Məhkəmə qərarları › İş №e-2(013)-2662/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-2662/2024

24.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-2662/2024 24.10.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlu, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcunun tutulması" tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2019-cu il tarixli, MBNP ***-*******FİMS A(B) 250919-01 nömərli kredit müqaviləsi üzrə 1739,63 manat əsas, 32,58 manat faiz borcunun, cəmi 1772,21 manat borcun və iş üzrə ödənilmiş 37,72 manat dövlət rüsumunun və xx.xx.2019-cu il tarixli, MBNP ***-*******FİMS A(B) 250919-02 nömərli kredit müqaviləsi üzrə 1076,76 manat əsas, 18,50 manat faiz borcunun, cəmi 1095,26 manat borcun və iş üzrə ödənilmiş 30,95 manat dövlət rüsumunun ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tələbini onunla əsaslandırmışdır ki, ASC-nin Səbail filialı ilə Cavabdeh arasında «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq bağlanmış xx.xx.2019-cu il tarixli, MBNP ***-*******FİMS A(B) 250919-01 nömərli kredit müqaviləsinə əsasən cavabdehə 5 il müddətinə, illik 1 faiz dərəcəsi ilə 1767,52 manat məbləğində güzəştli şərtlərlə kredit verilmiş, eyni zamanda ASC-nin Səbail filialı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, MBNP ***-*******FİMS A(B) 250919-02 nömərli kredit müqaviləsinə əsasən cavabdehə 5 il müddətinə, illik 1 faiz dərəcəsi ilə 1077,12 manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir. Hər iki kredit müqaviləsinin 1.1, 1.2, 1.3 və 2.4.4, 2.4.13 və 2.4.14-cü bəndlərinə əsasən Cavabdeh bü muqavilələrlə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğlərini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəlikləri yerinə yetirməmiş, kredit müqaviləsinin şərtlərinin pozulması ilə əlaqədar bank tərəfindən dəfələrlə şifahi müraciətlər olunmasına və 23 noyabr 2023-cü il tarixli bildirişlərlə isə yazılı qaydada müraciət edilməsinə baxmayaraq cavabdeh kredit borclarının banka ödənilməsini təmin etməmiş və hər iki kredit üzrə xx.xx.2023-cü il tarixdə banka 15 manat məbləğində sonuncu ödənişini etdikdən sonra kredit müqavilələri üzrə ödənişləri tam dayandırmışır. Göründüyü kimi bank tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilələr üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, nəticədə cavabdehin xx.xx.2024-cü il tarixinə xx.xx.2019-cu il tarixli, MBNP ***-*******FİMS A(B) 250919-01 nömərli kredit müqaviləsi üzrə 1739,63 manat əsas, 32,58 manat faiz borcu, cəmi 1772,21 manat, xx.xx.2019-cu il tarixli, MBNP ***-*******FİMS A(B) 250919-02 nömərli digər kredit müqaviləsi üzrə 1076,76 manat əsas, 18,50 manat faiz borcu olmaqla, cəmi 1095,26 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında hall olunma) heç bir fayda verməmişdir va kreditor öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmişdir. Məhkəmə hesab edir ki, tələb təmin edilməlidir. xx.xx.2019-cu il tarixli, MBNP ***-*******FİMS A(B) 250919-01 nömərli kredit müqaviləsinə əsasən cavabdehə 5 il müddətinə, illik 1 faiz dərəcəsi ilə 1767,52 manat məbləğində güzəştli şərtlərlə kredit verilmiş, eyni zamanda xx.xx.2019-cu il tarixli, MBNP ***-*******FİMS A(B) 250919- 02 nömərli kredit müqaviləsinə əsasən cavabdehə 5 il müddətinə, illik 1 faiz dərəcəsi ilə 1077,12 manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir ASC-nin maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixinə xx.xx.2019-cu il tarixli, MBNP ***-*******FİMS A(B) 250919-01 nömərli kredit müqaviləsi üzrə 1739,63 manat əsas, 32,58 manat faiz borcu olmaqla, cəmi 1772,21 manat və digər xx.xx.2019-cu il tarixli, MBNP ***- *******FİMS A(B) 250919-02 nömərli kredit müqaviləsi üzrə 1076,76 manat əsas, 18,50 manat faiz borcu olmaqla, cəmi 1095,26 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti 5.000 manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti 10.000 manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Qeyd olunan Məcəllənin 284-5.1-ci maddəsinə görə ərizənin qəbulundan imtina olunmamışdırsa onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən isə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Belə ki, Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən Cavabdeh xx.xx.2019-cu il tarixli, MBNP ***-*******FİMS A(B) 250919-01 nömərli kredit müqaviləsi üzrə 1739,63 manat əsas, 32,58 manat faiz borcu olmaqla, cəmi 1772,21 manat borc və iş üzrə ödənilmiş 37,72 manat dövlət rüsumu, xx.xx.2019-cu il tarixli, MBNP ***-*******FİMS A(B) 250919-02 nömərli kredit müqaviləsi üzrə 1076,76 manat əsas, 18,50 manat faiz borcu olmaqla, cəmi 1095,26 manat borc və iş üzrə ödənilmiş 30,95 manat dövlət rüsumu alınıb ASCnin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284, 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Cavabdeh - xx.xx.2019-cu il tarixli, MBNP ***-*******FİMS A(B) 250919-01 nömərli kredit müqaviləsi üzrə 1739,63 manat əsas, 32,58 manat faiz borcu, cəmi 1772,21 (bir min yeddi yüz yetmiş iki manat iyirmi bir qəpik) manat borc və iş üzrə ödənilmiş 37,72 (otuz yeddi manat yetmiş iki qəpik) manat dövlət rüsumu və digər xx.xx.2019-cu il tarixli, MBNP ***-*******FİMS A(B) 250919-02 nömərli kredit müqaviləsi üzrə 1076,76 manat əsas, 18,50 manat faiz borcu olmaqla, cəmi 1095,26 (bir min doxsan beş manat iyirmi altı qəpik) manat borc və iş üzrə dövlət rüsumu kimi ödənilmiş 30,95(otuz manat doxsan beş qəpik) manat məbləğində pul tutularaq iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Azərbaycan respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim :E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar