Məhkəmə qərarları › İş №e-2(013)-2278/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-2278/2025

15.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-2278/2025 15.08.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Bayramov Elşad Abdulla oğlunun sədrliyi Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada xx.xx.2019-cu il tarixli, 0012/19/PB saylı kredit müqaviləsinə əsasən 9638.47 manat əsas borcun, 483.15 manat hesablanmış faiz borcunun, 1924.69 manat dəbbə pulu olmaqla, cəmi 12.049.31 manat kredit borcu borcunun və dövlət rüsumu kimi ödənilmiş 128 manat məbləğində pulun tutularaq ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilir ki, Cavabdeh1 ilə "xxxx" BOKT ASC arasında xx.xx.2019-cu il tarixli, 0012/19/PB sayl kredit müqaviləsi imzalanmış, 5 il müddətinə, 1 faiz dərəcəsi ilə 9638.47 manat məbləğində ona kredit verilmişdir. Kredit müqaviləsinin 2.1.3-cü maddəsinə əsasən kreditorun müştərinin amlak vəziyyəti pisləşərsə, bu isə borcun qaytanlması tələbi üçün təhlükə yaradarsa, habelə güzəştli kredit müqaviləsi üzrə ödənişlər vaxtında və lazımı qaydada icra edilməzsə borcun qaytanlmasını tələb etmək hüququ vardır. Kredit müqaviləsi üzrə öhdəliklərin təmini kimi Cavabdeh2 ilə ASC arasında xx.xx.2019-cu il tarixli, 0012 PBZ saylı Zaminlik Müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2-ci bəndinə əsasən zamin kredit götürənin müqavilə üzrə öhdəliklərini tam ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3. l-ci bəndinə əsasən zamin kredit götürənlə birgə məsuliyyət daşıyır. Sözügedən kredit müqaviləsinə asasən Cavabdeh1 ASC-yə 9638.47 manat asas borc, 483.15 manat hesablanmış faiz borcu, 1924.69 manat dəbbə pulu olmaqla, cəmi 12.049.31 manat borcu yaranmışdır. Eyni zamanda nəzərə çatdırılır ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən ASC ilə Cavabdeh1 arasında bağlanmış əvvəlki problemli kredit müqaviləsi restrukturizasiya edilmiş və cavabdehlə hazırkı müqavilə bağlanmışdır. Təəssüf ki, cavabeh bu müqavilə üzrə də borc öhdəliyini qəsdən icra etməkdən imtina etmişdir. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə borcun ödənilməsi təbbinə dair cavabdehə bildiriş verilmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi xahiş olunur. İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlamış, iddia tələblərinə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını, tələblərinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə cavabdehlər /ata-oğul/ Cavabdeh1 və Cavabdeh2 SMS və məhkəmə bildirişi qaydasında məlumatlandırılmışlar, onlar məhkəmə ilə telefon əlaqəsi saxlamışlar, lakin məhkəmə iclaslarına gəlməmişlər. Məhkəmə işin baxılmasını mümkün bilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir, tələbin rədd edilməsi və ya qismən təmin edilməsi üçün əsas yoxdur. Ərizəyə əlavə edilmiş cavabdehlərdən Cavabdeh1 ilə ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 0012/19/PB saylı (Restrukturizasiya) kredit müqaviləsindən görünür ki, bu müqavilə Azərbaycan Respublikasının Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli, 551 saylı Fərmanının icrasının təmin edilməsi məqsədi ilə bağlanmışdır. Bu müqaviləyə əsasən kreditor borclunun vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 9638,47 manat qalıq məbləğini ödəmək məqsədi ilə güzəştli krediti verməyi, borclu isə verilmiş krediti, bu müqavilə üzrə ona hesablanan faizləri bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəli üzrə kreditora ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürmüş, kreditin illik faiz dərəcəsi 1% olmaqla 5 il (1-ci il güzəşt müddəti müəyyən edilməklə) müddətinə verilmişdir. Ərizəyə əlav edilmiş cavabdehlərdən Cavabdeh2 ilə ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 0012 PBZ saylı Zaminlik müqaviləsindən görünür ki, bu müqavilənin predmeti borclu Cavabdeh1 ilə kreditor ASC arasında bağlanmış «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikasının Prezidentinin Fərmanının icrası ilə əlaqədar xx.xx.2019-cu il tarixli, 0012 PB saylı kredit müqaviləsi üzrə illik 1 faiz dərəcəsi ilə 60 ay muddətinə 9638,47 manat kredit aldığı borc öhdəliklərinin icrasının təmin edilməsidir. Borclunun kreditor qarşısında öhdəliyini icra etməsi üçün məsuliyyəti zamin öz üzərinə götürmüşdür. İddiaçı "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli Maliyyə Arayışından görünür ki, Cavabdeh1 ASC-yə xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 9638,47 manat əsas, 483,15 manat faiz, 1927,69 manat dəbbə pulu borcu olmaqla, cəmi 12.049,31 manat məbləğində kredit borcu yaranmışdır. AZE ******** saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx xxxxxx 1960-cı il təvəllüdlüdür, Ağdam şəhəri, İ.Hacıyev küçəsi ev 7-də qediyyatdadır. AZE ******** saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx xxxx 1988-ci il təvəllüdlüdür, Ağdam şəhəri, İ.Hacıyev küçəsi ev 7-də qediyyatdadır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsinin digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək müştərək qaydada xx.xx.2019-cu il tarixli, 0012/19/PB saylı kredit müqaviləsinə əsasən 9638.47 manat əsas, 483.15 manat faiz, 1924.69 manat dəbbə borcu olmaqla, cəmi 12.049.31 manat məbləgində pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, həmçinin MPM-nin 119.1-ci maddəsinə əsasən iddiaçının dövlət rüsumu kimi ödədiyi 128 manat da cavabdehdən iddia tərəfinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək müştərək qaydada - xx.xx.2019- cu il tarixli, 0012/19/PB saylı kredit müqaviləsinə əsasən 9638.47 manat əsas, 483.15 manat faiz, 1924.69 manat dəbbə borcu olmaqla, cəmi 12.049.31 manat (on iki min qırx doqquz manat otuz bir qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 128 (bir yüz iyirmi səkkiz) AZN tutularaq İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar