Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № e-2(013)-2111/2025 10.09.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, X12, X8, X9, X13 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, X12, X8, X9, X13 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2013-cü il tarixli, CC053441Q/13U saylı müqaviləyə əsasən 222.02 manat məbləğində əsas kredit borcu, 358.27 manat məbləğində faiz borcu olmaqla, cəmi 580.29 manat, xx.xx.2013-ci il tarixli, BAL202881/13 saylı müqaviləyə əsasən 493.49 manat məbləğində kredit borcu, 913.16 manat məbləğində faiz borcu və 39.5 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 1446.15 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 65 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə X19 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, CC053441Q/13U saylı müqaviləyə əsasən 500 manat, xx.xx.2013-ci il tarixli, BAL202881/13 saylı müqaviləyə əsasən 1200 manat məbləğində kredit verilmişdir. X19 04 mart 2015-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri, 8 saylı Notariat Kontorunun verdiyi şəhadətnaməyə əsasən qeyd olunan cavabdehlər borclu X10 vərəsələri olmaqla miras qoyana məxsus əmlak vərəsəlik qaydasında onlara keçmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı ASC-dən məhkəməyə ərizə daxil olmuş və həmin ərizədə məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və iddia tələblərinin təmin olunması xahiş olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu halda məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, X10 xx.xx.2025-ci il tarixinə xx.xx.2013-cü il tarixli, CC053441Q/13U saylı müqavilə üzrə 222.02 manat əsas və 358.27 manat faiz, xx.xx.2013-ci il tarixli, BAL202881/13 saylı müqavilə üzrə 493.49 manat əsas, 913.16 manat faiz və 39.5 manat cərimə borcu təşkil edir. İş materiallarında olan ər-arvadın ümumi əmlakındakı paya sağ qalmışərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X3 qalmış arvadı Ağdam rayonunun Qiyaslı kəndində qeydiyyatda olan X2 onların nikah dövründə əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. Şəhadətnamə verilən miras əmlak VijinFond AzərKredit MMC-nin Lökbatan filialının xx.xx.2015-ci il tarixli, 536 saylı məktubuna əsasən SL-738 saylı qızıl-zinət əşyalarından ibarətdir. İşin materiallarında olan Bakı şəhəri 8 saylı Notariat Ofisi tərəfindən veriliş xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X10 vərəsələri Ağdam rayonunun Qiyaslı kəndində qeydiyyatda olan arvadı: X4 1/12 hissə, oğlu: X20 1/12 hissə, qızı: X14 1/12 hissə, qızı: X15 1/12 hissə, atası: X21 1/12 hissə anası: X5 1/12 hissədə əmlakdan irs almışlar. Şəhadətnamə verilən miras əmlak VijinFond AzərKredit MMC-nin Lökbatan filialının xx.xx.2015-ci il tarixli, 536 saylı məktubuna əsasən SL-738 saylı qızıl-zinət əşyalarından ibarətdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmunda Cavabdeh1, X20, X15, X14, X21 və Cavabdeh2 cavabdehlər kimi qeyd edilsə də və tələb onlara qarşı yönəlsən də, lakin elektron iddia ərizəsində onlardan Cavabdeh1 və Cavabdeh2 cavabdeh qismində göstərilmiş və məhkəmə elekton sistemə yerləşdirilmişdir. Digər cavabdehlər X20, X15, X14 və X13 aid Azərbaycan Respublikası MPM-nin 149.2.2ci madəsində göstərilən məlumatlar göstərilməmişdir. O, cümlədən cavabdehə aid eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi FİN) göstərilməmişdir. Ona görə də həmin cavabdehlər “Azemis” elektron məhkəmə informasiya sistemində görünmür. Göründüyü kimi, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən verilmişdir. Məhkəmə onu da qeyd edir ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X19 xx.xx.1985-ci il təvəllüdlüdür və onun vərəsəsi kimi tanınmış oğlu X11, qızı X6 və qızı X7 doğum tarixləri göstərilmədiyindən və iş materiallarında onların şəxsiyyətini təsdiq edən sənədlər olmadığından onların mülki hüquq fəaliyyət qabiliyyətinin olmasını müəyyən etmək mümkün olmadı. Həmçinin, X10 xx.xx.2015-ci il tarixdə vəfat etməsini təsdiq edən sənədlər iş materiallarında yoxdur. Məhkəmə həmçinin, onu da qeyd edir ki, qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilən miras əmlak VijinFond AzərKredit MMC-nin Lökbatan filialının xx.xx.2015-ci il tarixli, 536 saylı məktubuna əsasən SL-738 saylı qızıl-zinət əşyaları olsa da, lakin həmin qızıl-zinət əşyalarının həcmi və dəyərini təsdiq edən sənədlər iş materiallarında yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsində göstərilir ki, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddia ərizəsinin baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsinin baxılmamış saxlanılmasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsində nəzərdə tutulan nəticələri tərəflərə izah edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 260.5, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, X12, X8, X9, X13 və Cavabdeh2 qarşı cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2013-cü il tarixli, CC053441Q/13U saylı müqaviləyə əsasən 222.02 manat məbləğində əsas kredit borcu, 358.27 manat məbləğində faiz borcu olmaqla, cəmi 580.29 manat, xx.xx.2013-ci il tarixli, BAL202881/13 saylı müqaviləyə əsasən 493.49 manat məbləğində kredit borcu, 913.16 manat məbləğində faiz borcu və 39.5 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 1446.15 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 65 manat məbləğində dövlət rüsumunun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Tərəflərə izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №e-2(013)-2111/2025
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №e-2(013)-2111/2025
10.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver