Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-2482/2024 04.12.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbi barədə mülki işə 04 dekabr 2024cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixində, saat 02:40 radələrində Bakı şəhəri, H.Əliyev küçəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi "VAZ-21150" markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobil, X4 idarə etdiyi «İnfiniti G35» markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, daha sonra isə X2 məxsus marketə dəymişdir, nəticədə sonunculara maddi ziyan dəymişdir. "VAZ-21150" markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixə qədər avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. xx.xx.2020-ci il tarixli qiymətləndirmə aktına əsasən «İnfiniti G35» markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2500 manat, xx.xx.2020-ci il tarixli qiymətləndirmə aktına əsasən isə X2 məxsus marketə 7500 manat məbləğində zərər dəyməsi müəyyən olunmuşdur. "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyvətinin icbari sığortası haqqında səhadətnamə"-də üçünçü şəxsin əmlakına vurulan zərərə görə nəzərdə tutulmus limit 5000 manat təşkil edir və həmin məbləğ zərər cəkmiş üçüncü şəxslərə dəymiş zərərdən az olduğundan, üçüncü səxslərin əmlakına vurulan zərər qanunvericiliklə müəyyən edilmis sığorta məbləğləri dairəsində mütanasib surətdə ödənilməklə 1250 manat sığorta ödənişi iddiaçı tərətindən X5 bank hesabına, 3750 manat sığorta ödənisi isə X1 bank hesabına ödənilmişdir. Bakı şəhər DYPİ-nin xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından və bunun əsasında tərtib olunmuş YNH-nin təfərrüatlarından məlum olmuşdur ki, Cavabdeh hadisə zamanı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etmiş, həmçinin hadisə zamanı hadisə yerindən yayınmışdır. Belə olan halda Cavabdeh qarşı subroqasiya hüququ yaranmış və zərər çəkmiş şəxslərə ödənilmiş 5000 manat zərərin iddiaçıya ödənilməsinin tələb edilməsinə baxmayaraq cavabdehin vurulmuş zərəri ödəmədiyini qeyd etməklə Cavabdeh 5000 manat zərər və ödənilmiş 70 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq işə iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə baxışına təkrarən gəlməmişdir. Məhkəmə Cavabdeh iclasa gəlməməsinin səbəbini üzrsüz hesab etmiş, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığını qeyd etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmədə elan olunmuş Bakı şəhəri DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol və həmin tarixli inzibati tənbeh vermə haqqında qərarın surətlərindən görünür ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh idarə etdiyi «VAZ- 21150» markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı Cavabdeh təqsirli olduğundan onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2, 327.6-cı və s. maddələri ilə təqsirləndirilərək barəsində dədbir görülmüşdür. PXA59799 saylı sığorta aktlarının, xx.xx.2020-ci il qüsur aktının və xx.xx.2020-ci il tarixli qiymətləndirmə aktının, xx.xx.2020-ci il tarixli cari hesabdan və xx.xx.2024-cü il tarixli kart hesabından çıxarışların surətlərindən görünür ki, «VAZ-21150» markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" ASC tərəfindən sığortalanmışdır. Cavabdeh idarə etdiyi «VAZ-21150» markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2020-ci il tarixdə Bakı şəhəri H.Əliyev küçəsi ərazisində yol nəqliyyat hadisəsi törədərək «İnfiniti G35» markalı, **-XX- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, daha sonra isə X2 məxsus marketə dəymişdir. Hadisə nəticəsində «İnfiniti G35» markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə bank hesabına köçürülməklə X6 1250 manat, marketə dəymiş zərər görə isə X3 3750 manat ödənilmişdir. İddiaçı tərəfin cavabdehə ünvanladığı məktubun surətindən görünür ki, dəymiş zərərin ödənilməsi üçün məhkəməyə müraciət olunacağı barədə onlara xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iddiaçı ilə Cavabdeh xx.xx.2020-ci il tarixdə avtonəqliyyat hadisəsi törətmiş və «İnfiniti G35» markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, daha sonra isə X2 məxsus marketə dəymişdir. Hadisə nəticəsində «İnfiniti G35» markalı, **-XX- *** dövlət qeydiyyat nişanlı avtomobilə 2500 manat, marketə isə 7500 manat məbləğində zərər vurmuşdur. Sığorta məbləği dəymiş zərərdən az olduğundan iddiaçı tərəf «İnfiniti G35» markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə bank hesabına köçürülməklə X6 1250 manat, marketə dəymiş zərər görə isə X3 3750 manat ödənilmişdir. Hadisə zamanı Cavabdeh hadisə zamanı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etmiş, həmçinin hadisə zamanı hadisə yerindən yayınmışdır. Belə olan halda "xxxx" ASC-nin ödədiyi məbləği zərəri vurmuş şəxsdən, yəni Cavabdeh tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində qeyd olunmuşdur ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zədə), habelə pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsində göstərilmişdir ki,mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli,hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (Nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli eletrik enerjisindən, atom enərjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Həmin Məcəllənin 936-cı maddəsinə əsasən sığorta almış şəxsin ona dəymiş zərər üzrə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş olduğu sığortaçının istifadə etmək hüququ mövcuddur. Faydalanan şəxs zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1114-cü maddəsinə əsasən başqa şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəzi miqdarında geriyə tələb (reqress) hüququ vardır. Həmin Məcəllənin 936-cı maddəsinin tələblərinə görə sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilirsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia əsaslı olduğundan təmin edilsin. Cavabdeh iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 5000 (beş min) manat və ödənilmiş dövlət rüsumunun əvəzində 70 manat tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №e-2(013)-2482/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-2482/2024
04.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver