Məhkəmə qərarları › İş №e-2(013)-1936/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-1936/2024

12.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-1936/2024 12.09.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - "xxxx" ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 04 iyul 2023-cü il tarixli BPM**********67 nömrəli kredit müqaviləsi və 05 avqust 2022-ci il tarixli BPM**********12 nömrəli Tam kart çərçivə müqaviləsi üzrə 08 may 2024-cü il tarixə ödənilməmiş nəğd kredit üzrə əsas borc üzrə 5178.03 manat və faiz borcu üzrə 413.99 manat, cəmi 5592.02 manat, kart krediti üzrə 77.71 manat əsas, 14.24 manat faiz, cəmi 91.95 manat olmaqla, ümumilikdə 5683.97 manat kredit borcunun və iddia ərizəsi üçün ödənilmiş 76.84 manat dövlət rüsumu, habelə 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin “Sabirabad” filialı ilə Cavabdeh arasında bağlanmış 04 iyul 2023-cü il tarixli BPM**********67 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 48 ay müddətinə, illik 21% dərəcəsi ilə 5400 manat, 05 avqust 2022-ci il tarixli BPM**********12 nömrəli Tam kart çərçivə müqaviləsinə əsasən isə, 36 ay müddətinə, illik 24% dərəcəsi ilə 300 manat məbləğində kredit vəsaiti verilmiş, buna müvafiq olaraq tərəflər arasında tərtib edilmiş “ödəniş cədvəli”nə əsasən, kreditin və kredit faizlərinin borcalan tərəfindən banka qaytarılmasının müddətlərinin və qaydasının müəyyən edilmişdir. Cavabdeh tərəfindən qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsaitin və ona hesablanmasını, mübaisənin məhkəmədən kənar həlli üçün iddiaçı səy göstərsə də cavabdehin öz öhdəliklərini bu günədək yerinə yetirmədiyi göstərilmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İş üzrə iddiaçı "xxxx" ASC-dən məhkəməyə elektron ərizə daxil olmuşdur. İddiaçı tərəf ərizədə, məhkəmə baxışı iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Cavabdehin məhkəmə iclasına gəlməmələrinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin Sabirabad filialı ilə Cavabdeh arasında bağlanmış 04 iyul 2023-cü il tarixli BPM**********67 nömrəli Kredit Müqaviləsindən görünür ki, illik 21% olmaqla, cəmi 5400 manat məbləğində kredit 48 ay müddətinə ödəmək şərti ilə borcluya verilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Sabirabad filialı ilə Cavabdeh arasında bağlanmış 05 avqust 2022-ci il tarixli BPM**********12 nömrəli Tam kart çərçivə Müqaviləsindən görünür ki, illik 24% olmaqla, cəmi 300 manat məbləğində kredit 36 ay müddətinə ödəmək şərti ilə borcluya verilmişdir İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş maliyyə arayışlarından görünür ki, Cavabdehnın 04 iyul 2023-cü il tarixli BPM**********67 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə, kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcu 5178.03 manat, faiz borcu 413.99 manat, cəmi 5592.02 manat təşkil edir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş maliyyə arayışlarından görünür ki, Cavabdehnın 05 avqust 2022-ci il tarixli BPM**********12 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə, kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcu 77.71 manat, faiz borcu 14.24 manat, cəmi 91.95 manat təşkil edir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, pretenziya qaydasında Cavabdeh borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra- Mülki Məcəllə) 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 739.1.-ci maddəsinin tələbinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, xx.xx.2022-ci il tarixli, BPM**********93 nömrəli kredit müqaviləsi üzrə 5178.03 manat əsas kredit borcu və 413.99 manat faiz borcu, cəmi 5592.02 manat, 05 avqust 2022-ci il tarixli BPM**********12 nömrəli kredit müqaviləsi üzrə 77.71 manat əsas, 14.24 manat faiz borcu, cəmi 91.95 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 76.84 manat dövlət rüsumu, habelə 0,40 manat xidmət haqqı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, BPM**********93 nömrəli kredit müqaviləsi üzrə 5178.03 manat əsas kredit borcu və 413.99 manat faiz borcu, cəmi 5592.02 manat, 05 avqust 2022-ci il tarixli BPM**********12 nömrəli kredit müqaviləsi üzrə 77.71 manat əsas, 14.24 manat faiz borcu, cəmi 91.95 manat olmaqla, ümumilikdə hər iki müqavilə üzrə cəmi 5683.97 (beş min altı yüz səksən üç manat doxsan yeddi qəpik) məbləğlində pul vəsaiti və ödənilmiş 76.84 (yetmiş altı manat səksən dörd qəpik) manat dövlət rüsumu, habelə 0,40 (qırx qəpik) manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar