmi 6042.20 manat, həmçinin müqavilənin 3.12 bəndinə görə cavabdehdən 6588 manat, ümumilikdə 12.631 manat cavabdehdən tutulmalıdır. Məhkəmə iclasında Cavabdeh iddia tələblərini qismən etiraf etdi. Göstərdi ki, 07 fevral 2024-cü ildə hadisə törətmiş, avtoqəza baş vermişdir. Avtomaşın təmirdə qalıb. Maşının təmiri ilə bağlı xərcləri, radar cərimələrini etiraf edir. Lakin hesablanmış məbləğlərlə razı deyil. Ona görə də həmin məbləğlərin yenidən hesablanıb müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edib bu nəticəyə gəlir ki, iddia tələbləri qismən təmin edilməlidir. AA ******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1994-cü il təvəllüdlüdür. BD 905169 saylı Sürücülük Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh B 1, B, C 1, C kateqoriyaları üzrə sürücülük hüquqlarına malikdir. Ərizəyə əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş etibarnamədən görünür ki, MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, AZL-311, AZL-312, AZL-313 saylı X2 əsasında lizinqə verilmiş 3 ədəd Chevrolet Cobalt LTZ minik markalı , ** RY ***, ** RY ***, 77 RY126 dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi BB № 457541, 457540, 457538 seriyalı, 2023-cü il buraxılışlı, ban nömrəsi 076997, 078349, ******* avtomobillərin yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsi üçün etibarnamə verilməsində səlahiyyətlidir. Ərizəyə əlavə edilmiş 12 oktyabr 2023-cü il tarixli, TX320121-001 saylı X1 Müqaviləsindən görünür ki, «İcarəyə verən» adlandırılan "xxxx" MMC-nin Nizamnamə əsasında fəaliyyət göstərən şirkətin direktoru Qanuni nümayəndə və digər tərəfdən «İcarəçi» adlandırılan Azərbaycan Respublikası vətəndaşı, şəxsiyyət vəsiqəsi nömrəsi AA 0688052, xx.xx.1994-cü il təvəllüdlü Cavabdeh bu müqaviləni imzalamışlar. «İcarəyə verən» qanuni əsaslarla ona etibarnamə ilə verilən Chevrolet Cobalt LTZ minik markalı, ** RY *** dövlət nömrə nişanı, buraxılış ili 2023, rəngi Qəhvəyi metallik, Tip : sedanı icarəyə verir, «İcarəçi» isə həmin nəqliyyat vasitəsini xidməti ehtiyacları üçün öz istifadəsinə qəbul edir və istifadə üçün bu müqavilə ilə müəyyən edilmiş məbləği «İcarəyə verən»ə ödəyir. Ərizəyə əlavə edilmiş 06 fevral 2024-ci il tarixli Notariat Etibarnaməsindən görünür ki, mülkiyyətçi "xxxx" MMC Chevrolet Cobalt minik markalı, ** RY *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün xx.xx.2024-cü il tarixədək Cavabdeh etibar etmişdir. Bakı şəhəri Nəsimi RPİ DYPŞ-nin rəisi tərəfindən Cavabdeh alınmış izahatdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 01-15 radələrində yol vərəqəsi ilə idarə etdiyi Chevrolet Cobalt minik markalı avtomobillə M.Qaşqay küçəsi ilə S.Əsgərova küçəsinin kəsişməsinə daxil olarkən STOP yol nişanının tələblərinə məhəl qoymayaraq hərəkətini davam etdirərkən sağdan hərəkətdə olan MAZDA B markalı, ** OC *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsinə çırpılmış, hadisə zamanı bədən xəsarəti alan olmamışdır. xx.xx.2024-cü il tarixli, İXP ******* saylı X4 protokolun surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 327.2-ci maddələri ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş AKTdan görünür ki, X3 minik markalı avtomobildə yaranmış nasazlıqların aradan qaldırılması üçün lazım olan ehtiyyat hissələrinə cəmi 660 manat və texniki xidmətə isə 700 manat olmaqla ümumilikdə 1360 manat xərc çəkilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş AKTdan görünür ki, X3 minik markalı avtomobildə yaranmış nasazlıqların aradan qaldırılması üçün lazım olan ehtiyyat hissələrinə cəmi 678 manat və texniki xidmətə isə 1030 manat olmaqla ümumi 1708 manat xərc çəkilmişdir. Ərizəyə əlavə edilmiş xx.xx.2024-cü il tarixli cərimə ödənişlərinin görünür ki, EQ 21619194 saylı protokol nömrəsi üzrə 9 manat, EQ 21619203 saylı protokol nömrəsi üzrə 9 manat, EQ 21619198 saylı protokol nömrəsi üzrə 18 manat, EQ 21619197 saylı protokol nömrəsi üzrə 18 manat, EQ 19339895 saylı protokol nömrəsi üzrə 9 manat, EQ 19339923 saylı protokol nömrəsi üzrə 9 manat, EQ 19339924 saylı protokol nömrəsi üzrə 18 manat, EQ 19339918 saylı protokol nömrəsi üzrə 9 manat, EQ 19339920 saylı protokol nömrəsi üzrə 9 manat, EQ 19339917 saylı protokol nömrəsi üzrə 9 manat, EQ 19339913 saylı protokol nömrəsi üzrə 9 manat, EQ 19339908 saylı protokol nömrəsi üzrə 9 manat, EQ 19339904 saylı protokol nömrəsi üzrə 18 manat, EQ 19339898 saylı protokol nömrəsi üzrə 18 manat, EQ 19339900 saylı protokol nömrəsi üzrə 18 manat, EQ 21619206 saylı protokol nömrəsi üzrə 9 manat, EQ 19339893 saylı protokol nömrəsi üzrə 9 manat, EQ 21619201 saylı protokol nömrəsi üzrə 18 manat və İXP ******* saylı protokol nömrəsi üzrə 80 manat cərimə məbləği ödənilmişdir. Ərizəyə əlavə edilmiş 24 may 2024-cü il tarixli xəbərdarlıq məktubdan görünür ki, cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir), /mad. 1096.2/ delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1097.3-cü maddəsinə görə qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Qeyd olunan Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İşin hallarndan göründüyü kimi iddiaçı "xxxx" MMC mülkiyyətində olan Chevrolet Cobalt minik markalı, ** RY *** dövlət qeydiyyat nişanlı avtomobili 13 oktyabr 2023-cü il tarixli icarə müqaviləsinə ilə Cavabdeh icarəyə vermişdir. Nəticə etibarı ilə sözügedən avtomobil Cavabdeh faktiki idarəçiliyində olmuş, avtomobil onun tərəfindən idarə edilmiş və Cavabdeh isə avtomobili idarə etmiş və yol nəqliyyat hadisəsi törətmiş, xx.xx.2024-ci il tarixdə gecə saat 01-15 radələrində Cavabdeh Bakı şəhəri, M.Qaşqay küçəsi ilə S.Əsgərova küçəsinin kəsişməsinə daxil olarkən Chevrolet Cobalt minik markalı avtomobillə STOP yol nişanının tələblərinə məhəl qoymayaraq hərəkətini davam etdirərək toqquşmuş, hərəkətdə olan MAZDA B markalı, ** OC *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsindən vuraraq həmin avtomobilə maddi ziyan vurmuş, həmçinin hadisə nəticəsində hazırkı iddiaçı MMC-nin mülkiyyətində olan Chevrolet Cobalt minik markalı avtomobilə zərər dəymiş, zərər məbləği isə "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən 3.068 manat məbləğində hesablanmışdır. İddiaçı "xxxx" MMC məhz cavabdehin qanunsuz hərəkətləri nəticəsində zərərə məruz qaldığını bildirir və hazırkı iddia tələblərini irəli sürür. Məhkəmə qeyd edir ki, zərərin əvəzinin ödənilməsinin mütləqlik xarakteri şəxsiyyət və mülkiyyət toxunulmazlığı haqqında konstitusion müddəalara əsaslanır. Hüququ pozulmuş şəxsə vurulmuş zərərin tərkibinə həm onun faktiki itkiləri, həm də əldən çıxmış fayda da daxil hesab olunmalıdır. Real zərər adlanan faktiki itkilərə - zərər çəkmiş şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi aiddir, əldən çıxmış fayda dedikdə isə - şəxsin hüququ pozulmayacağı halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlərdən məhrum olması başa düşülür. Mülki Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi Mülki qanunvericiliyin qeyd olunan müddəalarında zərərin ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Göstərilən mülki hüquq normaları baxımından hazırda iddia tələbinin araşdırma predmetini cavabdehin iddiaçı qarşısında yuxarıda adı çəkilən əsaslar üzrə öhdəlik daşıyıb-daşımaması halının müəyyən edilməsi təşkil edir. Məhkəmə iddia tələblərini qismən, avtomaşının təmiri üçün çəkilmiş 3.068 manat, radar cərimələri üçün 328.20 manat və müqavilənin 3.9-cu bəndinə əsasən hesablanmış 2646 manat olan tələb hissəsində əsaslı hesab edir, həmin hissədə iddia tələbini təmin edir. Məhkəmə hesab edir ki, iddia tələblərinin icarə müqaviləsinin 3.12 bəndinə istinadla cavabdehdən 6588 manat tələb hissəsi əsaslandırılmır və həmin hissədə iddia təmin edilə bilməz. Beləliklə məhkəmə iddia tələblərindən kənara çıxmayaraq hesab edir ki, Cavabdeh təqsirli hərəkətləri nəticəsində iddiaçı zərər çəkdiyindən ondan iddiaçının xeyrinə avtomobilin təmir xərci üzrə 3.068 manat, cərimə, radar borcu üzrə 328.20, mövcud müqavilənin 3.9-cu maddəsinə əsasən hesablanmış 2.646 manat pul tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən cavabdehdən həmçinin dövlət rüsumu kimi ödənilmiş 128 manat da tutulub iddiaçının xeyrinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları subut etməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh - avtomobilin təmir xərci üzrə 3.068 (üç min altmış səkkiz) manat, cərimə, radar borcu üzrə 328.20 (üç yüz iyirmi səkkiz manat iyirmi qəpik), mövcud müqavilənin 3.9-cu maddəsinə əsasən hesablanmış 2.646 (iki min altı yüz qırx altı) manat, cəmi 6042,20 /altı min qırx iki manat iyirmi qəpik/ manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə verilsin. Cavabdeh dövlət rüsumu kimi ödənilmiş 128 /bir yüz iyirmi səkkiz/ manat tutulub "xxxx" MMCnin xeyrinə verilsin. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar