Məhkəmə qərarları › İş №e-2(013)-249/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-249/2024

15.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-249/2024 15.02.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi İsmayılov Tural Fəxrəddin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - "xxxx" ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə, BPM**********48 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 6612.64 manat kredit borcunun və ödənilmiş 86.13 manat dövlət rüsumu, habelə 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" ASC-nin “Səbail” filialı ilə X4 arasında bağlanmış BPM**********48 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən X2 illik 18 faizlə 24 ay müddətinə 10 000 manat məbləğində kredit vəsaitinin verildiyi, buna müvafiq olaraq, tərəflər arasında tərtib edilmiş “ödəniş cədvəli”nə əsasən, kreditin və kredit faizlərinin borcalan tərəfindən banka qaytarılmasının müddətlərinin və qaydasının müəyyən edildiyi, cavabdeh tərəfindən qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsaitin və ona hesablanmış faizlərin tam və vaxtında ödənilməli olduğu, lakin borcalan X1 xx.xx.2021-ci il tarixdə vəfat etdiyi, Ağdam Rayon Dövlət Notariat Ofisini tərəfindən mərhum X1 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin xx.xx.2022-ci il tarixdə verildiyi, mərhum X1 vəfat etdiyi tarixə Banka ödənilməmiş əsas borc üzrə 6612.64 manat kredit borcunun qaldığı göstərilmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İş üzrə iddiaçı "xxxx" ASC-dən məhkəməyə ərizə daxil olmuşdur. Ərizədə, xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Cavabdehin məhkəmə iclasına gəlməmələrinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********48 nömrəli kredit müqaviləsindən görünür ki, illik 18 % olmaqla, cəmi 10 000 (on min) manat məbləğində kredit 24 ay müddətinə ödəmək şərti ilə borcluya verilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş maliyyə arayışlarından görünür ki, X1 xx.xx.2023-cü il tarixə kredit müqaviləsi üzrə ödənilməmiş əsas kredit borcu 6612.64 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə regional “asan xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən 21 yanvar 2022-ci il tarixdə verilmiş AZ-İİ № 226367 “X3”nin surətindən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 56 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə regional “asan xidmət” mərkəzində Notariat Ofisi tərəfindən göndərilmiş xx.xx.2023cü il tarixli, №1694/2023 saylı məktubun surətindən görünür ki, mərhum X1 adından xx.xx.2022-cu il tarixli 2V-783 reyestrli vərəsəlik şəhadətnaməsinə əsasən mərhumun vərəsəsi Cavabdeh verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra- Mülki Məcəllə) 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 739.1.-ci maddəsinin tələbinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) daxildir. Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən “vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar”. Mülki Məcəlləsinin 1309-cu maddəsinə əsasən “vərəsələr əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar”. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, xx.xx.2021-ci il tarixli, BPM**********48 nömrəli kredit müqaviləsi üzrə 6612.64 manat əsas kredit borcu pul vəsaiti Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 86.13 manat dövlət rüsumu, habelə 0,40 manat xidmət haqqı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 6612.64 (altı min altı yüz on iki manat altmış dörd qəpik) manat kredit borcu və ödənilmiş 86.13 (səksən altı manat on üç qəpik) manat dövlət rüsumu, habelə 0,40 (qırx qəpik) manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASCnin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar