Məhkəmə qərarları › İş №e-2(013)-200/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-200/2025

02.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-200/2025 02.04.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması və borcun girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra- İddiaçı ASC) cavabdehlər Cavabdeh2 (X1 qanun üzrə vərəsəsi) və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən xx.xx.2013-cü il tarixli, № RBSB- 4523 saylı kredit müqaviləsi üzrə 3407.98 manat əsas və 24.06 manat faiz, 1.98 manat cərimə olmaqla, cəmi 3434.02 manat borcun və iş üzrə ödənilmiş 55 manat dövlət rüsumunun tutulması, həmin tutmanın Bank qarşısında girov qoyulmuş, mülkiyyət hüququ ilə Cavabdeh2 (X1 qanun üzrə vərəsəsi) məxsus 1 ədəd sırğa 750 əyarlı 8.4 qram, 1 ədəd üzük 750 əyarlı 8.1 qram, 6 ədəd üzük 583 əyarlı 20 qram, 2 ədəd sep 585 əyarlı 21.5 qram, 1 ədəd komplekt 583 əyarlı 11 qram, 1 çüt sırğa 583 əyarlı 3 qram, 1 ədəd qolbağı 585 əyarlı 3.6 qram, 1 ədəd klon 583 əyarlı 1.4 qram, 1 ədəd sünbül qolbağı 583 əyarlı 8.9 qram, 1 çüt sırğa 583 əyarlı 7 qram olmaqla cəmi 92.9 qram olan qızıl-zinət əşyalarına yönəldilməsi, qızıl-zinət əşyalarının açıq hərracda satılması, həmin satışdan əldə olunan vəsait hesabına qeyd olunan borcun ödənilməsi, satışdan əldə olunan vəsaitin qeyd olunan borcun ödənilməsi üçün yetərli olmazsa, cavabdehlər Cavabdeh2 (X1 qanun üzrə vərəsəsi) və Cavabdeh1 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia belə əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Səbail filialı ilə borclu X3 arasında xx.xx.2013-cü il tarixli, № RBSB-4523 saylı kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən ona, illik 28% olmaqla, 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminat olaraq Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Eyni zamanda, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi cavabdeh X2 məxsus 1 ədəd sırğa 750 əyarlı 8.4 qram, 1 ədəd üzük 750 əyarlı 8.1 qram, 6 ədəd üzük 583 əyarlı 20 qram, 2 ədəd sep 585 əyarlı 21.5 qram, 1 ədəd komplekt 583 əyarlı 11 qram, 1 çüt sırğa 583 əyarlı 3 qram, 1 ədəd qolbağı 585 əyarlı 3.6 qram, 1 ədəd klon 583 əyarlı 1.4 qram, 1 ədəd sünbül qolbağı 583 əyarlı 8.9 qram, 1 çüt sırğa 583 əyarlı 07 qram olan qızıl-zinət əşyaları girov qoyulmuş və qiymətləndirilməsinə əsasən İddiaçı ASC-nin Səbail filialının saxlancına verilmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı ASC-dən xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron ərizə daxil olmuş və iddiaçı tərəf ərizəsində qeyd olunan mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2013-cü il tarixli, № RBSB-4523 nömrəli Baş Kredit Müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC cavabdeh X2 24 ay müddətinə qaytarılmaq şərti ilə illik 28 faiz dərəcəsi ilə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin Səbail filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli Zaminlik Müqaviləsinin surətindən görünür ki, Cavabdeh1, xx.xx.2013-cü il tarixli, № RBSB-4523 saylı kredit müqaviləsi üzrə X1 bank qarşısında öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan Girovun qiymətləndirilməsi və saxlanca qəbul edilməsi iə bağlı xx.xx.2013-cü il tarixli, № RBSB-4523 nömrəli aktdan görünür ki, xx.xx.2013cü il tarixli, № RBSB-4523 nömrəli Kredit müqaviləsinin təminatı qismində çıxış edən X3 tərəfindən girov qoyulmuş 10 adda, yəni 1 ədəd sırğa 750 əyarlı 8.4 qram, 1 ədəd üzük 750 əyarlı 8.1 qram, 6 ədəd üzük 583 əyarlı 20 qram, 2 ədəd sep 585 əyarlı 21.5 qram, 1 ədəd komplekt 583 əyarlı 11 qram, 1 çüt sırğa 583 əyarlı 3 qram, 1 ədəd qolbağı 585 əyarlı 3.6 qram, 1 ədəd klon 583 əyarlı 1.4 qram, 1 ədəd sünbül qolbağı 583 əyarlı 8.9 qram, 1 çüt sırğa 583 əyarlı 07 qram olan qızıl-zinət əşyalarıdır. qızıl-zinət əşyalarının ümumi çəkisi 92.9 qram müəyyən edilməklə, 2416 USD məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, cavabdeh X1 qanun üzrə vərəsəsinin xx.xx.2024-cü il tarixə, kredit müqaviləsi üzrə 3407.98 manat əsas kredit borcu, 24.06 manat faiz borcu, 1.98 manat cərimə borcu olmaqla, cəmi 3434.02 manat məbləğində təşkil edir. İş materiallarında olan Bakı şəhəri, Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 25 dekabr 2018-ci il tarixli AZ-İ№ 979899 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2013-cü il tarixində tarixdə ölmüşdür. İş materiallarında olan Qanun üzrə X4 Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2013-cü il tarixdə vafat etmiş X1 vərəsəsi, Cavabdeh2dır və o, miras əmlakdan 1/1 hissədə pay almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllənin) 269.7-ci maddəsinə əsasən girovla təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girovla yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Mülki Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Mülki Məcəllənin 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yenə Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 1151-ci məcəlləsinə uyğun olaraq mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. İddiaçı ASC-nin iddia tələbini zamin Cavabdeh1 aid hissədə təftiş edən məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, İddiaçı ASC-nin zaminə qarşı qaldırdığı “pul tələbinə dair” iddia əizəsinin qanunla müəyyən olunmuş müddətdə verilmədiyini, iddia müddətinin ötürüldüyü məlumdur. Mülki Məcəlləyə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (m. 470.1). Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər (m. 470.2.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (m. 472.1.). Mülki Məcəllənin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Mülki Məcəllənin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2012ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 470.2-ci maddəsinə görə gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Bu maddənin mənasına görə, “gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi” müddəası zaminin əvvəlcədən razılaşdırılmış əsas borca dair gələcəkdə yaranacaq öhdəliyə zamin durması kimi başa düşülməlidir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında formalaşan hüquqi mövqeyə görə zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan, belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə), əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyi) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Beləliklə, qanunverici borclunun kreditor qarşısında öhdəliyinin zaminliklə təmin edildiyi halı tənzimləyərək, məhz müqavilə ilə müəyyən edilən konkret öhdəliyi nəzərdə tutur. Göründüyü kimi, zamin üzərinə birgə məsuliyyət götürdüyü halda onun kreditor qarşısında məsuliyyəti də borclu ilə eyni həcmdə olur və onların hər ikisi də öhdəliklərin icrası üçün kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Hətta mülki qanunvericilik zaminliyin gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də verilməsini də istisna etməmişdir. Ancaq nəzərə almaq lazımdır ki, hər bir halda, zaminlik müqaviləsi Mülki Məcəllə ilə nəzərdə tutulmuş tələblərə uyğun şəkildə tərtib olunmalı və müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin mahiyyəti tam olaraq əks olunmalıdır. Zaminlik mücərrəd öhdəliklər üzrə verilə bilməz. Əks təqdirdə, zamin hansı öhdəliklərin icrası üçün zəmanət verilməsindən məlumatlı olmayacaqdır ki, bu da onu gələcəkdə ağır şərtlər qarşısında qoya bilər. İş materiallarına iddiaçının əlavə etdiyi 12 aprel 2013-cü il tarixli kredit müqaviləsi üzrə kredit öhdəliyinin müddəti 12 aprel 2015-ci il tarixində bitdiyindən, kreditor zaminə qarşı 12 aprel 2016-cı il tarixinədək iddia qaldıra bilərdi. Hazırki işin materiallarına əsasən bank 05 dekabr 2024-cü il tarixdə məhkəmədə iddia qaldırmış və bununla da Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbi baxımından zaminliyə xitam verilməsi üçün hüquqi zəmin yaratmışdır. Ona görə də məhkəmə hesab edir ki, zamin Cavabdeh1 zaminliyinə bütövlükdə xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 3407.98 manat əsas, 24.06 manat faiz, 1.98 manat cərimə, cəmi 3434.02 manat pul tutularaq iddiaçının xeyrinə ödənilməli, tutmanın Cavabdeh2 (X1 qanun üzrə vərəsəsi)na məxsus 1 ədəd sırğa 750 əyarlı 8.4 qram, 1 ədəd üzük 750 əyarlı 8.1 qram, 6 ədəd üzük 583 əyarlı 20 qram, 2 ədəd sep 585 əyarlı 21.5 qram, 1 ədəd komplekt 583 əyarlı 11 qram, 1 çüt sırğa 583 əyarlı 3 qram, 1 ədəd qolbağı 585 əyarlı 3.6 qram, 1 ədəd klon 583 əyarlı 1.4 qram, 1 ədəd sünbül qolbağı 583 əyarlı 8.9 qram, 1 çüt sırğa 583 əyarlı 07 qramdan ibarət qızılzinət əşyalarına yönəldilərək açıq hərracda satılmalı, göstərilən əşyaların satışından əldə olunmuş pul vəsaiti hesabına borc ödənilməlidir. Hərracdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borc Cavabdeh2 tutulmalıdır. İddia tələbi digər Cavabdeh1 zaminliyinə bütövlükdə xitam verilməklə ona münasibətdə isə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1 maddəsinəəsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iş üzrə ödənilmiş 55 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 3407.98 manat əsas, 24.06 manat faiz və 1.98 manat cərimə olmaqla, cəmi 3434.02 manat məbləğində pul və ödənilmiş 55 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Həmin tutmanın girov predmeti olan 1 ədəd sırğa 750 əyarlı 8.4 qram, 1 ədəd üzük 750 əyarlı 8.1 qram, 1 ədəd üzük 750 əyarlı 8.1 qram, 6 ədəd üzük 583 əyarlı 20 qram, 2 ədəd sep 585 əyarlı 21.5 qram, 1 ədəd komplekt 583 əyarlı 11 qram, 1 çüt sırğa 583 əyarlı 3 qram, 1 ədəd qolbağı 585 əyarlı 3.6 qram, 1 ədəd klon 583 əyarlı 1.4 qram, 1 ədəd sünbül qolbağı 583 əyarlı 8.9 qram, 1 çüt sırğa 583 əyarlı 07 qram olan qızıl-zinət əşayalarına yönəldilsin, həmin əmlaklar ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə açıq hərracda satılsın və əldə edilmiş vəsaitdən kredit müqaviləsi üzrə 3407.98 manat əsas, 24.06 manat faiz və 1.98 manat cərimə olmaqla, cəmi 3434.02 manat məbləğində pul və ödənilmiş 55 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə tutulsun. Hərracdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borc Cavabdeh2 tutulsun. İddia tələbi Cavabdeh1 zaminliyinə bütövlükdə xitam verilməklə onlara münasibətdə isə rədd edilsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar