Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-2299/2025 31.07.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlu, İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh3, X2 və X3 qarşı “kreditin və kredit faizlərinin ödənilməsi tələbinə dair” kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəyə baxaraq məhkəmə m üə y y ə n e t d i : İddiaçı BOKT "xxxx" MMC cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada, kredit müqaviləsi üzrə 3581.60 manat əsas borcun, 1628.93 manat faiz borcu, 0.00 manat cərimə, 491.58 manat əldən çıxmış fayda olmaqla cəmi 5702.11 manat borcun və 78.40 manat ödənilmiş dövlət rüsumunun iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı BOKT "xxxx" MMC tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh3 müraciətinə əsasən, onunla BOKT "xxxx" MMC-nin Ağdam filialı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, L-AD/0060469-F saylı kredit müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə əsasən cavabdehə 24 ay müddətinə, illik faiz dərəcəsi 27% olmaq şərtilə 5000 manat məbləğində “mal-qara alışı” məqsədilə kredit rəsmiləşdirilmişdir. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 ilə təşkilat arasında xx.xx.2022-ci il tarixli, L-AD/0060469-F saylı Birgə borcluluq, AG/000224981 saylı və AG/00027517 saylı zaminlik müqaviləsi bağlanmış və həmin müqavilələrə əsasən onlar kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Hazırda cavabdehlərin təşkilata 3581.60 manat əsas, 1628.93 manat faiz, 0.00 manat cərimə, 491.58 manat əldən çıxmış fayda olmaqla cəmi 5702.11 manat borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə görə ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günüərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarını araşdırılaraq hesab edilir ki, iddia qismən təmin olunmalıdır. xx.xx.2022-ci il tarixli, L-AD/0060469-F saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh3 BOKT "xxxx" MMC tərəfindən 24 ay müddətinə hər gecikdirilmiş gün üçün əsas məbləğin 27%-i həcmində cərimə olmaq şərtilə 5000 manat məbləğində kredit rəsmiləşdirilmişdir. xx.xx.2022-ci il tarixli, L-AD/0060469-F saylı X1 görünür ki, borclular Cavabdeh3, Cavabdeh2 kreditor BOKT "xxxx" MMC qarşısında L-AD/0060469-F saylı kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərlərinə götürmüşdür. xx.xx.2022-ci il tarixli, AG/000224981 saylı və AG/00027517 saylı zaminlik müqaviləsindən görünür ki, zaminlər Cavabdeh1 və Cavabdeh4 kreditor BOKT "xxxx" MMC qarşısında borclu Cavabdeh3 L-AD/0060469-F saylı kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərlərinə götürmüşdür. BOKT "xxxx" MMC-nin maliyyə arayışından görünür ki, Cavabdeh3 xx.xx.2025-ci il tarixinə, kredit müqaviləsi üzrə BOKT "xxxx" MMC-yə 3581.60 manat əsas borcun, 1628.93 manat faiz borcu, 0.00 manat cərimə, 491.58 manat əldən çıxmış fayda olmaqla cəmi 5702.11 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MPM-nin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada, 3581.60 manat əsas borcu, 1628.93 manat faiz borcu olmaqla, cəmi 5210.53 manat borc tutularaq BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İddanın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iş üzrə ödənilmiş 78.40 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada 3581.60 manat əsas borc, 1628.93 manat faiz borcu olmaqla cəmi 5210.53 (beş min iki yüz on manat əlli üç qəpik) borc və dövlət rüsumu qismində ödənilmiş 78.40 (yetmiş səkkiz manat qırx qəpik) manat pul tutularaq iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №e-2(013)-2299/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-2299/2025
31.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver