Məhkəmə qərarları › İş №e-2(013)-2087/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-2087/2025

07.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-2087/2025 07.07.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlu, İddiaçı BOKT MMC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı BOKT MMC Cavabdeh qarşı “kredit borcunun tutulması" tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 321,06 manat əsas, 6.62 manat faiz, Azərbaycan Respublikası Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 2023-2024-cu illər üçün 50 manat, cəmi-377.38 (üç yüz yetmiş yeddi manat otuz səkkiz qəpik) manat borc və dövlət rüsumu kimi ödənilmiş 30 manatın MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı BOKT MMC tələbini onunla əsaslandırmışdır ki, MMC ilə Cavabdeh arasında bağlanmış 18 oktyabr 2019-cu il tarixli, 41\1019-032 saylı kredit (Restrukturizasiya) müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik 1 faiz kreditdən istifadəyə görə haqq ödəmək şərtlə 877 manat məbləğində kredit verilmişlir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında icra etməyən Cavabdehu xx.xx.2025-ci il tarixə olan hesablamalara görə iddiaçıya 321,06 manat əsas kredit borcu, 6.62 manat faiz borcu, cəmi 327.68 manat borc yaranmışdır. Cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazimi qaydada icra edilməmişdir.Cavabdeh 18 oktyabr 2019-cu il tarixli, 41\1019-032 saylı kredit (Restrukturizasiya) müqaviləsi üzrə son ödənişini xx.xx.2023-cü ildə 60 manat ödəniş etmişdir.İddiçı İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC 2011-ci il tarixdən fəaliyyət göstərir.Azərbaycan Respublikasının Milli Qanunvericiliyinə əsasən faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir.Azərbaycan Respublikasının Mərkəzi Bankı uçot dərəcəsini 2023-cü il üçün 9%, 2024-cü il üçün isə 7% müəyyən etmişdir.Belə olan halda iddiaçı tərəfindən aparılan ilkin hesablamalara görə Cavabdeh öhdəliklərini icra etməməsi nəticəsində 2023-cü il üçün 28 manat, 2024-cü il üçün 22 manat cəmi-50 manat təşkil etmişdir. Hazırda cavabdehin iddiaçı qarşısında 18 oktyabr 2019-cu il tarixli, 41\1019-032 saylı müqavilə üzrə 321.06 manat əsas borcu, 6.62 manat faiz, Azərbaycan Respulikası Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 2023-2024-cu illər üçün 50 manat, cəmi-377.38 manat borcu yaranmışdır. İddiaçı öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmişdir. Məhkəmə hesab edir ki, tələb təmin edilməlidir. 18 oktyabr 2019-cu il tarixli, 41\1019-032 saylı kredit (Restrukturizasiya) müqaviləsinə əsasən Cavabdeh 60 ay müddətinə illik 1 faiz kreditdən istifadəyə görə haqq ödəmək şərtlə 877 manat məbləğində kredit verilmişlir. MMC-nin arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixinə kredit müqaviləsi üzrə 321.06 manat əsas, 6.62 manat faiz, 0 manat penya borcu olmaqla, cəmi 327.68 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti 5.000 manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti 10.000 manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Qeyd olunan Məcəllənin 284-5.1-ci maddəsinə görə ərizənin qəbulundan imtina olunmamışdırsa onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən isə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Belə ki, Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən Cavabdeh 18 oktyabr 2019-cu il tarixli, 41\1019-032 saylı kredit (Restrukturizasiya) müqaviləsi üzrə 321 manat əsas, 6.62 manat faiz, Azərbaycan Respublikası Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 2023-2024-cu illər üçün 50 manat, cəmi-377.38 (üç yüz yetmiş yeddi manat otuz səkkiz qəpik) manat borc və iddiaçı tərəfin dövlət rüsumu kimi ödədiyi 30 manat alınıb MMC -nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284, 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Cavabdeh-18 oktyabr 2019-cu il tarixli, 41\1019-032 saylı kredit (Restrukturizasiya) müqaviləsi üzrə 321,06 manat əsas, 6.62 manat faiz, Azərbaycan Respublikası Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 2023-2024-cu illər üçün 50 manat, cəmi-377.38 (üç yüz yetmiş yeddi manat otuz səkkiz qəpik) manat borc və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul tutularaq, İddiaçı BOKT MMC-nin xeyrinə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Azərbaycan respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar