Məhkəmə qərarları › İş №e-2(013)-2439/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-2439/2025

12.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-2439/2025 12.08.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlu. İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair işə 12 avqust 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində, Cavabdeh 2940 manat pulun və ödənilmiş 49,40 manat dövlət rüsumun, cəmi 2989,40 manat tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə qarşı əsaslandırılmış etirazı olduğu halda təqdim etməli olduğu izah olunmuşdur. İşə baxılma müddəti ərzində məhkəməyə cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı, dəlilləri və ya onları təsdiq edən sənədləri daxil olmamışdır. Məhkəmədə elan olunmuş Vİİ Tağım YPX tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh təqsirli olduğundan o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 332.4-cü maddələri ilə inzibati xəta törətmişdir. xx.xx.2022-ci il tarixli İAS222940 və İAS222939 saylı sığorta ödənişi aktlarının və xx.xx.2022-ci il tarixli qüsur aktlarının surətlərindən görünür ki, Cavabdeh tərəfindən idarə edilən «Mercedes Benz E220 CDİ» markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə Bakı-Qazax yolunun 71-ci km-də «FORD Transit» markalı ** DO *** dövlət qeydiyyat nişanlı və «TOYOTA Land Cruiser» markalı ** UA *** dövlət qeydiyyat nişanlı avtomaşınlarla toqquşmuşdur. Hadisə nəticəsində «FORD Transit» markalı ** DO *** dövlət qeydiyyat nişanlı avtomaşına 1640 manat və «TOYOTA Land Cruiser» markalı ** UA *** dövlət qeydiyyat nişanlı avtomaşına 1300 manat zərər dəymişdir. xx.xx.2022-ci il tarixli İB**********_000097_221019 və İB**********_000097_221019 saylı ödəniş tapşırıqlarının surətlərindən görünür ki, iddiaçı tərəfindən X2 1640 manat, X4 1300 manat ödəniş edilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının surtindən görünür ki, «FORD Transit» markalı ** DO *** dövlət qeydiyyat nişanlı və «TOYOTA Land Cruiser» markalı ** UA *** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş zərərə görə X1 yolu ilə 2940 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən idarə edilən «Mercedes Benz E220 CDİ» markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi törətmiş, dəymiş zərərə görə iddiaçı tərəfindən «FORD Transit» markalı ** DO *** dövlət qeydiyyat nişanlı avtomaşına 1640 manat və «TOYOTA Land Cruiser» markalı ** UA *** dövlət qeydiyyat nişanlı avtomaşına 1300 manat ödəniş edilmişdir. Hadisə baş verən zaman Cavabdeh avtomobili idarə etmək hüququ olmamışdır. Belə olan halda "xxxx" ASC-nin ödədiyi məbləği zərəri vurmuş şəxsdən, yəni Cavabdeh tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsində qeyd olunmuşdur ki, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəlləsinin 284-5.1-ci maddəsində qeyd olunmuşdur ki, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməlidir. Həmin Məcəllənin 284-5.2-ci maddəsində qeyd olunmuşdur ki, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsində qeyd olunmuşdur ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia əsaslı olduğundan təmin edilsin. Cavabdeh 2940 manat və ödənilmiş 49,40 manat dövlət rüsumu, cəmi 2989 (iki min doqquz yüz səksən doqquz) manat 40 (qırx) qəpik tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar