Məhkəmə qərarları › İş №e-2(013)-184/2025

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №e-2(013)-184/2025

06.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № e-2(013)-184/2025 06.02.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra- İddiaçı QSC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı QSC-nin xeyrinə 7851.76 manat məbləğində kredit borcu, 825.17 manat məbləğində faiz borcu və 153.03 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 8829.96 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 108.03 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixdə İddiaçı QSC-dən məhkəməyə elektron ərizə daxil olmuş və həmin ərizədə xx.xx.2025-ci il tarixdə keçiriləcək məhkəmə baxışı iclasının onların iştirakı olmadan keçirilməsi və iddia tələblərinin təmin olunması xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə qeyd olunan tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsinə Ağdaş Rayon Məhkəməsində baxılmalı olduğundan mülki iş aidiyyəti üzrə həmin məhkəməyə göndərilməlidir. Belə ki, “Azemis” elektron məhkəmə informasiya sistemindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında rəssmi qeydiyyatdadır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsi ərazi aidiyyəti pozulmaqla verilmişdir. Yəni iddiaçı tərəfindən həmin iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət etmək əvəzinə Ağdam Rayon Məhkəməsinə müraciət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edilərsə məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.4. maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya istansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar sözügedən iddia ərizəsinin aidiyyəti üzrə Ağdaş Rayon Məhkəməsinə göndərilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1, 32.3, 44.2.2, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq q ə r a r a a l d ı: İddiaçı QSC-nin Cavabdeh qarşı cavabdehdən İddiaçı QSC-nin xeyrinə 7851.76 manat məbləğində kredit borcu, 825.17 manat məbləğində faiz borcu və 153.03 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 8829.96 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 108.03 manat məbləğində dövlət rüsumunun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəflərə təqdim edildikdən və ya tərəflər onu aldıqdan sonra 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar