Məhkəmə qərarları › İş №e-2(013)-1900/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-1900/2024

05.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-1900/2024 05.09.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi ilə, İddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq mü ə y y ə n e t d i: İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı (bundan sonra- BOKT "xxxx" MMC) cavabdehlər Cavabdeh və Zamin qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada kredit müqaviləsinə əsasən 8710.84 manat əsas borc, 5226.15 manat cərimə borcu olmaqla, ümumilikdə 13936.99 manat borcun və ödənilmiş 132 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, BOKT "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 05/244-23 saylı “Kredit müqaviləsi”nə əsasən ona 12 ay müddətinə, illik 0 % olmaqla, 10346 manat məbləğində kredit vəsaitinin verildiyini, lakin cavabdheh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyini və yetirməkdən imtina etdiyini, kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla borclu Zamin arasında xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsi bağlandığını və müqaviləyə əsasən öhdəliyin icra edilməsinə görə zaminin borclu Cavabdeh ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürdüyünü, kredit müqaviləsinin 2.5-ci maddəsinə əsasən cavabdehin kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən hər gecikdirilmiş gün üçün aylıq ödəniş məbləğinin 1 faizi həcmində cərimə və vaxtı keçmiş kredit üzrə 1 faiz həcmində cərimə ödəməyi öhdəsinə götürdüyünü bununlada 21 iyul 2024-cü il tarixə əsasən cavabdehlər Cavabdeh və Zamin banka olan bocunun 8710.84 manat əsas, 5226.15 manat cərimə borcu olmaqla, ümumilikdə 13936.99 manat təşkil edir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı BOKT "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron ərizə daxzil olmuş və iddiçı tərəf ərizəsində xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə baxışı iclasında üzürlü sbəblərdən iştirak edə bilməyəcəklərini, mülki işə nümayəndənin iştirakı olmadan baxılaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehdan xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron vəsatət daxil olmuş və vəsatətdə qeyd olunan Cavabdeh himayəsində azyaşlı övladı olduğu üçün məhkəmə iclasına iştirak edə bilməyəcəyini və məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Zamin məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Qeyd olanan cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ilə BOKT "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 05/244-23 saylı kredit müqaviləsinin surətindən görünür ki, illik 0% olmaqla, cəmi 10346 manat məbləğində kredit 12 ay müddətinə ödəmək şərti ilə borcluya verilmişdir. İş materiallarında olan BOKT "xxxx" MMC ilə Zamin arasında bağlanmış xx.xx.2023-cü il tarixli 05/244-23 nömrəli Zaminlik müqaviləsindən görünür ki, zamin kreditor BOKT "xxxx" MMC qarşısında borclu Cavabdeh xx.xx.2023-cü il tarixli 05/244-23 saylı kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür. İş materiallarında olan BOKT "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 05/244-23 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 8710.84 manat əsas borcu, 5226.15 manat cərimə borcu olmaqla, ümumilikdə 13936.99 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən Kredit müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri lazımca icra etmədiklərinə görə cavabdehlərə 5226.15 manat cərimə (dəbbə) pulu hesablanmışdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi. O cümlədən icaranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, tətbiq olunmuş 5226.15 manat məbləğində dəbbə pulunun 5000 manat hissəsində cavabdehlərdən tutulması barədə tələbin hüquqi əsası olmadığından iddia həmin hissədə rədd edilməli, qalan 226.15 manat hissəsində isə təmin edilməlidir. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müqavilədən irəli gələn ödənilməmiş 8710.84 manat əsas borc və 226.15 manat cərimə borcu olmaqla, ümumilikdə 8936.99 manat tutularaq iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yenə Azərbaycan Respublikası MPM-nin 119.1 maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 132 manat dövlət rüsumunun 109.37 manat hissəsi cavabdehə aid edilməlidir, qalan 22.63 manat hissəsi iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh və Zamin 8710.84 manat əsas və 226.15 manat cərimə, cəmi 8936.99 (səkkiz min doqquz yüz otuz altı manat doxsan doqquz qəpik) manat pul vəsaiti və ödənilmiş 109.37 (bir yüz doqquz manat otuz yeddi qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 132 manat dövlət rüsumunun 22.63 (iyirmi iki manat altmış üç qəpik) manat hissəsi iddiaçı "xxxx" BOKT MMC-nə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar