Məhkəmə qərarları › İş №e-2(013)-1887/2024

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №e-2(013)-1887/2024

09.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № e-2(013)-1887/2024 09.10.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi – «Kamandar Nəsibov və Partnyorları» Vəkil Bürosunun vəkili Vəkil, Cavabdeh nümayəndəsi – fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə 09 oktyabr 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh xx.xx.2021-ci il tarixli borc müqaviləsi üzrə 100000 manat məbləğində əsas borc, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.122014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 14166,66 manat faiz borcu (əldən çıxmış fayda), hüquqi yardım müqaviləsi üzrə ödənilmiş 500 manat xidmət haqqı, ödənilmiş dövlət rüsumu əvəzində 405 manat – cəmi 114677 manat alınaraq ona verilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi qismində məhkəmədə izahat verən Vəkil mülki işin aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi məsələsinin mahiyyəti üzrə həll edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Cavabdehin nümayəndəsi qismində məhkəmədə izahat verən Nümayəndə tələbin Gəncə Kommersiya Məhkəməsinə aid olduğunu bildirərək işin həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, mülki işə məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsində baxılmalıdır. Belə ki, iş materiallarında olan portaldan çıxarışlardan göründüyü kimi iddiaçı və cavabdeh adlarına VÖEN olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsində göstərilmişdir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 32.4-cü maddəsində göstərilmişdir ki, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər.https://e-qanun.az/framework/46945 Həmin Məcəllənin 32.6-cı maddəsində göstərilmişdir ki, iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Həmin Məcəllənin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir.https://e-qanun.az/framework/46945 Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 45, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə 2(013)-1887/2024 saylı mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar