Məhkəmə qərarları › İş №e-2(013)-2417/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-2417/2024

26.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-2417/2024 26.09.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Bayramov Elşad Abdulla oğlunun sədrliyi Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı MM QBKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MM QBKT Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4845,00 AZN əsas, 1497,00 AZN faiz, 202,99 manat cərimə borcu olmaqla, cəmi 6544,99 AZN borcun və dövlət rüsumu kimi ödənilmiş 85,45 AZN məbləğin tutularaq QBKT-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilir ki, İddiaçı MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, **********1094 saylı Kredit Müqaviləsinə əsasən ona ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28 % dərəcəsi ilə 24 ay müddətinə 5000 AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 276 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində «Fincard» adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Həmçinin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********xxxx-1316731 saylı zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismidə sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən zamin kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faizi, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə 21 iyun 2024-cü il tarixə olan Maliyyə Arayışına əsasən Cavabdeh1 əsas borc üzrə 4845,00 manat, faiz borcuna görə 1497,00 manat, cərimə borcuna görə 202.99 manat olmaqla, cəmi 6544.99 manat borcu yaranmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi xahiş olunur. İddiaçı MMM QBKT-nin nümayəndəsi Nümayəndə1 məhkəməyə ərizə ünvanlamış, iddia tələblərinə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını, tələblərinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müqavilələrin bağladıqları zaman özlərinin verdikləri ünvanlarına rəsmi məktublar göndərilmiş, SMS bildirişlər göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, Cavabdeh1 isə telefon əlaqəsi zamanı məhkəmə icraatından məlumatlı olduğunu, borcunu bu günlərdə ödəyəcəyini və məhkəməyə məlumat verəcəyini bildirmiş, lakin bunu etməmiş, məhkəmə iclasına da gəlməmişdir. Məhkəmə işin baxılmasını mümkün bilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir, tələbin rədd edilməsi və ya qismən təmin edilməsi üçün əsas yoxdur. İş materiallarında olan Cavabdeh1 ilə İddiaçı MMM QBKT arasında bağlanmış xx.xx.2024-cü il tarixli, **********1094 saylı Kredit Müqaviləsindən görünür ki, cavabdehə 24 ay müddətinə, illik 28 % dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Cavabdeh2 ilə İddiaçı MMM QBKT arasında bağlanmış xx.xx.2024-cü il tarixli, **********1***-******* saylı Zaminlik Müqavilədən görünür ki, zamin Cavabdeh2 Cavabdeh1 tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faizi, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı MMM QBKT-nin xx.xx.2024-cü il tarixli Maliyyə Arayışından görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixə İddiaçı MMM QBKT xx.xx.2024-cü il tarixli № **********1094 saylı kredit müqaviləsinə əsasən 4845,00 manat əsas, 1497,00 manat faiz, 202,99 manat cərimə borcu olmaqla, cəmi 6544,99 manat məbləğində kredit borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsinin digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2024-cü il tarixli **********1094 saylı kredit müqaviləsinə əsasən 4845,00 AZN əsas, 1497,00 AZN faiz, 202,99 AZN cərimə borcu olmaqla, cəmi 6544,99 AZN məbləgində pul tutularaq İddiaçı MMM QBKT-nin xeyrinə ödənilməli, həmçinin MPM-nin 119.1-ci maddəsinə əsasən iddiaçının dövlət rüsumu kimi ödədiyi 85,45 manat da cavabdehdən iddia tərəfinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada - xx.xx.2024-cü il tarixli, **********1094 saylı Kredit Müqaviləsinə əsasən 4845,00 AZN əsas, 1497,00 AZN faiz, 202,99 AZN cərimə borcu olmaqla, cəmi 6544,99 (altı min beş yüz qırx dörd manat doxsan doqquz qəpik) AZN və dövlət rüsumu kimi ödənilmiş 85,45 (səksən beş manat qırx beş qəpik) AZN tutularaq İddiaçı MM QBKT-nin xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim : E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar