Məhkəmə qərarları › İş №e-2(013)-2480/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-2480/2024

26.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-2480/2024 26.09.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlu. İddiaçı QSC-nin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair işə 26 sentyabr 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində, Cavabdeh xx.xx.2021-ci il tarixli 030A********** saylı kredit razılaşması üzrə 2942,23 manat əsas, 257,13 manat faiz, 181,05 manat cərimə, xx.xx.2021-ci il tarixli 030KK**********01 saylı kredit razılaşması üzrə 1000 manat əsas, 142,78 manat faiz, 289,56 manat cərimə, ümumilikdə - cəmi 4812,75 manat borcun və ödənilmiş 68,13 manat dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə qarşı əsaslandırılmış etirazı olduğu halda təqdim etməli olduğu izah olunmuşdur. İşə baxılma müddəti ərzində məhkəməyə cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı, dəlilləri və ya onları təsdiq edən sənədləri daxil olmamışdır. Məhkəmədə elan olunmuş xx.xx.2021-ci il tarixli ərzənin, xx.xx.2021-ci il tarixli 030A**********S saylı saziş və ödəniş tapşırığının surətlərindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 36 ay müddətinə illik 17 faizlə 7900 manat kredit verilmişdir. xx.xx.2021-ci il tarixli 030KK**********01 saylı kart kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 36 ay müddətinə aylıq 2 faizlə 1000 manat kredit verilmişdir. İddiaçı tərəfin təqdim etdiyi maliyyə arayışlarından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə iddiaçıya olan borcu 2942,23 manat əsas, 257,13 manat faiz, 181,05 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə borcu 1000 manat əsas, 142,78 manat faiz, 289,56 manat cərimə təşkil edir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli saylı müqavilələr bağlanmış və hər iki tərəf üzərlərinə öhdəlik götürmüşdür. İddiaçı Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 36 ay müddətinə illik 17 faizlə 7900 manat və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 36 ay müddətinə aylıq 2 faizlə 1000 manat kredit verməklə üzərlərinə düşən öhdəlikləri tam icra etmiş, qarşı tərəf isə xx.xx.2021-ci il tarixli müqavilə üzrə 2942,23 manat əsas, 257,13 manat faizdən, xx.xx.2021-ci il tarixli müqavilə üzrə isə 1000 manat əsas, 142,78 manat faizdən borclu qalmaqla öhdəliyi icra etməmişdir. Öhdəliyin icrasını təmin etmək üçün iddiaçı ilə digər cavabdeh M.M.Ələsgərov arasında zaminlik müqaviləsi bağlanmış, sonuncu Cavabdeh kredit təşkilatı qarşısında olan hər iki müqavilə üzrə öhdəliklərini icra etməyəcəyi təqdirdə özünün icra edəcəyini üzərinə götürmüşdür. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə baxışında məlum olmuşdur ki, Cavabdeh iddiaçı qarşısında öhdəliklərini icra etməmişdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən sonuncu üzərinə düşən öhdəlikləri icra etmədikdə, borc verənə cərimə borcunu ödəməyi üzərinə götürmüşdür. Cavabdeh müqavilənin tələblərinə uyğun olaraq xx.xx.2021-ci il tarixli müqavilə üzrə 181,05 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 289,56 manat cərimə borcu hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsində qeyd olunmuşdur ki, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəlləsinin 284-5.1-ci maddəsində qeyd olunmuşdur ki, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməlidir. Həmin Məcəllənin 284-5.2-ci maddəsində qeyd olunmuşdur ki, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsində qeyd olunmuşdur ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən müştərək qaydada alınaraq iddiaçıya verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia əsaslı olduğundan təmin edilsin. Cavabdeh müştərək qaydada xx.xx.2021-ci il tarixli 030A********** saylı kredit müqaviləsi üzrə 2942,23 manat əsas, 257,13 manat faiz, 181,05 manat cərimə, xx.xx.2021-ci il tarixli 030KK**********01 saylı kart kredit müqaviləsi üzrə 1000 manat əsas, 142,78 manat faiz, 289,56 manat cərimə - cəmi 4812 (dörd min səkkiz yüz on iki) manat 75 (yetmiş beş) qəpik borc və ödənilmiş dövlət rüsumu əvəzində 68,13 manat tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar