Məhkəmə qərarları › İş №e-2(013)-1973/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-1973/2025

30.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-1973/2025 30.06.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlu, İddiaçı "xxxx" BOKT ASC-nın Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair” kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəyə baxaraq məhkəmə m üə y y ə n e t d i: İddiaçı "xxxx" BOKT ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair" kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən, 465 manat əsas borcun, 45 manat cərimə borcu olmaqla cəmi 510 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçı "xxxx" BOKT ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" BOKT ASC tələbini onunla əsaslandırmışdır ki, "xxxx" BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, PKSTN-0856 saylı güzəştli kredit müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə əsasən cavabdehə illik faiz dərəcəsi 1% olmaq şərtilə, 60 ay müddətinə ödənilməklə 2633 manat məbləğində kredit verilmişdir. Hazırda cavabdehin təşkilata 465 manat əsas borcu, 45 manat cərimə olmaqla, cəmi 510 manat borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci və 284-5.2-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri aldığı gündən 05 (beş) iş günü müddətində məhkəməyə göndərə bilməsi üçün cavabdehə rəsmi qaydada bildirişin göndərilməsinə və sonuncuya bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını, eləcə də ona əlavə olunmuş sənədləri məhkəməyə göndərə biləcəyinin izah edilməsinə baxmayaraq, iddia tələbinə münasibətdə məhkəməyə cavabdehin etirazı daxil olmamışdır. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: xx.xx.2019-cu il tarixli, PKSTN-0856 saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh "xxxx" BOKT ASC tərəfindən illik faiz dərəcəsi 1% olmaq şərtilə 5 il müddətinə ödənilmək şərti ilə 2633 manat məbləğində kredit verilmişdir. "xxxx" BOKT ASC-nin maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025ci il tarixinə, xx.xx.2019-cu il tarixli, PKSTN-0856 saylı kredit müqaviləsi üzrə 465 manat əsas, 45 manat cərimə olmaqla cəmi 510 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Bu Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh, 465 manat əsas və 45 manat cərimə borcu olmaqla cəmi 510 manat borc və dövlət rüsumu qismində 30 manat tutularaq "xxxx" BOKT ASC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 465 manat əsas və 45 manat cərimə borcu olmaqla cəmi 510 (beş yüz on) manat əsas borc və dövlət rüsumu qismində ödənilmiş 30 (otuz) manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" BOKT ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar