Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № e-2(013)-2479/2025 25.07.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlu, İddiaçı cavabheh Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsini və ərizəyə əlavə edilmiş materialları məhkəmə iclasından kənar nəzərdən keçiri MÜƏYYƏNETDİM: İddiaçı iddia ərizəsi ilə cavabheh Cavabdeh 4000 manat pul tələb etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-3.2.3-cü maddəsində qeyd olunur ki, ərizədə iddiaçının tələbi və onun əsaslandığı hallar, /284-3.2.4/ tələbin əsaslığını təsdiq edən sənədlər göstərilməlidir. Həmçinin Məcəllənin 284-3.3-cü maddəsinə görə ərizə ümumi qaydada verildikdə iddiaçının əsaslandığı sənədlər ona əlavə edilir. Qeyd olunan Məcəllənin 284-3.5-ci maddəsinə görə ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur.https://e-qanun.az/framework/46945 Yuxarıda qeyd olunan Məcəllənin 284-4.1.3-cü maddəsinə görə verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa ərizəyə baxılmasının sadələşdirilmiş qaydası yolverilməzdir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə görə bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Göründüyü kimi iddiaçı iddia tələbi irəli sürülməsi üçün əsas olan sənədləri ərizəyə əlavə etməmişdir. Beləliklə də Azərbaycan Respublikası MPM-nin müvafiq tələbləri iddiaçı tərəfindən pozulmuşdur. Şərh edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər icraata qəbul edilməməli və ərizəçiyə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 149.2.2, 151, 152, 284, 263- 269-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə adından QƏRARAALDİM: İddiaçı cavabheh Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilmir. Hakim : E.Bayramov
Məhkəmə qərarları › İş №e-2(013)-2479/2025
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №e-2(013)-2479/2025
25.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver